Sal. Nis 21st, 2026

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNVERSİTETİ

BİOLOGİYA KAFEDRASI

BOTANİKA (MODUL II) FƏNNİNDƏN

LABORATORİYA İŞİ №12

XAŞXAŞKİMİLƏR VƏ ÇAYKİMİLƏR FƏSİLƏSİ

Ass. N. İ. İsayeva

GƏNCƏ – 2022

Xaşxaşçiçəklilər sırası (Papaverales)

Xaşxaşkimilər fəsiləsi (Papaveraceae)

Fəsilənin nümayəndələri həyatı formalarına görə ot, yarımkol və ya kollardır. Yarpaqları növbəli düzülüşlü, bölünmüş, nadir hallarda bütöv və yarpaq altlıqsızdır.

Çiçəkləri tək-tək və ya müxtəlif çiçək qruplarında toplanır. Onlar ikicinsli, az və ya çox dərəcədə tsiklik, aktinomorf, bəzən ziqomorfdur.

Fəsilənin əsas əlaməti çiçəklərdə kasa yarpağının qönçə dövründə olub, çiçək açılana gədər qaidə hissəsindən açılaraq düşməsi, erkəkciklərinin sayının çox, meyvə yarpaqlarının 5-6,12 və daha çox olmasıdır.

Bununla yanaşı bəzən bir cins daxilində qutucuq meyvənin üst tərəfində açılan deşiklərin müxtəlif olması, bir çox başqa cinslərdə 2 meyvə yarpağı və buynuzşəkilli qutucuğun əmələ gəlməsi də xarakterik əlamətdir.

Azərbaycanda 7 cinsi, 40-dan çox növü yayılmışdır.

Xaşxaşkimilər fəsilsi 3 yarımfəsiləyə ayrılır:

ü əsl xaşxaşkimilər (Papaveroideae)

ü şahtərəkimilər (Fumarioideae)

ü dəlitərəkimilər (Hypercooideae)

Əsl xaşxaşkimilər (Papaveroideae)yarımfəsilənin yuxu xaşxaşı(Papaver somniferum)növü müasir dövrdə ancaq mədəni halda becərilir. Onun yetişməmiş qutucuğunun əsasından alınan süd şirəsi tibbdə çox qiymətləndirilən morfin, kodeinvə s.kimi alkaloidlərə malikdir. Süd şirəsindən hazırlanan opiumdan istifadə xüsusilə, Asiya ölkələrində geniş yayılmışdır. Az miqdarda opium xoşagələn oyanma əmələ gətirir. Çox miqdarı isə sinir sisteminin iflici ilə nəticələnən hallüsinasiyalara səbəb olur. Opiumdan istifadəyə qarşı mübarizə bəzən əsl müharibələrə səbəb olur. İngiltərə və Çin arasında XIX əsrdə baş verən “opium müharibəsi” buna misaldır. Qənnadı sənayesində istifadə olunan yetişmiş toxumlarda morfin qətiyyən yoxdur.

Bu yarımfəsiləyə aktinomorf çiçəkli xaşxaş və dəmirovotu aid edilir. Lalə (Papaver) cinsinin çiçək formulu *Ca2Co2+2A G(5)-(20);dəmirovotu (Cheliodonium) cinsinin çiçək formulu * Ca 2 Co 2+2 A12-22G(2).

Şahtərəkimilər yarımfəsiləsinəziqomorf çiçəkli nümayəndələr daxil edilir. Meyvələri qutucuq və ya fındıqçadır. Toxumları endospermli və kiçik rüşeymlidir, onlar üçün süd boruları xarakterikdir. Yarımfəsilənin Azərbaycanda ən geniş yayılmış növü aptek şahtərəsidir (Fumaria officinalis).

Yarımfəsilənin mahmızlalə (Corydalis) cinsinin əksər növləri Avrasiya və Şimali Amerikada yayılmış kökyumrulu geofitlər və efemeroidlərdir. adi mahmızlalə (C.solida) növü enliyarpaq meşələrdə yayılmış iri, cəhrayı-bənövşəyi çiçəkləri salxım çiçək qrupuna toplaşmış bitkidir.

Dəlitərə (Hypercooides)yarımfəsiləyə dəlitərə cinsi (Hypecoum) aiddir. Dəlitərəni bəzən xaşxaşkimilərin başlanğıc qrupu hesab edirlər. Lakin xarici və daxili dairədə yerləşən ləçəklərin fərqlənməsi nəticəsində tacın özünəməxsus quruluşu, birillik həyatı forması bunun törəmə cins olduğunu sübut edir.

Çayçiçəklilər sırası (Theaceales)

Çaykimilər fəsiləsi (Theaceae)

Çaykimilərfəsilənin nümayəndələri həyatı formalarına görə həmişəyaşıl kol və ya hündür olmayan ağaclardır. Yarpaqları növbəli düzülüşlü, ikicərgəli, kənarları tam və ya dişli dəriciklidir.

Çiçəkləri tək-tək və ya süpürgə çiçək qrupuna toplanmış, ikicinsli, ikiqat çiçəkyanlıqlıdır. Kasa yarpaqları və ləçəkləri çox zaman 5, sərbəst və ya əsasdan birləşmiş şəkildə olur. Erkəkciklər çoxdur, əsasdan birləşib dəstə əmələ gətirir, nadir halda 15 və ya 10 ədəd olur. Yumurtalıq üst, 5-2 yuvalı, hər yuvada çoxlu sayda yumurtacıqları vardır.

Çiçəyin formulu: *Ca5Co 5 A G(3)

­Meyvələrinin ortası sütunlu qutucuq, çəyirdək və ya giləmeyvədir. Toxumlar endospermsiz, iri rüşeymli, qanadcıqlıdır.

Çaykimilərə kameliya (Camelia)cinsindən olan 2 məhşur bitki növü daxildir. Yapon kameliyası (Camelia japonica). Çiçəkləri çox olan dekorativ bitkidir.

Çay (Camelia sinensis = Thea sinensis) bitkisi Cənub-Şərqi Asiya mənşəlidir. Əsasən Azərbaycanın subtopik regionlarında geniş becərilir. Azərbaycan çayı tərkibində çaya xüsusi dad və rəng verən aşı maddələrinin çoxluğuna görə dünya bazarında yüksək qiymətləndirilir.

Çayın müxtəlif sortlarının keyfiyyəti yarpaqların yığılması və işlənilməsindən asılıdır. Çayın tonuslaşdırıcı xüsusiyyəti onun tərkibində kofein, teofillin, teobromin kimi alkaloidlərin olmasıdır. Maraqlıdır ki, çayda kofein qəhvədən çoxdur, ancaq çaydakı kofeinin təsiri antoqonist maddələr tərəfindən yumşaldılır.

⚠️ Yasal Uyarı: Medkeşif.com'da yer alan bilgiler, yalnızca bilgilendirme amaçlıdır ve profesyonel tıbbi tavsiye yerine geçmez. İlaç kullanımı ve tedaviniz ile ilgili konularda mutlaka hekiminize veya eczacınıza danışınız.

Bir yanıt yazın