Sal. Kas 18th, 2025

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNVERSİTETİ

BİOLOGİYA KAFEDRASI

BOTANİKA (MODUL II) FƏNNİNDƏN

LABORATORİYA İŞİ №15

TAXILLAR FƏSILƏSİ

Ass. N. İ. İsayeva

GƏNCƏ – 2022

Taxillar və ya Qırtıckimilər fəsiləsi (Gramineae və ya Poaceae)

Bu fəsilənin nümayəndələri birillik və ya çoxillik otlar, yerüstü hissələri bəzən odunlaşan, hətta ağacşəkilli bitkilərdir. Taxılkimilərin qədim ekolojı tiplərindən bambuk, qarğı, murquz kimi hündür gövdəli növləri də vardır.

Bu fəsiləyə daxil olan növlər saçaqlı, sürünən, kökümsov bitkilər olub, əksəriyyəti çim əmələ gətirəndir. Yarpaqları növbəli olmaqla iki cərgəyə düzülür, xətvaridir, aşağısında buğum aralarını əhatə edən qın əmələ gətirir.

Çiçəklər ikicinslidir (bəzi növlərdə, məs.qarğıdalıda bircinsli olur), ziqomorfdur, mürəkkəb çiçək pulcuqları ilə əhatə olunaraq sünbülcüklərdə yerləşir. Çiçəkyanlığı iki dairədə yerləşmiş pərdəşəkilli pulcuqlardan təşkil olunmuşdur. Çiçəkyanlığının xarici dairəsində iki ədəd aşağı və yuxarı çiçək pulcuğu vardır. Erkəkcik 3 ədəddir. Dişiciyi əksərən 2 meyvə yarpağının birləşməsindən əmələ gəlmişdir, yumurtalıq üst vəziyyətdədir. Meyvə dən, nadir hallarda (bambuklarda) çəyirdək və ya giləmeyvədir. Toxum endospermlidir.

Azərbaycanda 120 cinsə toplamış 454-ə qədər növü yayılmışdır.

Taxılçiçəklilərin morfolojı quruluşunun özünəməxsus xüsusiyətləri var. Gövdə torpağın altında və ya yerin səthində budaqlanır. Burada sıx düyünlər yerləşir və bu zona kollanma zonası adlanır. Zoğların böyümə istiqamətindən, düyünlərin yaxınlıq dərəcəsindən asılı olaraq taxılkimilər kökümsov, seyrəkkol, kökümsov-kol, sıxkol və sıxçimli və s.tiplərə ayrılır. Filogenetik cəhətdən taxılçiçəklilərin nümayəndələri rozet əmələgətirənlər (zoğ qısa buğumaralı və rozetşəkilli yaşıl yarpaqlı) və rozet əmələgətirməyənlərə bölünür.

Taxılkimilər fəsiləsinin nümayəndələrinin sünbülcükləri müxtəlif mürəkkəb çiçək qruplarına toplanır. Çox halda süpürgə çiçək qrupuna vələmir (Avena), qırtıc (Poa), tonqalotu (Bromopsis) növlərində, mürəkkəb sünbül çiçək qrupuna çovdar (Secale), buğda (Triticum), arpa (Hordeum) cinslərində, sultan çiçəkqrupuna pişikquyruğu (Phleum), tülküquyruğu (Alopecurus), bülbülotu (Phalaris) cinslərində təsadüf olunur.

Hər sünbülcük əsas oxa malikdir və bu oxun üzərində iki cərgədə pulcuqlar yerləşir. Üzərində çiçək yerləşməyən 2 pulcuq yuxarı və aşağı sünbülcük pulcuğu adlanır. Sonra isə çiçəkyanlığının xarici dairəsində yerləşən 2 ədəd aşağı və yuxarı çiçək pulcuqları gəlir. Bunların hər biri sünbülcüyün bir çiçəyini örtür. Sünbülcükdə çiçəklərin sayı müxtəlifdir. 20 və ya daha çox ola bilər, lakin taxılkimilərin çoxunda cəmi bir ədəddir. Çiçək pulcuqlarının daxili dairəsində adətən parlaq lodikula pulcuqları yerləşir. Lodikula pulcuqları əksərən 1-2, nadir növlərdə 3 ədəd, bəzən isə reduksiyaya uğramış olur. Lodikula pulcuqları erkəkcik və dişiciyin qadəsində yerləşərək, çiçək yetişən zaman şişir, çiçək pulcuqlarının açılması, erkəkcik və dişiciklərin kənardan görünməsinə xidmət edir.

Çiçəyin formulu: \uparrow P_{{(2)}+2} \;  A_3 \;  G_{(\underline2)or (\underline3)
}

Dünyanın aparıcı sistematikləri taxılkimilər fəsiləsini müxtəlif yarımfəsilələrə bölürlər. Ayrı-ayrı növlərin çiçək qruplarının, sünbülcük və çiçəklərinin, meyvələrinin və vegetativ orqanlarının quruluşuna və s.bu kimi müxtəlifliyə əsasən yarımfəsilələr fəsilə və cins vahidləri arasında işlədilən taksonomik vahidə-tribalara bölünür. Bu yarımfəsilələrdən aşağıdakıları göstərmək olar:

1. Qırtıc (Pooideae) yarımfəsiləsi. Buraya mülayim iqlimli ərazilərdə yayılan bir və ya çoxçiçəkli sünbülcüklərə malik qırtıc (Poa), topal (Festuca), pişikquyruğu (Phleum) və s.daxildir.

2. Şəkərqamışı (Eragrostoideae) yarımfəsiləsi. Çiçək pulcuqları dənə sıx birləşmir. Yarımfəsilənin şəkər qamışı (Saccharum spontaneum) növü şəkər almaq üçün əsas xammaldır. Şəkər qamışı çoxillik, kökümsovlu bitkidir. Yer kürəsində alaq bitkisi kimi yayılan barmaqvari çayır (Cynodon dactylon) növü də daxildir.

3. Darı (Panicoideae) yarımfəsiləsi. Sünbülcükləri əksərən birçiçəklidir. Çiçək pulcuqları dənə yapışaraq onu əhatə edir və töküləndə onunla birlikdə tökülür. Çiçək qrupları adətən süpürgəçəkillidir. Əkilən darı (Panicum miliaceum) qida əhəmiyyətli nümayəndədir. Bu yarımfəsilənin Azərbaycanın təbii bitki örtüyündə yabanı halda ən çox rast gəlinən toyuq darısı sulufu (Echinochloa crusgalli) və qıllıca (Cetaria viridis) növləri ilə bərabər 20-ə qədər növü də qeyd etmək olar.

4. Ağ ot (Andropogonoideae) yarımfəsiləsi sünbülcüklərin


Bir yanıt yazın