Paz. Oca 25th, 2026

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNVERSİTETİ

BİOLOGİYA KAFEDRASI

BOTANİKA (MODUL II) FƏNNİNDƏN

LABORATORİYA İŞİ №3

ŞIBYƏLƏR, MAMIRLAR VƏ AYIDÖŞƏYIKIMILƏR

Ass. N. İ. İsayeva

GƏNCƏ – 2022

Şibyələr şöbəsi – Lichenophyta

Məqsəd:şibyələrin quruluşu, çoxalması, qidalanması, ekologiyası, təbiətdə və xalq təsərrüfatında əhəmiyyətinin aydınlaşdırılması. Mamırların ali bitkilərin qədim və sadə quruluşlu nümayəndəsi olmasını öyrənmək. Mamırların müxtəlif siniflərini, onların nümayəndələrini, quruluşunu, yayılmasını, çoxalması, qıdalanması tərzinin öyrənilməsi.

Vəsait:Parmeliya tallomunun (p.Parmelia) eninə kəsiyin daimi mikropreparatı, şibyə növlərinin herbariləri.

Şibyələri öyrənən elm lixenologiya adlanır .

Ümumi məlumat:

Şibyə cismi canlı orqanizmlərin üç aləminin nümayəndələrindən – göbələklərdən, bitkilərdən (yaşıl yosunlar – xlorella, xlorokokk, sistokokk, kladofora, palmella) və sianobakteriyalardan (göy-yaşıl yosunlar – nostok, qleopaksa, xlorokokk) əmələ gəlmişdir.

Hər növ şibyə cismində iki komponent birləşir: avtotrof – yosun və ya sianobakteriya (fikobiont) və heterotrof göbələk (mikobiont),onların gövdə və yarpaqları olmur.

Şibyələrin bədəni tallom olub onlarda əmələ gələn piqmentdən asılı olaraq boz, tünd-göy, yaşılımtıl, sarı, narıncı və qara olur. Onun rəngi göbələyin hif qilafından, bəzən sitoplazmada yerləşən şibyə turşularının piqmentlərdən asılıdır.

Şibyələr tallomun xarici quruluşuna görə 3 tipə bölünür: 1. Ərpşəkilli (qazmaqşəkilli və ya qabıqşəkilli). 2. Yarpaqşəkilli. 3. Kolşəkilli.

Ərpşəkilli (qazmaqşəkilli) tallomlar substrata sıx bitişən dəriciyi toz halında, qabarıq və ya hamar olur; bunlara şibyələrin 80%-i aiddir. Şibyələr substratın (daşın, ağac qabığının) daxilində də inkişaf edə bilər. Kürə formada (köçəri şibyələr) da ərpli şibyələr olur. Məsələn, lekonora, aspisiliya ərpşəkilli şibyələrdir.

Yarpaqşəkilli şibyələrin tallomu pulcuqşəkilli və ya böyük lövhəcik şəkilli olub göbələklərin hif dəstələrinin köməyi ilə substratın bir neçə yerinə yapışır. Ən sadə yarpaqşəkilli şibyə diametri 10-20 sm olan iri kürəşəkilli yarpaq lövhəcik şəklindədir.

Kolşəkilli şibyələr dibi substrata bitişən budaqlanan tellərdən və ya gövdəciklərdən ibarətdir; yuxarı və kənarlara böyüyür və ya aşağı sallanır – “saqqallı şibyələr”. Onlardan ən kiçiyi bir neçə mm, ən irisi isə 30-50 sm (bəzən 7-8 m – uzun usneya) olur. Maral şibyəsi kladoniya kolşəkillişibyələr dibi substrata bitişən budaqlanan tellərdən və ya cinsinin növlərindən biridir.

Avtotrof qidalan orqanizmlərdir. Adətən vegetativ çoxalırlar: tallomun çıxıntıları ilə, izidi və soredi ilə.

Mamırkimilər şöbəsi (Bryophyta)

⚠️ Yasal Uyarı: Medkeşif.com'da yer alan bilgiler, yalnızca bilgilendirme amaçlıdır ve profesyonel tıbbi tavsiye yerine geçmez. İlaç kullanımı ve tedaviniz ile ilgili konularda mutlaka hekiminize veya eczacınıza danışınız.

Bir yanıt yazın