AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNVERSİTETİ
BİOLOGİYA KAFEDRASI
BOTANİKA (MODUL II) FƏNNİNDƏN
LABORATORİYA İŞİ №9
PAXLALILAR VƏ DODAQÇIÇƏKLILƏR FƏSILƏSI
Ass. N. İ. İsayeva
GƏNCƏ – 2022
Paxlalılar və dodaqçiçəklilər fəsiləsi.
Paxlaçiçəklilər (Fabales və ya Leguminosales) sırası.
Paxlaçiçəklilərsırasına aid bütün növlər əsasən aşağıdakı xüsusiyyətlərə malikdir:
1. Kökləri azot fiksə edən bakteriyalara malik olub, atmosferdə sərbəst azotu mənimsəyərək onları azot birləşmələrinə çevirirlər;
2. Sıranın nümayəndələrində yarpaqdan əlavə yarpaq altlıqları olur;
3. Dişicik bir meyvə yarpağından əmələ gəlmişdir;
4. Yumurtalıq üst vəziyyətdədir;
5. Meyvələri paxlameyvədir.
Paxlaçiçəklilər sırasının nümayəndələri çiçəklərinin simmetrikliyinə (aktinomorf və ziqomorf), erkəkciklərin düzülüşünə və paxlaların quruluşuna görə fərqləndiyi üçün 3 fəsiləyə bölünür:
1. Küstümotukimilər (Mimosaceae)
2. Sezalpiniyakimilər (Caesalpiniaceae)
3. Kəpənəkçiçəyikimilər və ya Paxlakimilər (Papilionaceae və ya Fabaceae).
Paxlakimilər (Fabaceae)
Bu fəsilənin nümayəndələri həyati formalarına görə ot, kol, lian və ya ağac bitkilərdir. Yarpaqları növbəli düzülüb, mürəkəb barmaqvari, lələkvari və ya üçərdir. Yarpaq altlıqları qarmaqvari formaya malikdir. Çiçəkləri, adətən, xırdadır, əksərən salxım, bəzən isə başcıq, çətir və ya sünbül tipli çiçək ürupuna yığılmışdır. Çiçəyin kəpənəkşəkilli olması fəsilə üçün səciyyəvi əlamətdir. Çiçəkləri ikicinsli, aktinomorf və ya ziqomorf olub, ikiqat yanlığına malikdir. Kasacıq yarpaqları bir-birinə bitişmiş, 5-4 dişicikli, bəzən iki dodaqlıdır.
Tacda ləçəklərin üçü əksərən sərbəstdir, bunlardan arxada yerləşən ləçək başqalarına nisbətən iri olub, yelkən, iki yanda yerləşənlər qanad, qarşıda duran isə qayıqcıq adlanır. Bəzi növlərin çiçəklərində tac bitişik ləçəklidir.
Paxlakimilərin androseyinin quruluşunda xeyli müxtəlifliyə təsadüf olunur. Erkəkciklər, adətən, 10ədəd olur ki, onların 9-u erkəkcik saplağı vasitəsilə bitişmiş, bir ədədi sərbəst olur, bəzən erkəkciklərin 10-u da ya tam bitişmiş, ya da tam sərbəst olur.
Ginesey apokarp olub, bir meyvə yarpağından əmələ gəlmişdir. Yumurtalıq üst vəziyyətdədir və biryuvalıdır. Yumurtalığın yuvası bir neçə və ya çoxlu sayda. Çiçəyin formulu . Meyvələri paxla meyvədir. Toxumların qabığı olduqca bərkdir, endospermsizdir. Toxumda rüşeym bükülmüş vəziyyətdə yerləşir və iki ləpə yarpaqları olur.
Paxlalıların əksəriyyət növlərində erkəkciklərdən birinin sərbəst qalıb, doqquzunun sapları ilə bitişərək əmələ gətirdikləri borunun forması müxtəlif olur.
Paxlakimilərin eyni çiçəkdə erkəkciclər dişiciyə nisbətən tez yetişir (proterandiya) və bununla da çarpaz tozlama təmin olunur.
Fəsilənin bütün yer kürəsində 400 cinsi və 9000 növü məlumdur. Azərbaycan florasında bu fəsilənin 40-a yaxın cinsi və 400-ə qədər yabanı növü yayılmışdır.
Əkin noxudu (Pisum sativum)
Birillik ot bitkisi. Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır.
Yaşıl noxud bədənə enerji verər və bədəni qüvvətləndirər. Əzələlərin inkişafına və yenilənməsinə kömək edir. Qansızlığa faydalıdır. Qan xərçənginə qarşı qoruyucudur. Qaraciyərin işini nizama salır. Xüsusilə təzə yaşıl noxud bağırsaqları işlədərək qəbizliyi aradan qaldırar. Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Adi paxla (Phaséolus vulgáris)
Adi paxla — birillik ot bitkisidir, burulan saplağın hündürlüyü 0,5 — 3 m. Yarpaqları mürəkkəb barmaqvari, çiçəklərin ağ, bənövşəyi rəngə olub salxım çiçək qrupuna birləşdirilib. Meyvəsi paxla meyvədir, uzunluğu 5-20sm, eni isə 1-1,5sm, açıq sarıdan tutmuş bənövşəyi rəndədirlər.
Vitamin və zülal baxımından son dərəcə zəngin bir qida olan paxlanın dənələri təzəykən yaşıl, quruyanda qəhvəyidir. Quru paxla, təzə paxlaya görə daha bəsləyicidir. Quru paxlanın 100 gr. təxminən 26 qr. zülal, 58 qr. karbonhidrat və 341 kalori vardır. Ayrıca paxla B1, B2, B6 və K vitaminlərinin yanında azot, nişasta, kalium və maqnezium mineralları baxımından da olduqca zəngindir. Paxla həzmi asanlaşdırır. Böyrəklərə olduqca faydalıdır: Böyrək ağrılarını yüngülləşdirər, böyrək qumlarının və daşlarının tökülməsinə köməkçi olur. Sinə xəstəlikləri və öskürəyə yaxşı gəlir.
Çəmən gülülcəsi (Lathyruspratensis )
Birillik və ya çoxillik ot bitkidir. 160-a yaxın növü məlumdur. Əsasən mülayim iqlimi olan yerlərdə yayılıb. Hündürlüyü 30-100 sm. Saplağın içi boşdur, dırmaşan və ilişən olur. Bu bitkidə sonuncu yarpaq yerinə bığcıq əmələ gəlir.
Çiçəkləri sarı rəngdə olub, 5-10 çiçəkdən ibarət olan salxım əmələ gətirirlər. Meyvələri 2-3 sm-dir. Tərkibində askorbin turşusu, karotin, P vitamini, manqan, dəmir və s.mikroelementlər aşkar olunub.
Lərgə (Vicia)
Lərgə lathyrus cinsinə aiddir. Səpin lərgəsi (sativus) gövdəsi 100 sm-ə qədər hündürlüyündə zərif, düz və dördüzlüdür. Gövdə zərif olduğu üçün zəif də olsa yerə yatır. Aşağı hissəsində daha çox budaqlanır. Yarpaqları cütlələkşəkillidir.
Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd yerləşir. Ləçək yarpaqları ağ, göy, bənövşəyi, çəhrayı rənglidir. Əksər hallarda çarpaz tozlanır. Paxlası ellips yaxud xətkeş formalı, dalğalıdır. Hər paxlada 2-5 toxum olur.
Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur.
Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
100 kq yaşıl kütləsində 17, otunda 49,5, silosunda 17,8 və quru vegetativ kütləsində 28,7 yem vahidi vardır.
Lərgə digər dənli-paxlalı bitkilərdən fərqli olaraq quraqlığa, duza, zərərverici və xəstəliklərə davamlıdır.
Azərbaycanda lərgə əsasən Astara, Lənkəran, Masallı və Cəlilabad rayonlarında becərilir. Hər hektardan orta hesabla 15-20-30 və 45 sentner dən, 250-300 sentner yaşıl kütlə məhsulu verə bilir.
Mərcimək (Lens)
Proteinlə zəngin olan bitki növüdür. Yarpaqları yaşıl, çiçəkləri ağ, çəhrayı, bənövşəyidir. Toxumlarının ölçüsünə görə həm iritoxumlu, həm də xırdatoxumlu mərciməklər var. Ən çox məlum olan növləri qırmızı, sarı və yaşıl mərciməkdir.
Mərcimək həm də dərman təsirli bir bitkidir. Xüsusən də menopoz simptonlarını yüngülləşdirir. Xərçəng xəstəliyinə qarşı qoruyucu təsir göstərir. Kalium səviyyəsi çox yüksəkdir. Bu özəlliyi təzyiqi aşağı salır və nizamlayır.
Mərcimək təkcə zülalla yox, nişasta ilə də zəngindir. Mərciməyin tərkibində 30%-ə qədər zülal, 60%-ə qədər nişasta mövcuddur. Mərciməyin tərkibində B1, B2, B9 vitaminləri, dəmir, kalsium, fosfor minerallari var. Daha maraqlı bir fakt isə budur ki, mərciməyin tərkibində olan zülal ətin tərkibində olan zülaldan daha çoxdur. Qədim dövrdə mərciməkdən dərman bitkisi kimi də istifadə edilmişdir.
Yonca (Trifolium)
Yonca cinsinin nümayəndələri çoxillik ot bitkisidir. Boyu 50-80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8-10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının (Medicaqo sativa L.) 80-ə qədər yabanı və mədəni sort və formaları, üçyarpaq yoncanın (Trifolium pratense L.) 6 yabanı forması vardır.
Azərbaycanın bütün bölgələri üzrə 386 min hektar sahədə yonca bitkisi becərilir. Yonca paxlalılar fəsiləsinə mənsub olub, çoxillik bitkidir. Kənd təsərrüfatı bitkiləri üçün ən yaxşı sələf sayılan yonca aqrotexnika qaydaları əsasında becərildikdə yüksək keyfiyyətli bol yaşıl kütlə və quru ot məhsulu alınır, heyvandarlığın, quşçuluğun və arıçılığın inkişafında yem bazası möhkəmlənir, torpağın münbitlik səviyyəsi daha da yaxşılaşır. Yoncanın yaşıl kütləsi, senajı, quru otu və ot unu mal-qara və quşlar tərəfindən ləzzətlə yeyilir. Yoncanın yaşıl kütləsi heyvanların və quşların orqanizmləri üçün amin turşuları ilə normallaşdırılmış proteinlə, müxtəlif mikro və makroelementlərlə, vitaminlərlə, mineral duzlarla zəngindir. Yoncanın 1 kq yaşıl kütləsində 0,20-0,30 qr, quru otunda 0,60-0,70 qr, yem vahidi 130-180 qr, həzm olunan protein 9,0-16 qr, kalsium 1,5-2,5 qr, fosfor 15-30 mq karotin vardır. Müasir texnologiya ilə hazırlanmış 1 kq ot ununun tərkibində 150-200 qr protein və 200-300 mq karotin vardır.
Dodaqçiçəyikimilər (Dalamazkimilər) (Labiatae və ya Lamiaceae) fəsiləsi
Dodaqçiçəyikimilər (Dalamazkimilər) fəsiləsinin nümayəndələri həyati formalarına görə ot, yarımkol və nadir hallarda isə kollardır. Yarpaqaltlığı olmayan, qarşı-qarşıya düzülmüş, bütöv, adətən, dişcikli və ya qanadlı yarpaqlara malikdirlər. Çiçəkləri ikicinslidir, ziqomorfdur, nadir hallarda aktinomorfdur, çiçəkyanlığı beşüzvlüdür. Kasacıq bitişik yarpaqlı, qanadlı, dişcikli və ya ikidodaqlıdır. Tac bir qayda olaraq ikidodaqlıdır. Tacda alt dodaq üçqanadlıdır, boru çox və ya az dərəcədə uzanmışdır, dörd və ya ikiqanadlı lövhəyə malikdir. Erkəkciklərin sayı dörd ədəddir. Onlardan ikisi nisbətən uzun, digərləri isə onlardan qısadır. Dişicik iki meyvə yarpağının bitişməsinden əmələ gəlmişdir. Yumurtalıq üst vəziyyətdə olub, 2-4 yuvalıdır və əksər hallarda dörd perlidir. Yumurtalıq bir intequmentli, dörd subbazal anatrop yumurtacıqlara malikdir. Sütuncuq uzundur, kinobazikdir və iki dişicik ağzı var. Sütuncuq, adəten, bölümlərin ortasında olmaqla yumurtalığın aşağı hissəsindən qalxır ve bele sütuncuq kinobazik sütuncuq adlanır. Bunlarda tam şəkildə terminal (yumurtalığın tepə hissəsindən qalxan) sütuncuğa tesadüf olunur. Çiçeyin formulu: Meyveləri dörd ereme ayrılır. Toxumları endospermsizdir, bəzen zeif inkişaf etmişdir. Bu fesilə üçün müxtəlif aromatik birləşmeler efır yağları, spirtler, fenollar, aldehidlər, ketonlar ve s. xarakterikdir.
Fəsilenin 300 cinsi və 3200 növü Yer kürəsinin bütün zonalarında, xüsusilə Aralıq dənizi sahillərində, bəziləri isə soyuq zonalarda bitir. Azərbaycanda isə bu fəsilənin 38 cinsi ve 220 növü yayılmışdır.
