S İ F Ə T – NOMEN ADJECTİVUM
Tibbi və əczaçılıq terminologiyasında geniş istifadə olunan nitq hissələrindən biri də sifətdir.Belə ki, bunlar bir çox anatomik və əczaçılıq terminlərinin strukturunda iştirak edir.
Latın dilində sifətlər iki böyük qrupa bölünür. Birinci qrupa birinci və ikinci hallanma tiplərinə aid sifətlər daxil edilir.
İkinci qrupu isə üçüncü hallanma tipinə aid sifətlər təşkil edir. Sifətlərin özlərinə məxsus ayrıca hallanma qaydaları yoxdur və bunlar isimlər kimi hallandırılır.
Bununla əlaqədar olaraq birinci qrupa aid sifətlər isimlərin birinci və ikinci hallanma tipləri üzrə, ikinci qrupa aid sifətlər isə isimlərin üçüncü hallanma tipi üzrə hallandırılır. Görün- düyü kimi, isimlərdən fərqli olaraq sifətlərin yalnız üç hallan- ma tipi vardır.
Birinci qrupa aid sifətlər
Yuxarıda qeyd edildiyi kimi birinci qrupa 1-ci və 2-ci hallanma tiplərinə aid sifətlər daxildir. Adlıq halının təkində bunlar kişi cinsində “- us” yaxud “-er”sonluğu, qadın cinsində “- a”sonluğu və orta cinsdə “-um “ sonluğu ilə qurtarırlar .
Məsələn :
albus ( m ) – ağ ( kişi cinsində )
alba ( f ) – ağ ( qadın cinsində )
album ( n ) – ağ ( orta cisdə )
niger ( m ) – qara ( kişi cinsində )
nigra ( f ) – qara ( qadın cinsində )
nigrum ( n ) – qara ( orta cinsdə )
Lüğətdə I qrupun sifətləri kişi cinsində verilir, sonra isə qadın və orta cinslərin sonluqları göstərilir :
albus, a, um – ağ
niger, gra, grum – qara
Birinci qrupa aid qadın cinsli sifətlər isimlərin1-ci hallanma tipi üzrə, kişi və orta cinsli sifətlər isə isimlərin 2-ci hallanma tipi üzrə hallandırıır :
| casus | S i n g u l a r i s | ||
| M | f | n | |
| Nom | albus | alba | album |
| Gen | albi | albae | albi |
| Dat | Albo | albae | albo |
| Acc | Album | albam | album |
| Abl | albo | alba | albo |
| casus | P l u r a l i s | ||
| m | f | n | |
| Nom | albi | albae | alba |
| Gen | alborum | albarum | alborum |
| Dat | albis | albis | albis |
| Acc | albos | albas | alba |
| Abl | albis | albis | albis |
Sifət həmişə isimlə cinsdə, sayda və halda uyğun gəlməlidir, yəni uzlaşmalıdır və bir qayda olaraq, isimdən sonra yazılır. Tibbi-baytarlıq və əczaçılıq terminologiyalarında sifətlər, bir qayda olaraq, bağlı olduqları isimlərdən sonra gəlir:
nervus vagus – azan sinir
costa vera – həqiqi qabırğa
remedium novum – yeni dərman
vaselinum flavum – sarı vazelin
linea alba – ağ xətt
vena cava – boş vena
Əgər isim və onunla uzlaşan sifət eyni hallanma tipinə mən- sub olarsa, bu zaman onların hal sonluqları da uyğun gəlir. İsim və sifət müxtəlif hallanma tiplərinə aid olduqda bunların hal sonluqları uyğun gəlmir və hər biri mənsub olduğu hallanma tipi üzrə hallandırılır. Məsələn, gilbolus isimi II hallanmaya aid olmasına baxmayaraq, qadın cinslidir. Deyək ki, ağ gil söz birləşməsini hallandırmaq lazımdır. Latınca bu söz birləşməsi bolus alba formasında olacaq. Bu zaman bolus isimi II hallanma tipi üzrə, alba sifəti isə I hallanma tipi üzrə hallandırılmalıdır:
| Casus | Singularis | |
| Nom | costa vera | bolus alba |
| Gen | costae verae | boli albae |
| Dat | costae verae | bolo albae |
| Acc | costam veram | bolum albam |
| Abl | costa vera | bolo alba |
| Casus | Pluralis | |
| Nom | costae verae | boli albae |
| Gen | costarum verarum | bolorum albarum |
| Dat | costis veris | bolis albis |
| Acc | costas veras | bolos albas |
| Abl | costis veris | bolis albis |
Birinci qrupa aid sifətləri digər nitq hissələrindən və, əsa- sən də, isimlərdən yaratmaq olur :
1) -e-us və -ace-us suffikslərini isimin əsasına birləşdirdikdəmaddənin tətkibini xarakterizə edən sifətlər əldə edilir:
Osse – e -us ( osseus, a, um ) – sümüklü; os, ossis, n – sümük isimindən əmələ gəlir;
Papyr– ace- us ( papyrceus, a, um) –papirusdan hazırlanmış; papyrus,i,m – papirus isimindən əmələ gəlir.
2) -ic-us və -in-us suffikslərini isimin əsasına birləşdirdikdə hər hansı əşyaya və yaxud yerə aid olmasını bildirən sifətlər
əldə edilir :
Pancreat-ic – us, a, um – mədəaltı vəzinə aid olmasını bildirən sifət (pancreas, atis, n – mədəaltı vəzi isimindən əmələ gəlir) ;
3) -ide-us suffiksini isimin əsasına birləşdirdikdə (-o saitinin va- sitəsilə) oxşarlıq, bənzərlik mənasını bildirən sifətlər əldə edilir: delt – o –ide-us, a, um, – deltavari, deltayabənzər ( del- ta, ae, f – delta isimindən əmələ gəlir );
4) –os – us suffikslərini isimin əsasına birləşdirdikdə nəyin isə mövcudluğunu, bolluğunu bildirən sifətlər əldə edilir:
aqu-o-sus, a,um – sulu ( aqua, ae, f – su isimindən əmələ gəlir);cavern – os-us, a, um – mağaralı, kavernalı (caverna, ae, f- mağara isimindən əmələ gəlir );
Birinci qrupa aid bəzi sifətlər
amarus , a, um – acı
acutus, a, um – iti
purus, a, um – təmis, saf
durus, a, um – bərk, sərt
externus, a, um – xarici
internus, a, um – daxili
vivus, a, um – canlı, diri
longus, a, um – uzun
latus, a, um – enli, geniş
verus, a, um – həqiqi, əsl
spurius, a, um – yalançı
albus, a, um – ağ
flavus, a, um – sarı
diabetes, ae, m – diabet
profundus, a, um – dərin
obligus, a, um – çəp
transversus,a, um – köndələn
cinerius, a, um – boz
niger, gra, grum – qara
ruber, bra, brum – qırmızı
dexter, tra, trum – sağ ( sağ tərəf )
sinister, tra, trum – sol
cavus, a, um – boş
malignis, a, um – bəd xassəli
somniferus, a, um – yuxugətirici
novus, a, um – yeni
bonus, a, um – yaxşı
aquosus, a, um – sulu
spirituosus, a, um – spirtli
althercus, a, um – efirli
liber, libera, liberum – azad, sərbəst
distillatus, a, um – distillə olunmuş
sterilisatus, a, um – steril, sterilizə olunmuş
xiphoideus, a, um – xəncərvari, qılıncvari
subcutaneus, a, um – dərialtı
sedativus, a, um – sakitləşdirici
sanus, a, um – sağlam
liqudius, a, um – duru maye
contagiosus, a, um – yoluxucu
compositus, a, um – mürəkkəb
compactus, a, um – bərk, sərt
validus, a, um – zəhərli
