Cum. Oca 23rd, 2026

      Azərbaycan dilində olduğu kimi, latın dilində də felin əmr forması  (imperativus) təkdə və cəmdə olmaqla, yalnız  ikinci şəxsdə işlənir. Felin  əmr  forması  onun  məsdər  formasından aşağıdakı qayda üzrə yaradılır:

     1) təkdə əmr formasını yaratmaq üçün I, II və  IV təsriflərdə   məsdər formadan “-re” sonluğunu atmaq lazım gəlir, yəni  əmr forması felin əsası  ilə eyni olur.  III  təsrifdə  isə əmr formasını yaratmaq üçün fel əsasına  “-e” sonluğunu  əlavə etmək  tələb olunur :

  Təsrif               İnfinitivus     İmperativus  singularis
          I sanare- müalicə etmək        sana!  –  müalicə et!
         II  miscēre- qarışdırmaq      misce! – qarışdır!
      III  solvӗre – həll etmək       solv + e! –  həll et!
        IV  finire – qurtarmaq         fini!  –  qurtar !

        2) cəmdə felin  əmr formasını  yaratmaq  üçün  I,  II,  IV

 təsriflərdə felin əsasına  “-re” sonluğu əlavə edilir,  III  təsrifdə  isə  bundan  fərqli olaraq  felin  əsasına  “ -ite”  şəkilçisi əlavə edilir:  

  Təsrif          İnfinitivus     İmperativus pluralis
          I sanare-müalicə etmək sana+ te! – müalicə edin!
         II  miscēre- qarışdırmaq misce+ te! – qarışdırın!
      III  solvěre – həll etmək  solv+ ite! –  həll edin!
    IV  finire – qurtarmaqfini + te !  –  qurtarın!

     Əgər əmr forması eyni zamanda  qadağan mənasını daşıyırsa, bu zaman “nolo” (arzu etmirəm, istəmirəm)felindən istifadə edilir.

    Təkdə noli, cəmdə isə nolite olmaqla əsas fel məsdər formada işlədilir:

                noli  miscēre!  –  qarışdırma!

                nolite miscēre!  –  qarışdırmayın!

                noli  dividěre!  –  bölmə!

                nolite dividěre! –  bölməyin!

    Baytarlıqda və tibbidə felin əmr forması  reseptura sahəsində  daha tez-tez işlədilir. Belə ki, resept məhz əmr, müraciət for- masında tərtib edilir və bununla əlaqədar fellər əksər hallarda  reseptdə əmr formasında verilir :

           Recipe (Recipite)  –  qəbul et!  (qəbul  edin! )

           Misce  (Miscete )  –  qarışdır! (qarışdırın! )

           Da (Date )  – ver! burax!  (verin!  buraxın!)

           Signa (Signate )  –  göstər! qeyd et! (göstərin! qeyd edin!)

M  Ə  Ş  Ğ  Ə  L  Ə

        Aşağıdakı fellərin əmr formasını yaradın :

laborare – işləmək; studēre – öyrənmək, oxumaq; tegěre- üzərini örtmək;  repetěre- təkrar etmək; amare-sevmək; vidēre- görmək, baxmaq;  filtrare- süzmək;  habēre- malik olmaq; servare- sax- lamaq ; ornare–bəzəmək;  ligare– bağlamaq, birləşdirmək;  latere- gizlənmək, gizli qalmaq;  iuvare–kömək etmək;  intrare- daxil olmaq , girmək; auscultare – dinləmək, qulaq  asmaq;  colligěre – toplamaq, yığmaq; scriběre – yazmaq; dare-vermək;  tacere – susmaq ; venire- gəlmək, qayıtmaq; vertěre – çevirmək; döndərmək; curare – müalicə etmək;  sterilisare- sterilləşdirmək; zərərsizləşdirmək, parare – hazırlamaq; macerare –  islatmaq; nominare- adlandırmaq; vivere – yaşamaq;  pungěre- deşmək, potare –  içmək; sancmaq;

           Məlum növdə felin xəbər formasının indiki

          zamanı  –  Praesens indicativi  activi

       Latın dilində felin xəbər formasının  (indicativus)  indiki za- manı felin əsasına müvafiq şəxs sonluqlarının əlavə edilməsi yo- lu ilə yaradılır:

 Felin  məlum  növünün  (activi ) şəxs  sonluqları

   P     persona              singularis             pluralis
               I                    – o               – mus
              II                    – s                – tis
             III                    – t              –  nt

       Qeyd olunan şəxs sonluqları felin  əsasına əlavə edilir. Bu zaman əksər təsriflərdə şəxs sonluqları bilavasitə felin əsasına əlavə edilir. Lakin bəzi təsriflərdə şəxs sonluqları felin əsasına əlavə edilərkən müəyyən məqamlar nəzərə alınmalıdır:

       1) I təsrifdə birinci şəxsin təkində əsasın sonuncu səsi  “-a”  eliziyaya uğrayır  (yəni düşür)  və, beləliklə də, sana+o  (sanao) əvəzinə sano ( mən müalicə edirəm ) alınır; eyni hadisə  məchul növdə də baş verir,  yəni sana+or ( sanaor ) əvəzinə sanor ( mən müalicə olunuram, məni müalicə edirlər) işlənməlidir;

      2)  IV təsrifdə  üçüncü şəxsin cəmində felin əsası  ilə şəxs sonluğu arasına “-u“ saiti daxil edilir, yəni məlum növdə  audi+nt (audint) əvəzinə audi+u+nt  (audiunt-onlar eşidir) və məchul növdə audi+u+ntur (onlar eşidilir, dinlənilir və yaxud onları eşidirlər, dinləyirlər).

   3)  III  təsrifdə  2-ci və 3-cü şəxslərin təkində, 1-ci və 2-ci şəxslərin cəmində fel əsası ilə şəxs sonluğu arasına “-i” saiti və 3-cü şəxsin cəmində “-u” saiti daxil edilir .

     Qeyd :  a) felin məchul  növündə  2-ci şəxsin təkində felin əsası ilə şəxs sonluğu arasına “-i” əvəzinə “-e” saiti daxil edilir; b) recipěre feli şəxslər üzrə dəyişərkən 1-ci şəxsin təkində və 3-cü şəxsin cəmində felin əsası ilə şəxs sonluğu arasına əlavə ola- raq  “-i” saiti daxil edilir (recip+i+o; recip+i+or; recip+ i+ unt; recip+ i+ untur)

    Bir sıra digər dillərdən (məsələn, azərbaycan, rus və s.) fərq- li olaraq, latın dilində fellər şəxslər üzrə dəyişərkən, bir qayda olaraq, şəxs əvəzlikləri işlədilmir və bu zaman şəxs əvəzliklə- rinin rolunu burada  şəxs  sonluqları yerinə yetirir.

 I  təsrif :  filtrare  –  süzmək

                                  Praesens   indicativi   activi

persona             singularis                      pluralis
 1   filtro – mən süzürəmfiltramus-biz süzürük
   2filtras – sən süzürsənfiltratis- siz süzürsünüz
   3filtrat – o süzürfiltrant – onlar süzürlər

M  Ə  Ş  Ğ  Ə  L  Ə

        Aşağıdakı fellərin əmr formasını yaradın :

laborare – işləmək;

studēre – öyrənmək, oxumaq;

tegěre- üzərini örtmək; 

repetěre- təkrar etmək;

amare-sevmək; vidēre- görmək, baxmaq;

filtrare- süzmək;  habēre- malik olmaq;

servare- sax- lamaq ;

ornare–bəzəmək; 

ligare– bağlamaq, birləşdirmək;

 latere- gizlənmək, gizli qalmaq;

 iuvare–kömək etmək;

 intrare- daxil olmaq ,

girmək; auscultare – dinləmək, qulaq  asmaq; 

colligěre – toplamaq, yığmaq;

scriběre – yazmaq;

 dare-vermək; 

tacere – susmaq ;

venire- gəlmək,

qayıtmaq; vertěre – çevirmək;

döndərmək;

curare – müalicə etmək; 

sterilisare- sterilləşdirmək; zərərsizləşdirmək,

parare – hazırlamaq;

macerare –  islatmaq;

nominare- adlandırmaq;

vivere – yaşamaq; 

pungěre- deşmək,

potare –  içmək; sancmaq;

                                           M ə ş ğ ə l ə l ə r

  1.  Aşağıdakı fellərin əsasını və təsrifini təyin edin :

    nominare – adlandırmaq

    absorbēre – udmaq , hopdurmaq

    accumulare – toplamaq

    adděre – əlavə etmək

    expertire – tədqiq etmək, müayinə etmək, yoxlamaq

    sentire – hiss etmək, duymaq

    servare – qoruyub saxlamaq

    inficere – yoluxdurmaq

    nutrire – yemləmək, qidalandırmaq

    dividěre – bölmək

    filtrare – süzmək

    praeparare – hazırlamaq

    vivěre – yaşamaq

    sanare – müalicə etmək

    iungěre – birləşdirmək

    ornare – bəzəmək, bəzək vermək

    solvěre – həll etmək

    finire – qurtarmaq, sona çatmaq

    latere – gizli qalmaq

    comitare – müşayət etmək

    adhiběre – tətbiq etmək

    studēre  – oxumaq

    macerare  –  islatmaq

    tenēre  –  saxlamaq, tutmaq

⚠️ Yasal Uyarı: Medkeşif.com'da yer alan bilgiler, yalnızca bilgilendirme amaçlıdır ve profesyonel tıbbi tavsiye yerine geçmez. İlaç kullanımı ve tedaviniz ile ilgili konularda mutlaka hekiminize veya eczacınıza danışınız.

Bir yanıt yazın