Paz. Oca 25th, 2026

                                   

    Latın dilində fel aşağıdakı qrammatik kateqoriyalara malikdir:

 1) tək sayda ( halda) – numerus singularis (sing.);

     cəm sayda ( halda) – numerus  pluralis  ( plur.)

 2)     1- ci  şəxs  ( persona   prima )

        2- ci  şəxs  ( persona  secunda )  

        3- cü   şəxs  ( persona  tertia )

 3)  indiki  zaman   –   tempus  praesens

      başa  çatmamış  keçmiş  zaman –  tempus imperfectum

      başa çatmış keçmiş  zaman  –  tempus  perfectum

        çoxdan baş vermiş  keçmiş zaman  –  tempus

        plusquamperfectum

        gələcək zaman  ( birinci )  –  futurum  I

        gələcək  zaman ( ikinci ) – futurum II (digər gələcək

        zamandan əvvəl baş verəcək hərəkəti, hadisəni  bildirir)

4)  xəbər  forması    –  modus  indicativus  (ind.)

     lazım  forması   –  modus  conjunctivus  (conj.)

     əmr  forması   –  modus  imperativus   ( imp.)

      məsdər  forması   –  modus  infinitivus  ( inf.)

5)  məlum  növ   –  genus  activum   ( act.)

     məchul  növ   –  genus  passivum  ( pass. )  

                       F E L İ N   T Ə S R İ F L Ə R İ

       Latın felinin olduqca vacib xassələrindən biri də onun təsrifəridir. Bütün latın felləri dörd  təsrifə bölünür. Felin təsrifi onun indiki zamanda olan əsasının sonuncu səsinə görə  təyin edilir.

      Ümumiyyətlə isə, indiki zamanda fellərin əsası aşağıdakı  səslərlə qurtara  bilər: “-a”, “-ē”, “-i” və samit səs (nadir hallar- da “-u”) səsi ilə.

     Əsasının sonu “-a” ilə bitən fellər birinci təsrifə aid edilir  (məsələn, signa- ).

       Əsasının sonu “-ē” ilə bitən fellər ikinci təsrifə  aid edilir

( məsələn,  miscē- ).

      Əsasının sonu samit səs yaxud “-u” ilə bitən  fellər üçüncü təsrifə aid edilir (məsələn, solv-  yaxud dilu-).

“audi –  “əsasına malik audire  (eşitmək) feli  isə IV  təsrifə aid Əsasının sonu “-i” ilə bitən fellər dördüncü təsrifə aid edilir (məsələn, audi – ).  Belə olduqda “signa–“ əsasına malik signare

(göstərmək, qeyd etmək)  feli  I təsrifə, “miscē –“ əsasına malik miscēre  (qarışdırmaq)  feli  II  təsrifə , “solv –“  əsasına malik solvere( həll etmək) feli  III  təsrifə, ediləcəkdir .

                             F e l i n     ə s a s ı n ı n     t ə y i n i 

        Hər  hansı  bir felin hansı təsrifə  aid  olmasını təyin etmək üçün həmin felin məsdər  formasını bilmək  lazımdır. Nəzərə almaq lazımdır ki, bütün təsriflərdə məsdər forma “–re” sonluğu ilə bitir.

     Bu sonluq I,  II və IV təsriflərdə bilavasitə felin əsasına birləş- dirilir, III  təsrifdə isə felin əsası ilə sonluq  arasında  birləşdirici “-e” saiti iştirak edir.

       Felin  əsasını  təyin etmək üçün məsdər formada  -are, – ere, və – ire ilə qurtaran fellərdən”–re” sonluğu  –ěre  sonluğu ilə bitən fellərdən isə məsdər formadan “–ěre” atılır. Buna müvafiq olaraq isə felin təsrifi təyin edilir :

mə  məsdər formatəs  təsrif Fel   felin əsasıəsa   əsasın sonuncu                səsi
Si       signāre          I          signa-                  -a
Mi      miscēre         II          miscē-                  -ē
 S       solvěre        III          solv –       samit (-u)
 au     audire        IV          audi-                  -i

Felin məsdər formasına görə onun təsrifini və əsasını təyin edin:

1)  aperire- açmaq; 

2)  macerare – islatmaq;

3) vivěre –  yaşamaq;  

4) implere–doldurmaq,

5) scribere – yazmaq,

 6) valěre  –  sağlam olmaq,

7) colligere– toplamaq,  yığmaq; 

8) tacēre–susmaq, 

9) recipěre- götürmək, qəbul etmək,

10) inservire – xidmət etmək,

11) diluěre – durultmaq,

12) parare – hazırlamaq;  

13) vidēre – baxmaq, görmək, 

14) dividěre – bölmək, 

15) formare – forma vermək,

16) venire –gəlmək,

17) habere–malik olmaq, 

18) vertěre-çevirmək,

19) iungere – birləşdirmək, 

20)  auscultare – dinləmək, qulaq asmaq,

21)  tenēre  – saxlamaq, tutmaq .

⚠️ Yasal Uyarı: Medkeşif.com'da yer alan bilgiler, yalnızca bilgilendirme amaçlıdır ve profesyonel tıbbi tavsiye yerine geçmez. İlaç kullanımı ve tedaviniz ile ilgili konularda mutlaka hekiminize veya eczacınıza danışınız.

Bir yanıt yazın