Paz. Oca 25th, 2026

    Latın terminlərinin düzgün tələffüzü sözdə vurğunun dəqiq təyin edilməsindən bilavasitə asılıdır.Belə ki,vurğunun dəyiş- dirilməsi hətta sözün mənasının dəyişməsinə  səbəb ola bilər. Məsələn :

                     incīdo   –  kəsib  götürürəm

                     incĭdo  –  yıxılıram

             Latın dilində aşağidakı vurğu qaydalarından istifadə edilir :

1. Latın sözlərində sonuncu heca heç zaman vurğulanmır .

2. İki hecalı sözlərdə vurğu birinci hecaya düşür :

                     vīta –  həyat;    ví – ta                           

                     rōza – qızıl gül;    ró – za 

                     cāput  –  baş;     cá – put

3. Üç və daha çox hecalı sözlərdə vurğu sözün axırından ikinci hecasının uzun yaxud qısa  tələffüzlü olmasından asılıdır. Bu heca uzun tələffüzlü  olarsa  həmin heca vurğulanır, əgər axırdan  ikinci heca qısa tələffüzlü olarsa, bu zaman vurğu axırdan üçüncü hecaya düşür :

            ligamentum – bağ;    lı – ga-mēn-tum ( ligaméntum)                                                                                                                     

                                           4    3    2      1    

            cranium – kəllə;   cra – nĭ – um  (cránium)                                            

                                        3       2     1

            instrumentun – alət;    ins – tru -mēn-tum ( instruméntum)                                                                                                  

                                                4        3     2      1    

  UZUN  VƏ  QISA  TƏLƏFFÜZLÜ   HECALAR

 1.  Uzun tələffüzlü hecalar :

 1)  hecanın saiti iki və daha çox samit və habelə “x”  yaxud  “z”  samitlərindən əvvəl yerləşərsə uzun tələffüzlü sayılır:

                    processus  – çıxıntı ;   pro – cēs – sus  

                    linimentum – liniment;  li–ni – mēn  – tum     

                reflexus  –  refleks ;    ref – lē – xus    

Qeyd:  1) ch, ph, th, rh, br, pr, bl, pl  hərf  birləşmələri saitdən sonra gəldikdə həmin sait qısa tələffüzlü sayılır :

       vertebra – fəqərə ;   vēr – te – bra  (vértebra)

         stomachus – mədə ; stō – ma – chus   (stómachus)

             cerebrum- baş beyin ; cē – re – brum  ( cérebrum )

     2)   -al;-ar ;-at; -in; -iv; -os ; -ur; -ut suffikslərində  sait uzun

   tələffüzlü olur:

              digitatus (sifət ) – barmaq;  di – gi- tā – tus  (digitátus )

              sutura  –  tikiş ;   su – tū – ra  ( sutúra )

              incisivus – kəsici; in–ci – sī – vus   ( incisívus )

     3)  diftonqlar həmişə  uzun tələffüzlü  olur :

         gangraena – toxumanın çürüməsi;  gan-graē-na ( gangraéna)

           diaeta – pəhriz;     di – áē – ta  ( diaéta )

           cauda  – quyruq;   cáū – da   ( cáuda )

         2.  Qısa tələffüzlü hecalar : 

   1) Hecanın saiti digər  saitdən  və  habelə “h” samitindən

        əvvəl  yerləşdikdə qisa tələffüzlü sayılır:

                 tenuis  –  nazik ;  te –nŭ  –  is  ( ténuis )

            series  –   sıra;  se – rĭ  – es  ( séries )  

                 cranium  –  kəllə ;    cra-  nĭ  – um  (cránium )

         2)   -ic,  -ol, -ul suffikslərində sait qısa tələffüzlü sayılır :

                lobulus – paycıq;    lo – bŭ – lus  ( lóbulus)

               foveola -çuxurcuq;  fo – ve – o – la ( fovéola)

       Q e y d :  hecanın saiti bir samitdən əvvəl yerləşdikdə onun

                       uzun və ya qısa tələffüzlü olması sözlərin özündə

                       lüğətdə və mətnlərdə göstərilir. Məsələn :

                lamĭna  ( lámĭna)    –  lövhə

                orbĭta ( órbĭta )  –  orbit

                natūra ( natúra)  –  təbiət 

                vesĭca  ( vésĭca)  –  kisə

      Latın terminləri orfoepiyasında  ümumi vurğu qaydalarını əsas götürməklə,  tibbi-baytarlıq və əczaçılıq  terminlərində  vurğunun düzgün təyin edilməsində aşağıdakı müddəaları da  rəhbər  tutmaq olar :  

 1) yunan mənşəli terminlərin tərkibində “–iac“suffiksi varsa i

saiti vurğulanır (“a” saiti qısa tələffüz  olunur ) :

          cardīacus (cardíacus) – ürək (sifət  mənasında ) 

          interilīacus ( interilíacus ) –   qalçaarası ( sif. )

          pericardīacus ( pericardíacus ) –  perikard  ( sif. ) 

          pedīacus  ( pedíacus )  –  ayağa aid

          sacroilīacus ( sacroilíacus )  –  oma-qalça ( sif. )

         supracardīacus  (supracardíacus ) – ürəküstü  (sifət )

    2)  -cytus və – physis terminelementlərlə bitən terminərdə “y”

         saiti vurğulanmır :

             limphocўtus ( limphócўtus) – limfosit

             phagocўtus  ( phagócўtus )  –  faqosit

             monocўtus ( monócўtus) – monosit

3)  -ter sonluğu ilə bitən latınlaşdırılmış yunan  sözlərində  yiyə- lik  halın təkində axırdan  ikinci heca vurğulanır :

                 masseteris ( massetēris )  –  çeynəmə əzələsinin

                 trochantheris  (trochantēris)  –  burmanın

     4)  latınlaşdırılmış  yunan sözlərinin  yiyəlik  halının  təkində

          vurğu samitdən əvvəl yerləşən axırdan ikinci hecaya düşür :

              atlāntis  (atlántis ) –  atlasın  (birinci boyun fəqərəsinin)

              menīngis (meníngis) –  beyin qişasının

              pharyngis  (pharýngis )  –  udlağın

  5) latın dilindəki vurğu qaydalarına uyğun gəlməyən qədim yu- nan diftonqlarından və ya uzun tələffüzlü saitlərdən ibarət latınlaşdırılmış terminlərdə yunan  vurğusu saxlanılmaqla “e” saitinin  üzərinə düşür :

                         glutēus  (glutéus )  – sağrı  ( sif. )

                         perinēum  ( perinéum ) –  aralıq 

                         peritonēum ( peritonéum ) – periton                                     

⚠️ Yasal Uyarı: Medkeşif.com'da yer alan bilgiler, yalnızca bilgilendirme amaçlıdır ve profesyonel tıbbi tavsiye yerine geçmez. İlaç kullanımı ve tedaviniz ile ilgili konularda mutlaka hekiminize veya eczacınıza danışınız.

Bir yanıt yazın