DİFTONQLARIN TƏLƏFFÜZÜ
Latin dilində 4 diftonq ( ikisəslilər ) ayırd edilir :
“ae” diftonqu “e” səsi kimi tələffüz edilir :
aequalis [ ekvalis ] – bərabər
costae [ koste ] – qabırğalar
diaeta [ dieta ] – pəhriz
Aetazolum [ etazolum ] – etazol
“oe” diftonqu “e” ( ö ) kimi tələffüz edilir :
oedema [ödema] – sulu şiş ( ödem )
coena [ tsöna ] – nahar
oesophagus [ ezofaqus ] – yem borusu
estradiolum [ estradiolum ] – estradiol
“au” diftonqu bir heca sayılmaqla, burada “a” uzun, “u” isə
qısa tələffüz edilir – āŭ :
cāŭda [ kauda ] – quyruq
trāŭma [trauma] – zədə, travma, xəsarət
āŭris [ auris ] – qulaq
āŭrum [ aurum ] – qızıl
“eu” diftonqu bir heca sayılmaqla, burada “e” uzun, “u” isə qısa tələffüz edilir – ēŭ :
plēŭra [ pleura ] – plevra
aponēŭrosis [ aponeurozis ] – aponevroz, vətər
gərilməsi
rhēŭm [ reum ] – ravənd ( bitki )
ēŭcalyptus [ eukaliptus]- evkalipt ( ağac )
Qeyd: “ae” və “oe” hərf birləşmələrini diftonq kimi deyil, hər saiti ayrı-ayrılıqda tələffüz etmək lazım gəldikdə, bu zaman “e” hərfi üzərinə iki nöqtə işarəsi qoyulur ( “aё” ) , “oё” ) :
aёr [ aer ] – hava
aloё [ aloe ] – əzvay ( bitki )
diploё [ diploe ] – süngər maddəsi
Аёronum [ aeronum ] – aeron
SAMİTLƏRDƏN İBARƏT HƏRF BİRLƏŞMƏLƏRİNİN
( DİQRAFLARIN ) TƏLƏFFÜZÜ
Yunan mənşəli sözlərdə təsadüf edilməklə, aşağıdakı diqraflar ayırd edilir :
“ch” diqrafı azərbaycan dilindəki “x” kimi tələffüz edilir :
charta [ xarta ] – kağız
chole [ xole ] – öd
chorda [ xorda ] – xorda, tel
chlorum [ xlorum ] – xlor
“ph” diqrafı azərbaycan dilindəki “f” kimi tələffüz edilir :
phosphorus [ fosforus ] – fosfor
phalanx [falyanks] – buğum ( falanqa, barmaq
sümüyü )
pharmacon [ farmakon ] – dərman
pharynx [ farinks ] – udlaq
“th” diqrafı azərbaycan dilindəki “t” kimi tələffüz edilir :
therma [ terma ] – istilik, hərarət
thorax [ toraks ] – döş qəfəsi
thalamus [ thalamus ] – görmə qabarı
aether [ eter ] – efir
“rh” diqrafı azərbaycan dilindəki “r” kimi tələffüz edilir :
rhizoma [ rizoma ] – kökümsov gövdə
rheum [ reum ] – ravənd ( bitki )
rhis [ ris ] – burun
rhaphe [ rafe ] – tikiş
Qeyd : “sch” hərf birləşməsi azərbaycan dilindəki “sx” kimi
tələffüz edilir :
schola [ sxolya ] – məktəb
os ischii [ os isxii ] – oturaq sümük
Lakin bəzi klinik terminlərdə yanlış olaraq bu hərf birləş-
məsi “ş” səsi kimi işlədilmişdir :
ischemia [ ışemia ] – işemiya (yerli qan azlığı )
ischias [ işias ] – işias (oturaq sinirin iltihabı )
SAMİT VƏ SAİTDƏN İBARƏT HƏRF
BİRLƏŞMƏLƏ RİNİN TƏLƏFFÜZÜ
“qu” hərf birləşməsi azərbaycan dilindəki “kv” kimi tələffüz
edilir :
quartus [ kvartus ] – dördüncü
quadriceps [ kvadritseps ] – dördbaşlı
squama [ skvama ] – pulcuq
liquor [ likvor ] – maye
“ngu” hərf birləşməsi iki cür tələffüs edilə bilər :
1) “ngu” saitdən əvvəl gələndə “nqv” kimitələffüz edilir :
lingua [ linqva ] – dil
sanguis [ sanqvis ] – qan
unguentum [ unqventum ] – məlhəm
unguis [ unqvis ] – dırnaq
2) “ngu” samitdən əvvəl gələndə “nqu” kimi oxunur :
angulus [ anqulyus ] – bucaq
singularis [ sinqulyaris ] – bir- bir ( tək )
frangula [ franqulya ] – murdarça ( ağac)
“ti” hərf birləşməsi iki cür tələffüz edilə bilər :
1) “ti” saitdən əvvəl yerləşərsə “tsi” kimi tələffüz edilir :
solutio [ solyutsio ] – məhlul
tertius [ tertsius ] – üçüncü
fixatio [ fiksatsio ]- bağlanma, təsbit edilmə
articulatio [ artikulyatsio ] – oynaq
Qeyd: əgər “ti” hərf birləşməsindən əvvəl “s” , “ t ” , “x” samitləri yerləşərsə, onda bütün hallarda bu hərf birləşməsi yalnız “ti” kimi oxunmalıdır :
bestia [ bestia ] – vəhşi, vəhşi heyvan
mixtio [ mikstio ] – qarışıq
ostium [ ostium ] – girəcək, ağız, dəlik
acusticus [akustikus] – akustik, eşitmə
2) digər hallarda “ti” hərf birləşməsi “ti” kimi tələffüz edilir :
cutis [ kutis ] – dəri
retina [ retina ] – tor, qişa
tibia [ tibia ] – qamış sümüyü
Tilia [ tilia ] – cökə ( ağac )
