Sözdüzəltmə
Latın dili müasir zamanda danışıq dili kimi fəaliyyət göstərməsə də, beynəlmiləl dil kimi durmadan inkişaf edir və zənginləşir. Onun zənginləşməsinin bazasını latın dili və qədim yunan dillərinin əsas lüğət fondu və sözdüzəldici elementlər suffikslər təşkil edir.
Latın dilinin lüğət tərkibinə 3 əsas söz qrupları daxildir:
1. Verba primitiva-Kök sözləri
2. Verba derivata- törəmə sözlər
3. Verba composita- mürəkkəb sözlər
1) Kök sözləri söz kökündən və qrammatik sonluqdan ibarətdir, məsələn:
Par+o hazırlayıram
Cav+um boşluq
Brev+is qısa
2) Törəmə sözlər söz kökündən və prefiksdən, söz kökündən və suffiksdən, habelə söz kökündən və həm suffiksdən, həm də prefiksdən ibarət ola bilər, məsələn:
Prae+ paro – hazırlayıram
Par+atus –hazır
Se+par+atus –ayrılmış
3) Mürəkkəb sözlər birləşdirici saitin köməyi ilə birləşdirilən iki və daha çox kök sözlərdən ibarət olur, məsələn:
Aqua+ductus = aqua-e-ductus
Su+keçid, yol, axar = su keçidi, su kəməri
pharmacon+logos= pharmac +o+logia
dərman+elm= dərman haqqında elm (dərmanşünaslıq)
cytus+plasma= cyt-o-plasma
hüceyrə+plazma= hüceyrə plazması
Qeyd etmək lazımdır ki, latın terminlərinin çoxunu törəmə sözlər təşkil edir. Latın terminlərinin mənasını başa düşmək üçün,bütün sözdüzəldici elementləri bir-birindən seçməyi bacarmaq lazımdır. Sözdüzəldici elementlər bunlardır: Kök, prefiks, suffiks, söz əsası və qrammatik sonluq
SUFFİKSLƏR
1) -ulus,ula, ulum
-culus,cula,culum,
-olus,ola,olum –suffiksləri kiçikləşdirilmiş isimlərin düzəldilməsi üçün işlədilir,
Məsələn:
Granum- dənə, granulum- dənəcik
Tuber-qabar, tuberculum-qabarcıq
2) alis (-ale), aris (-are) suffiksləri ismin kök hissəsinə aidliyi olan sifətlərin düzəldilməsi üçün işlədilir:
Aqua- su
Aqualis- sulu
3) arium, orium suffiksləri müəyyən bir şeyin saxlanma yerini bildirən isimlərin düzəldilməsi üçün işlədilir
Məsələn:
Herbarium- herbari (herba-ot sözündəndir)
Aquarium- su anbarı (aqua- su sözündən)
4) mentum suffiksi vasitəni bildirir, bu suffiksin köməyi ilə əmələ gələn isimlər fellərdən törənir,
Məsələn:
| Fel | İsim |
| Linire -yaxmaq | Linimentum-duru məlhəm |
| Ligare-bağlamaq | Ligamentum- bağ (anatomiya) |
5) –oma suffiksi şiş, şişkinlik mənasını bildirir:
Lipoma-piy təbiətli şiş
Mioma- əzələ toxumasının şişi
Fibroma-birləşdirici toxumanın şişi
6) osus ,osa,osum suffiksi müəyyən bir şeyin çoxluğunu, bolluğunu göstərir
Sulfur-kükürd
Sulfurosus- kükürdü çox olan
Caverna – boşluq, mağara
Cavernosus- çox boşluqları olan
7) itis – suffiksi orqanın iltihabını bildirir
Pharyng-itis – faringit, udlağın iltihabı
Hepat-itis- hepatit,qaraciyərin iltihabı
8) idae- (yalnız cəmdə) biologiyada dəstəni bildirir
Equus –at
Equidae- Atlar dəstəsi
Canis-it
Canidae-İtlər dəstəsi
9) inum-(um) – suffiksi müəyyən bir maddəni ifadə etmək üçün işlədilir
Aspirinum- asetil salisil turşusu
Saponinum-saponin
10)-atus, ata,atum- suffiksi aşağıdakı məqsədlərlə işlənilir
a) müəyyən bir şeylə təchiz olunmuş
dentatus- (ata,atum)- diş ilə təchiz olunmuş (dişli)
bromatus- (ata,atum)- brom ilə təchiz olunmuş (bromlu)
caudatus- (ata,atum)- quyruq təchiz olunmuş (quyruqlu)
b) 1-ci təsrif tipinə aid fellərdən keçmiş zamanda məchul növdə olan feli sifətlərin (Participium perfecti passivi) düzəldilməsi üçün
Filtratus – (ata,atum)- süzülmüş
PREFİKSLƏR
Prefiks sözün kökü qarşısında yerləşən sözdüzəldici element olub, yeni törəmə sözlərin düzəldilməsi üçün istifadə olunur.
1)A, an prefiksi inkar və yaxud müəyyən bir şeyin olmamasını yada ki, azalmasını bildirir
A-tonia tonusun olmaması, aşağı düşməsi
An-aemia- qanazlığı
2) Hypo,sub prefiksləri alt, aşağı,azalma mənasını bildirir
Hypo-tonia-tonusun azalması,(zəifləməsi)
Hypo-lingualis- dilaltı
3)Hyper, supra prefiksləri üst, üstünlük,həddən artıq mənasını bildirir.
Hyper-aemia-hiperemiya, qanın həddən artıq toplanması
Suprascapularis- kürəküstü
4) dys- prefiksi pozulma,funksiyanın pozulması mənasını bildirir
Dyspepsia- həzm funksiyasının pozulması
Bu prefikslərdən başqa digər prefikslərin (-ab, ad,ante,anti,cum,de,in,para,re,syn,trans və s. ) mənasını və sözdüzəldici əhəmiyyətini bilmək lazımdır. Söz ehtiyyatını zənginləşdirmək və Azərbaycan dilində işlədilən bəzi latın sözlərinin mənasını başa düşmək üçün mövcud suffikslərin və yaxud prefikslərin köməyi ilə 3-4 və daha çox sözlərdən ibarət “yuvaların” düzəldilməsi qaydalarını mənimsəmək vacibdir.
Lac,lactis-süd
Lact-icus-a,um- çoxsüdlü
Lact-atio- laktasiya
e-lactare- sağmaq
Söz yuvaları ən müxtəlif məna daşıyan törəmə sözlər qruplarıdır, hər bir törəmə sözün müəyyən bir prefiksi, yaxud suffiksi, ya da prefiksi və suffiksi vardır. Bəzi törəmə sözlərdə bir, iki və daha çox sözdüzəldici elementlər vardır, lakin sözlərin kökü törəmə sözlərin hamısı üçün ümumidir.
Söz yuvalarına misal olaraq əsası genus,generis olan sözün sxemi verilir
Genus,generis (əsası gener) –cins
Gener-are – doğmaq,törətmək
Gener-atus,a,um-doğulmuş,törəmiş
Gener-atio,onis-nəsil
Gener-ativus- törədən
Gener-ator-törədici
Re-gener-are-bərpa etmək
Re-gener-atio- bərpa və s.
Sinonimlər,omonimlər və antonimlər
Mənaca eyni olan , lakin səslənmə və yazılış formalarına görə bir –birindən fərqlənən sözlərə sinonimlər deyilir
Sanguis-haema-qan
Sebosus-pinguis-piyli
Curare-sanare-müalicə etmək
Cito-statim- tez
Səslənmə və yazılış formalarına görə eyni olan, lakin müxtəlif məna daşıyan sözlərə omonimlər deyilir
Populus-poplus-qovaq ağacı
Liquidus-duru, liquidus- sözsüz
Laborare-işləmək,laborare- əzab çəkmək
Səsələnmə və yazılış formalarına fərqlənən və bir –birinə əks məna daşıyan sözlərə antonimlər deyilir.
Toxinum-zəhər və antidotum-zəhərəleyhi
Valetudo-sağlamlıq və morbus-xəstəlik
Longus –uzun və brevis-qısa
