PLAN.
1. Əlavə yarımqrup elementləri haqqında qısa məlumat.
2. I B yarımqrup elementləri: Cu, Ag, Au.
3. II B yarımqrup elementləri: Zn, Cd, Hg.
4. VI B yarımqrup elementləri: Cr, Mo, W.
5. VII B yarımqrup elementləri: Mn, Tc, Re.
ƏDƏBİYYAT
1. Ş. Musayev və b. Ümumi kimya. I hissə. “Maarif” nəşr, Bakı. 1999.
2. Ə. Əliyev və b. Ümumi və qeyri-üzvi kimya. “Maarif” nəşr, Bakı.
1997.
3. Z. Qarayev. Qeyri-üzvi kimya. “Maarif”, nəşr, Bakı. 1993.
4. Kimya vəsaiti. Bakı. 1993.
5. R. Mustafayev, L. Quliyeva. Qeyri-üzvi birləşmələrin kimyəvi
xassələri. Bakı. 2015.
6. V. Abbаsоv və b., Kimyа. Bакı, 2015.
7. V. Abbasov və b., Ümumi kimyanın əsasları. bakı, 2010.
8. I. U. Lətifov və b. «Kimya». Bakı, 2003.
Bu elementlərə həmçinin d elementlər də deyilir.
Dövri sistemdə onların sayı 35 – dir. Onların sıra nömrəsi artdıqca, axırdan əvvəlki d-orbitalında elektronların sayı artır.
Hər d-elementindən əvvəl ya s, ya da p –elementlər yerləşir.
Dövrlərdə solda sağa onların atom radiusu kiçilir,
qruplarda isə, əksinə böyüyür.
Bu elementlərin hamısı metaldır və oksidləşmə dərəcələri böyük olduğundan onlar müxtəlif kompleks birləşmələrin əmələ gəlməsində s və d elektronları vasitəsilə iştirak edirlər.
Zn yarımqrup elementlərdə d-valent elektronları olmadığından onlar müstəsnadır.
Oksidləşmə dərəcəsi aşağı olanlar─ reduksiyaedici (məsələn: Te+2), yuxarı olanlar (məs. Cr+6, Mn+7) isə, güclü oksidləşdiricidirlər.
D- elementlər bir- biri ilə birləşmə əmələ gətirirlər.
Belə birləşmələr xlasterlər adlanır.
I B YARIMQRUP ELEMENTLƏRI:
Bura daxildir: Cu, Ag, Au.
Xarıcı təbəqədə 1, xaricdən əvvəlki təbəqədə 18 elektron olur:
(n-1) s2 p6 d10 ns1.
Cu üçün +2, Ag üçün +1, Au üçün +3 oksidləşmə dərəcəsi xarakterikdir.
Bu ionların elektrona qohumluğu yüksəkdir.
Təbiətdə sərbəst, eələcə də birləşmələr halda:
Cu2S (xalkozin), CuFeS2 (xalkopirit), (CuOH)2CO3 (malaxit), Ag2S (argentit), AgCl (xlorargirit), AgBr (bromargirit),
Au- əsasən sərbəst halda rast gəlir.
Əsasən pirometallurgiya, eləcə də hidrometallurgiya üsulu üzrə alınır.
Cu- elektronikada, ərintiləri- aviasiyada, maşınqayırmada istifadə edilir.
Ən geniş istifadə edilən ərintisi ─ latun və tuncdur.
Al ilə ərintisi olan Al-tuncu (90-95% Cu və 10-5% Al) geniş işlədilir.
Xassələri: Cu─ qırmızımtıl, Ag- ağ, Au- sarı metaldır. Elektriki yaxşı keçirirlər :

Cu- : Cu2O və CuO əmələ gətirir. (CuO─ 400-5000-də, Cu2O isə 11000C-də), CuO və Cu(OH)2 amfoter birləşmələrdir.

Cu(OH)2─ oksidləşdirici xassəyə malikdir, aldehidləri turşuya oksidləşdirir.

Ag və Au- oksidlərini dolayı yolla alırlar.

Ag 2O ─ ammonyaklı suda həll olur:

[Ag(NH3)2]OH ─ aldehidlərlə “Gümüş – güzgü” reaksiyasına girir.
Cu oksigenin iştirakı ilə duru HCl və H2SO4 ilə təsirə girir.

Ag havada oksidləşir:

Ag qabların qaralması məhz bununla əlaqədardır.
Cu yarımqrupun bütün həll olan duzları zəhərlidir.
II B YARIMQRUP ELEMENTLƏRI:
Bura daxildir: Zn, Cd, Hg.
Xarici təbəqədə 2, xaricdən əvvəlki təbəqədə 18 elektron olur:
(n-1) s2 p6 d10 ns2. Oksidləşmə dərəcələri +2-dir, d-elektronları kimyəvi reaksiyalarda iştirak etmişdir.
Zn və Cd – ancaq birləşmələr halında, Hg isə həmçinin sərbəst halda rast gəlir:
ZnS (sfalerit), ZnCO3, ZnSiO4, ZnO (sinkit), CdS, CdO, CdCO3, HgS (kinovar), HgO və s.
Bu metallar pirometalurgiya və elektrometalurgiya üsulları ilə alınır.
Zn ─ əsasən ərintilər halında, məs; latun (60% Cu və 40% Zn), tompak
(90%Cu və 10% Zn); neyzelberq (65% Cu, 20% Zn, 15% Ni) və s. istifadə edilir.
Xassələri: Yüngül metal olub, səthi oksid təbəqəsi ilə örtülüb.
ZnO və Zn(OH)2 amfoterdir.
Zn ─ qatı qələvi məhlulunda həll olur:
Zn + 2KOH + 2H2O → K2[Zn(OH)2] + H2
Cd(OH)2 da amfoterdir:
Cd(OH)2 + 4NaOH → Na4[Cd(OH)6]

Zn və Cd ─ duru turşulardan H2-ni çıxarır.
Qatı H2SO4 ilə H2S, duru HNO3 ilə NH4NO3 əmələ gəlir
.
Bu metalların bütün suda həll olan duzları zəhərlidir.
VI B YARIMQRUP ELEMENTLƏRI:
Bura daxildir: Cr, Mo, W.
Birləşmələrdə oksidləşmə dərəcələri “0”─ + 6- arasında olur; Cr üçün +3 və +6, Mo, W üçün +6 xarakterikdir.
Təbiətdə minerallarda rast gəlir.
Cr─ alınır:
a) xromit (FeO · Cr2O3) mineralının C ilə reduksiyasından;
b) alüminotermiya reaksiyasından (Cr2O3 + Al);
c) Cr2O3-ün elektrolizindən.
Mo, W─ pirometallurgiya üsulu ilə alınır.
Ərintilər halında müxtəlif məqsədlər üçün istifadə edilir:
Məs. Cr (20%) və Ni (8%) ərintisi olan nixrom – qızdırıcı,
Mo – şüşə, W– lampa saplarının hazırlanmasında işlədilir.
CrO, Cr2O3, CrO2 , CrO3; Mo2O3, MoO3; WO2 , WO3, oksidləri məlumdur.
Cr2O3 – ALINIR:
4Cr + 3O2 → 2Cr2O3
(NH4)2Cr2O7 → Cr2O3 +N2+ 4H2O
2Cr(OH)3→Cr2O3+3H2O
Cr2O3 və Cr(OH)3 amfoterdir
Cr2O3 + 2NaOH→2NaCrO2 +H2O
Cr(OH)3 + 3NaOH→ Na3{Cr(OH)6}
CrO3, MoO3, WO3 – turşu oksidləri
CrO3 , + H2O → H2CrO4
H2CrO4 + CrO3 → H2Cr2O7
H2CrO4 vəH2Cr2O7 –turşuları ancaq məhlullarda mövcuddur, duzları isə davamlıdır.
K2Cr2O7– xrompik, K2Cr2O7 + H2SO4 qarışığı isə “xrom qarışığı” adlanır.
Xromat və bixromatlar pH- dan asılı olaraq bir- birinə çevrilirlər:
2K2CrO4 + 2HCI → K2Cr2 O7 + 2KCI + H2O
K2Cr2O7 + 2KOH → 2K2CrO4 + H2O
Gərginlik sırasında {H}-ə qədər yerləşdiklərindən H2O və turşularla reaksiyaya girir:
2Cr + 6H2O → 2Cr(OH)3 + 3H2
Cr + H2SO4 → CrSO4 + H2
Cr2(SO4)3 su ilə – Cr2(SO4) ∙ 18H2O kristalhidratı,
K, Na- sulfatlarla – Me2SO4 ∙ Cr2(SO4)3 ∙ 24H2O tərkibli zəy əmələ gətirir.
VII B YARIMQRUP ELEMENTLƏR
Bura daxildir: Mn, Tc, Re.
Elektron konfiqurasiyası (n-1) d5 ns2.
Xarakter oksidləşmə dərəcəsi: Mn: +2, +3, +4, +7, Te və Re: +7.
Mn,- Tc,- Re. –sıra üzrə metallıq xassə zəifləyir.
Tc (texnesium) –süni yolla alınan ilk elementdir.
Mn təbiətdə MnO2 (pirolüzit), MnO2 ∙ nH2O (varnadit), Mn2O3 (braunit), Mn2O3 (manqanit) minerallarında rast gəlir (Re da həmçinin minerallarda).
Mn- alüminotermiya, Re isə birləşmələrinin H2 ilə reduksiyasından alınır.
3Mn3O4 + 3AI → 9Mn + 4AI2O3
Re2O7 + 7H2 → 2Re + 7H2O
Mn- qara metallurgiyada, ərintiləri isə dəmiryol xətlərinin düzəldilməsində,
Re + W ərintisi elektrik lampalarında istifadə olunur.
H2MnO4, HMnO4 turşuları çox davamsızdır, duzları davamlıdır.
KMnO4 temperaturadan asılı olaraq parçalanır.

pH-dan asılı olaraq KMnO4 müxtəlif məhsullar əmələ gətirir.
- Turş mühitdə: Mn+2 duzu
- Neytral mühitdə: MnO2
c) Qələvi mühitdə: KMnO4
VIII B YARIMQRUP ELEMENTLƏR
Bura daxildir: Fe ailəsi və Pt-ailəsi elementlər.
Elektron konfiqurasiyası (n-1) d6 ns2.
Xarakter oksidləşmə dərəcəsi: +2 və +3
Fe – təbiətdə Fe3O4 –maqnitli dəmir daşı və ya maqnetit, Fe2O3 – qırmızı dımir daşı-hematit, Fe2O3.nH2O – limonit, FeCO3 – siderit, FeS2-pirit və s. rast gəlir.
Alınır:
Fe2O3 + 3H2 = 2Fe + 3H2O
FeCl2 + H2 = Fe + 2HCl
Fe2O3 + 2Al = 2Fe + Al2O3
3Fe3O4 + 8Al = 9Fe + 4 Al2O3
Fe-in 4 modifikasiyası vardır.
Havada qaldıqda tədricən korroziyaya uğrayır:
4Fe + 6H2O + 3O2 → 4Fe(OH)3
Havada yandıqda : 3Fe + 2O2 → Fe3O4
Qızdırıldıqda :
2Fe + 3Cl2 → 2FeCl3
Fe + S → FeS
2Fe + N2 → 2FeN
3Fe + C → Fe3 C
2Fe + 2NH3 → 2FeN + 3H2
Fe + 2HCl → FeCl2 + H2
3Fe + 4 H2O → Fe3O4 + 4H2
Fe + H2SO4 → Fe SO4 + H2
duru
2Fe + 6H2SO4 → Fe2(SO4 )3 + 3SO2 + 6H2O
8Fe + 30HNO3 → 8Fe (NO3)3 + 3NH4NO3 + 9H2O
Fe + 4HNO3 → Fe( NO3)3 + NO + 2H2O
Fe adi ş.- də qatı H2SO4 və HNO3 ilə reaksiyaya girmir.
FeO – əsasi, Fe2O3 – turşu oksidlərdir.
Fe2O3 – əsaslarla ferritlər əmələ gətirir:
Fe2O3 + 2NaOH → 2NaFeO2 + H2O
Ferritlər asanlıqla hidrolizə uğrayır:
NaFeO2 + 2H2O → Fe (OH) 3 + NaOH
2-valentli Fe-duzları – reduksiyaedici, 3-valentli Fe-duzları – oksidləşdiricidirlər.
Fe2+ – ionunun təyini:
FeCl2 + 2NaOH → Fe(OH)2 + 2NaCl
ağ
3FeCl2 + 2K3 [Fe(CN)6] → Fe3 [Fe(CN)6]2 + 6KCl
turnbul abısı
Fe3+ – ionunun təyini:
FeCl3 + 3NaOH → Fe(OH)3 + 3NaCl
qonur
4FeCl3 + 3K4 [Fe(CN)6] → Fe4 [Fe(CN)6]3 + 12KCl
berlin abısı
FeCl2 + 2KSCN → Fe(SCN) 2 + 2KCl
Fe əsasən polad və çuqun ərintiləri halında istifadə edilir.
