FELİ SİFƏT – PARTİCİPİUM
Feli sifət indiki zamanın məlum növündə fellərdən əmələ gəlir. Onu yaratmaq üçün I və II təsrifdə təkdə fel əsasına “–ns” sonluğu, III və IV təsrifdə isə “-ens” şəkilçisi əlavə olunur.
Cəmdə I və II təsriflərdə fel əsasına “-ntis”, III və IV təsrifdə isə “-entis” şəkilçiləri əlavə edilir .
Feli sifət sifətlərin III hallanma tipi üzrə hallandırılır.
Sanans, ntis – müalicə edən
| təsrif | Infinitivus | Participius | |
| Singularıs | Pluralis | ||
| I | sanare | sana + ns | sana + ntis |
| II | miscēre | misce + ns | misce + ntis |
| III | solvĕre | solv + ens | solv + entis |
| IV | audire | audi + ens | audi + entis |
Digər dillərdə olduğu kimi, latın dilində də feli sifətin sub- stantivləşməsi mümkündür, xüsusilə, onu başqa dillərə tərcümə edərrkən.
Sifətin substantivləşməsi aşağıdakı qayda üzrə aparılır:
studere- studens – studentis – student – studentus – student (tələbə );
laborare – laborans – laborantis – laborant – laborantus (laborant )
Feli sifət tibbi- baytarlıq terminologiyasında, o cümlədən, dər-
man şünaslıqda geniş istifadə olunur :
Məsələn :
Typhus recurrens – qayıdan tif (yatalax) xəstəliyi
Ren migrans – azan böyrək
Remedium adjuvans – köməkçi maddə
Remedium corrigens – dadverici, tamverici maddə
Remedium constituens – quruluş verən, formaverici maddə
Anatomik terminlər
afferens, ntis – gətirici (gətirən); vasa afferentia – gətirici
damarlar
efferens, ntis – aparıcı, çıxarıcı (aparan, çıxaran); vasa
efferentia – aparıcı(çıxarıcı) damarlar
accelerans, ntis – sürətləndirici ( sürətləndirən) ; nervi
accelerantes – sürətləndirici sinirlər (ürək
fəaliyyətini)
deferens, ntis – aparıcı, çıxarıcı (aparan, çıxaran); ductus
defferens – çıxarıcı axar
reuniens, ntis – birləşdirici, əlaqələndirici (birləşdirən); ductus
renuiens – birləşdirici axar
permanens, ntis – daimi olan (qalan) ; dentes permanentes –
daimi dişlər
descendes, ntis – enən, aşağı enən; aorta descendes – enən
aorta
fluctuans, ntis – yellənən, əsən; costa fluctuans – yellənən
(əsən) qabırğa
recurrens, ntis – qayıdan, geri dönən; nervus recurrens –
qayıdan sinir
Klinik terminlər
alternans, ntis – dəyişən
pulsus alternans – dəyişən nəbz
deficiens, ntis – çatışmayan, kifayət etməyən
pulsus deficiens – itən (yox olan) nəbz
differens, ntis – müxtəlif olan, fərqli olan
pulsus differens – fərqli nəbz (sağ və sol əldə fərqli olan)
migrans, ntis – azan, yerini dəyişən, miqrasiyə edən
ren migrans – azan böyrək
deficiens, ntis – çatışmayan, kifayət etməyən
pulsus deficiens – itən (yox olan) nəbz
intermittens, ntis – fasilə verən, dəyişən
febris intermittens – fasilələrlə baş verən qızdırma,
dəyişən qızdırma
remittens, ntis – müvəqqəti sakitləşən
febris remittens – müvəqqəti sakitləşən qızdırma
deformans, ntis – defomasiya edən, deformasiyaedici
arthritis deformans – deformasiyaedici artrit
latens, ntis – gizlənən, gizli
periodus latens morbi – xəstəliyin gizli dövrü
patiens, ntis – xəstəlikdən əzab çəkən, pasiyent ( həkimdə
müalicə olunan xəstə
recipiens, ntis – qəbul edən, resipiyent ( qanı qəbul edən
şəxs )
reconvalescens, ntis, – sağalan, sağalmaqda olan,
rekonvassent
recurrens, ntis – qayıdan, dönən
typhus recurrens – qayıdan tif (yatalax xəstəliyi)
Əczaçılıq terminləri
relaxans, ntis – zəiflədən, zəiflədici
remedia miorelaxantia – skelet əzələsinin tonusunu
zəiflədən vasitələr
purgans, ntis – təmizləyən, təmizləyici
remedium purgans – təmizləyici vasitə (güclü işlətmə
vasitəsi)
excitans, ntis – oyadan, həyacanlandıran
remedium excitans – oyadıcı ( həyacanlandırıci) maddə
adiuvans,ntis – kömək edən, köməkçi
remedium adiuvans – köməkçi maddə
corrigens, ntis – düzəldən, düzəldici
remedium corrigens – dərmanın dadını düzəldən maddə
tamverici maddə
constituens, ntis – formalaşdıran, formaverici
remedium constituens – formaverici maddə
laxans, ntis – zəiflədən, zəiflədici (qəbizlik zamanı- işlədici )
remedium laxans – işlətmə vasitəsi ( qəbizlikdə)
