İSIMLƏRIN IV HALLANMA TIPI
DECLINATIO QUARTA
Dördüncü hallanma tipinə yiyəlik halın təkində “-us” son- luğu ilə bitən kişi və orta cinsli isimlər aiddir. Adlıq halında kişi cinsli isimlər “-us”, orta cinsli isimlər isə “-u” sonluğu ilə bitir.
Məsələn : status , status , m – hal , vəziyyət
fructus,us, m – meyvə
cornu , conus , n – buynuz
İstisna olaraq IV hallanma tipinə“-us”sonluğu ilə bitən bir neçə qadın cinsli isimlər də daxildir.
Məsələn : domus, us, f – ev
manus, us, f – əl
acus, us, f – iynə
IV hallanma tipinin hal sonluqları
| casus | singularis | Pluralis | ||
| m | n | m | n | |
| Nom. | -us | -u | -us | -a |
| Gen. | -us | -us | -uum | -uum |
| Dat. | -ui | -u | -ibus | -ibus |
| Acc. | -um | -u | -us | -a |
| Abl. | -u | -u | -ibus | -ibus |
status, us, m – hal , vəziyyət
| casus | singularis | pluralis | ||
| m | n | m | n | |
| Nom. | status | cornu | status | cornua |
| Gen. | status | Cor nus | statuum | cornuum |
| Dat. | statui | cornu | statitus | cornibus |
| Acc. | statum | cornu | status | cornua |
| Abl. | statu | cornu | statibus | cornibus |
IV hallanmaya aid bəzi isimlər
processus , us, m – çıxıntı
spritus , us, m – spirt
abscessus, us, m – irinli yara
decursus, us, m – istiqamət
gelu, us, m – buz
genu, us, n – diz
situs, us, m – şəhər, yerləşmə
fructus, us, m – meyvə
pulsuz, us, m – nəbz
cornu, us, n – buynuz
sensus, us, m – pis hissiyat
partus, us, m – doğum, doğuş
cantus, us, m – nəğmə, mahnı
status, us, m – vəziyyət
abortus,us,m – abort, balasalma
exitus, us, m – son, yekun, nəticə
habitus, us, m – xarici görünüş ( xəstənin)
usus, us, m – tətbiq, istifadə
collapsus, us, m – kollaps (iti damar çatışmazlığı)
İSİMLƏRİN V HALLANMA TİPİ
DECLİNATİO QUİNTA
Beşinci hallanma tipinə yiyəlik halının təkində “-ei” sonluğu ilə bitən qadın cinsli isimlər aiddir. Adlıq halında bunlar “-es” sonluğu ilə bitir.
Məsələn :
series, seriei , f – sıra
species, specei, f – yığıntı
rabies, ei, f – quduzluq
İstisna olaraq V hallanma tipinə bəzi kişi cinsli isimlər də aiddir :
dies, diei, m – gün
meridies, ei, m – günorta
V hallanma tipinin hal sonluqları
| casus | Singularis | pluralis | ||
| hal sonluğu | Isim | hal sonluğu | isim | |
| Nom | -es | Series | -es | series |
| Gen | -ei | Seriei | -erum | serierum |
| Dat | -ei | Seriei | -ebus | seriebus |
| Acc | -em | Seriem | -es | series |
| Abl | -e | Serie | -ebus | seriebus |
species, ei, f – yığıntı
caries, ei, f – çürümə, çürüntü
rabies, ei, f – quduzluq
scabies, ei, f – qoturluq
superfacies, ei, f – üst tərəf , üst səth
novies, ei, f – yenilik
res, rei, f – əşya
acies,ei, f – itilik
