Paz. Oca 25th, 2026

DECLİNATİO  TERTİA

  Üçüncü hallanma tipinə təkdə yiyəlik halı “-is“ sonluğu ilə qur- taran kişi,qadın və orta cinsli isimlər aid edilir.Adlıq halında tək- də bu  hallanmaya aid olan  isimlər ən müxtəlif  sonluqlarla qur- tara bilir . Məsələn :

                            cortex, corticis, m   –  qabıq

                            solutio, solutionis, f  – məhlul

                            dolor, doloris, m  –  ağrı

                            nomen, nominis, n –  ad

                            immunitas, immunitatis, f –  immunitet

      Göründüyü  kimi, bu  isimlərdə adlıq  halı  müxtəlif  sonluq- larla (-ex, -io,-or,-en,-as) bitdiyi halda, bunların yiyəlik  halı ey- ni bir  sonluqla  (“– is”)qurtarır ki, bu da  onları  üçüncü  hallan- ma tipində birləşdirir .

     Hal sonluqları  baxımından da  üçüncü  hallanma tipi habelə eyni deyil və üç növə bölünür :

      a)  samit hallanma növü ( əsas növ )

      b)  sait hallanma növü

      c)  qarışıq hallanma növü

III hallanma tipini digər hallanma tiplərindən fərqləndirən əsas vacib cəhətlər aşağıdakılardır :

     1.III  hallanma tipinə aid isimlər iki qrupa bölünür:

a) adlıq və yiyəlik hallarında eyni formada olanlar (bərabər hecalı);

b) adlıq və yiyəlik hallarında fərqli formada olanlar ( qeyri- bərabər hecalı )

      Adlıq  halı    (nominativus)        Yiyəlik halı         (genetivus)
  eyni formada    olanlar auris-qulaq,         bilis – öd    auris-qulağın,     bilis- ödün
  fərqli formada      olanlar albumen-zülal,  carbo-kömür    albuminis – zülalın     carbonis – kömürün

    2. III hallanma tipində isimlərin əsası adlıq halından deyil, isimin yiyəlik halından təyin edilir (“- is “sonluğunu atmaq yolu ilə).

  Məsələn :

      Nom. sing.       Gen. sing.      Sözün əsası
 cortex –  qabıq           cortic- is            cortic –
 pars    –  hissə           part -is            part –
 flos    –  çiçək           flor-is            flor –
 ulcus  –  xora           ulceris- is            ulcer –

   Göründüyü kimi, bu isimlərdə sözlərin əsası onların adlıq halında olan formasından xeyli fərqlənir və yalnız bəzən“-or” və “-er” sonluqları ilə bitən sözlərdə isimin əsası adlıq halı ilə eyni olur .

        Nom. sing.          Gen. sing .        Sözün  əsası
   calor – istilik          calor- is            calor –
   aether – efir          aether – is            aether –
   liquor – maye          liquor – is            liquor –

    III hallanma tipinə aid isimlərin əsasının təyin edilməsi onla- rın düzgün  hallandırılması ( hal sonluqları  isimin əsasına əlavə edilir ) və  sözyaratma  ( prefikslər və  suffikslər  isimin  əsssına birləşdirilir) üçün zəruridir. Sonuncu  tibb və  baytarlıq termino- logiyası üçün xüsusilə vacibdir.

Məsələn:

a) appendix, appendicis, f– kor  bağırsağın qurdabənzər  çıxıntısı ( əsası  appendic – );appendicitis,  idis, f – appendicit, qurdabən-  zər çıxıntının iltihabı ; 

b) cortex, corticis, m- qabıq (əsası  cortic-); corticus, a, um–kor- tikal, qabıqlı  ( sifət )

c) viscus,visceris, n-daxili üzv, içalat (əsası-viscer); visceralis, e- daxili, visseral (sifət)

      III hallanma  tipində  isimlərin yiyəlik  halının olduqca vacib əhəmiyyətə malik olmasını sübut  edən cəhətlərdən  biri də odur ki, digər dillər tərəfindən mənimsənilərkən bu isimlərin məhz yi- yəlik halından təyin olunmuş əsasından istifadə olunur .

Məsələn :

     flos – çiçək;  floris – Gen. Sing.;  əsası  “flor –“.  Başqa dillər- də işlədilən  məshur  flora ( bitki, bitki aləmi ) sözü bu isimin yiyəlik halından  götürülmüşdür; caput- baş, başçı; capitis – Gen. Sing.; əsası “ capit”-. Başqa  dillərdə  işlədilən  məşhur  kapitan ( başçı, hərbi  rütbə ) sözü  bu  isimin yiyəlik  halından  götürül- müşdür  və belə  sözlərə  kifayət qədər  tez – tez  rast  gəlinir:

 radikal  (radix, radicis,f – kök);

cortikal  (cortex, corticis, m-qabıq);

vertikal  (şaquli) – vertex, verticis, m – zirvə );

vocal  ( vox,  vocis, f – səs ) ;

 artist (ars, artis, f – incəsənət )

   Üçüncü hallanma tipinə aid isimlər hallandırılarkən müvafiq hal sonluqları isimin yiyəlik halından təyin edilmiş əsasına əlavə edilir

.

                      Üçüncü  hallanma  tipinin  hal  sonluqları

                                       S i n g u l a r i s

casus              m                          ff  n            n
Nom .  müxtəlif  müxtəlif      müxtəlif
Gen .      -is      -is        -is
Dat.       -i      -i      -i
Acc.     -em     -em   Nom.  kimi
Abl.    -e (-i)     -e (-i)    -e (-i)

                                            P l ü r a l i s

Nom .      -es      -es        -a (-ia)
Gen .  -um(-ium)  -um(-ium)   -um(-ium)
Dat.       -ibus      -ibus      -ibus
Acc.     -es     -es      -a (-ia)
Abl.    – ibus     – ibus    – ibus

Qeyd :

      1.Kişi və qadın cinsli isimlər eyni qayda üzrə hallandırılır.

      2.Orta cinsli isimləradlıq və təsirlik hallarında eyni sonluq-

 larla qurtarırlar.

      3.Cədvəldə möhtərzələrdə sait (və qarışıq ) hallanma növlə- rinin sonluqları  göstərilmişdir; qarışıq hallanma növündə Gen. pluralisdə  sait  hallanma  növünün bir  “-ium” sonluğu  iştirak edir, digər hallarda isə əsas samit hallanma növünün sonluqları işlədilir .

    4.Samit (əsas) hallanma növü üzrə əsası bir samitlə qurtaran hər üç cinsdən olan qeyri – bərabər hecalı isimlər hallandırılır .

                          III  hallanmaya  aid  kişi  cinsli  isimlər

       Üçüncü  hallanmaya aid  kişi cinsli isimlər adlıq və yiyəlik halların təkində aşağıdakı sonluqlarla qurtarırlar:

       Sonluqlar  
  Nom.        Gen.         
                                     M  i  s  a  l  l  a  r  
  – or-oris                       calor, caloris, m  –  istilik
-os-oris                      flos, fıoris, m   –   çiçək
-er    -ris -eris -eris    venter, ventris,  m –  qarın      aether, aetheris,   m –   qarın      trochanter,  trochanteris, m – burma 
-ex-icis     cortex, corticis,  m –  qabıq
-es  -edis -etis     pes, pedis, m – ayaq       paries, parietis, m –  divar
 -o-onis     carbo, carbonis, m – kömür

      III hallanmaya  aid  kişi cinsi isimlər samit  hallanma  növü üzrə hallandırılır .

                                 Flos, floris, m – çiçək

   Casus               Singularis                Pluralis
  Nom.                  flos              flor- es
  Gen.                  flor-is              flor- um
  Pat.                  flor-i              flor- ibus
  Acc.                  flor-em              flor- es
  Abl.                  flor-e              flor- ibus

           III hallanmaya aid kişi cinsli isimlərin cinsinə dair qaydadan istisnalar :

        1.İstisna olaraq qadın cinsinə aiddirlər: mater, matris, f !- a) beyin qişası (yunanca meninx) b) ana qaster, qastris ,  f ! – mədə lex, leqis, f,!  –  qanun

         2. İstisna olaraq orta cinsə aiddirlər :

cor, cordis, n ! ( yunanca  cardia )  – ürək

os, ossis, n ! ( yunanca  osteon ) –  sümük

os, oris, n ! ( yunanca  stoma ) – ağız

tuber, tuberis, n !  –  qabar

cadaver, cadaveris, n !  –  cəsəd , meyit

piper, piperis, n !  –  bibər

papaver, papaveris, n !  –  lalə , xaş-xaş

a)  yuxarıda  göstərilmiş orta cinsli isimlər üçüncü  hallanmaya  aid orta cinsli isimlər kimi hallandırılır 

 b) qadın cinsinə aid isimlərin hallandırılmasında heç bir  xüsu- siyyət yoxdur, çünki  onsuz da  kişi və qadın cinsli isimlər eyni qayda üzrə hallandırılır .

          III  hallanmaya   aid   bəzi   kişi   cinsli   isimlər

abductor, oris, m  – uzaqlaşdırıcı əzələ , abduktor

adductor, oris, m – yaxınlaşdırıcı əzələ , adduktor

depressor, oris, m  –  endirici  əzələ , depressor

exstensor,oris, m  –  açıcı əzələ , ekstenzor

flexor, oris, m  –  bükücü əzələ , fleksor

levator, oris, m  –  qaldırıcı əzələ , levator

alther, eris, m  –  efir

auctor, oris, m  –  müəllif , avtor

carbo, onis, m  –  kömür

calor, oris, m  – istilik , hərarət

odor, oris, m  –  iy , qoxu

dolor, oris, m  – ağrı ( yunanca alqos )

apex, icis, m  –  zirvə

cortex, icis, m  –  qabıq

ureter, eris, m  –  sidik axarı

sapo, onis, m  –  sabun

pulmo, onis, m  –  ağ ciyər

tumor, oris, m  –  şiş, şişkinlik ( yunanca oncos )

rubor, oris, m  –  qızartı

flos, floris, m  –  çiçək

anser, eris, m  – qaz

trochanter, eris, m  –  burma

pes, pedis, m  –  ayaq

venter, ris, m  –  qarın , mədə

paries, etis, m  –  divar

mos, moris, m – adət , ənənə

aer, aeris,  m  –  hava

indicator, oris, m  –  göstərici

culex, icis, m  –  ağcaqanad

liquor, oris, m  – maye

Üçüncü  hallanmaya  aid  qadın  cinsli  isimlər

      Üçüncü  hallanmaya aid qadın cinsli isimlər adlıq və yiyəlik

  hallarında  təkində  aşağıdakı sonluqlarla qurtarır :

   sonluqlar                 Misallar
Nom.Gen.(əsasın                  hissəsi ilə)         
 -as  -atiscivitas, civitatis, f – dövlət
 -us-utis,                          -udis            iuventus, iuventutis, f – gənclik palus, paludis, f – baytarlıq 
 -is (qeyri- bərabər hecalı)   -idisiris, iridis, f – gözün qüzehli qişası
-is (bərabər hecalı)    -is auris, auris,   f –  qulaq
-es (bərabər hecalı)    -is tabes, tabis, f – tabes xəstəliyi (bel sütunun çürüməsi), həd- dən ziyada arıqlıq  
-es (samit- dənsonra   -itis mens, mentis, f – ağıl, şüur
-x;(-ex olmamaq şərti ilə)   -cis    -gispix, picis, f – qətran meninx,meningis,  f – beyin qişası
-do -go -io  -inis   -inis   -onishirudo, hirudinis, f – zəli cartilago, cartilagnis,f- qığırdaq solutio, solutionis, f – məhlul

    İstisna olaraq  aşağıdakı  isimlər 3-cü hallanmaya aid qadın cinsli isimlər kimi qurtarır :

  a) aşağıdakı kişi cinsli isimlər :

 axis, is, m – ox, 2-ci boyun fəqərəsi

 canalis, is, m  –  kanal

lapis, is, m  –  daş

pulvis, eris, m  –  toz

unguis, is, m  –  dırnaq

vermis, is, m –  qurd

sanguis, inis, m  –  qan

dens, dentis, m  –  diş

pons, pontis, m –  körpü

thorax, isis,m  –  döş qəfəsi

larynx, qis, m – qırtlaq

pharynx, qis, m  –  udlaq

tendo, inis, m  –  vətər

margo, inis, m  –  kənar

hydrops, opis, m  –  sulu şiş ( hidropus )

   b) aşağıdakı orta cinsli isimlər :

 vas, vasis, n  –  damar

 pancreas, atis, n  –  mədəaltı vəzi

             III  hallanmaya aid qadın cinsli isimlərin hallandırılması

  Casus             Singularis           Pluralis
  Nom.  solutio  –  məhlul  Solutiones
  Gen.  solutionis  Solutionum
  Dat.  solutioni  Solutionibus
  Acc.  solutionem  Solutiones
  Abl.  solutione  Solutionibus

       III hallanmaya aid bəzi qadın cinsli isimlər

cutis, is,  f  –  dəri

digitalis, is,  f  –  üskükotu

articulatio, onis, f – oynaq

appendix, icis, f – appendiks, kor  bağırsağın qurdabənzər 

                             çıxıntısı

extremitas, atis, f  –  son, son hədd

immunitas, atis,  f  –  immunitet

ars, artis,  f  –  incəsənət

regio, onis,  f  –  nahiyyə, sahə, region

pars, tis,  f  –  hissə,  pay

pax, pacis,  f  –  sülh

vox, vocis,  f  –  səs

pyramnis, idis,  f  –  piramida, ehram

incus, udis,  f  –  zindan

bilis, is,  f  –  öd

longitudo, inis,  f  –  uzunluq

latitudo, inis,  f  –  genişlik

regeneratio, onis,  f  –  bərpa

palpatio, onis, f  –  əlləmə, palpasiya ( klinik müayinə üsulu)

percussio, onis, f  –  hıqıldatma, perkusiya ( klinik müayinə

                                üsulu )

auscultatio, onis, f   –  qulaq asma,  auskultasiya  ( linik müa-

                                    yinə  üsulu)

secretio, onis, f – ifrazat, sekresiya

remissio, onis, f  –  sönmə, zəifləmə

lens, lentis, f  –  göz billuru

phalanx, gis,f  –  buğum

mucilago, inis, f  –  selik

iniectio, onis, f  –  inyeksiya, mayenin yeridilməsi

radix, icis, f  –  kök

nux, nucis, f  –  qoz

phermopsis,  idis,  f  –  termopsis ( bitki )

                      M ə ş ğ ə l ə l ə r

 1 . Hallandırın:

1) njectio subcutanea – dərialtı  inyeksiya;

 2)    phalanx prima – birinci buğum;

 3) functio laesa – pozulmuş   funksiya ( pozulmuş fəaliyyət ).

1.Sifətləri  isimlərlə  uzlaşdırıb tərcümə  edin: 1) mürəkkəb oy- naq; 2) alın nahiyyəsi;3) acı kök; 4) bərk beyin qişası; 5)  steril məhlul

1. aşağıdakı isimlərdə sözün kökünü və suffiksi  təyin edin və  azərbaycan dilinə tərcümə edin

1) pharyngitis, idis,f;2) encephalitis, idis,f; 3) meningitis,idis,f;

4)  laryngitis, idis, f; 5) appendicitis, idis,  f ;

             Üçüncü  hallanmaya  aid  orta  cinsli  isimlər

       Üçüncü hallanmaya aid orta cinsli isimlər adlıq  və yiyəlik halların tək sayında  aşağıdakı sonluqlarla qurtarır:

     Sonluqlar                    Misallar     
Nom.Gen.(əsasın hissəsi ilə)
-en-inisAbdomen, abdominis, n – qarın
-ur-oris -uris iecur, iecoris, n – qara ciyər  sulfur, sulfuris, n – kükürd
-us-oris -eris -uris pectus, pectoris, n  –  döş, sinə  ulcus, ulceris, n  –  xora  pus, puris, n  –  irin
-e-is rete,retis, n  –  tor
-al-alis animal, animalis,  n – heyvan
-ar-aris exemplar, exemplaris, n -nüsxə
-ma-atis trauma, traumatis,  n  –  zədə
c -l -ut-tis -lis -itis lac, lactis  n  –  süd  mel, mellis, n  –  bal caput, capitis,n  –  baş, başçı

    Qeyd: istisna olaraq  3-cü hallanmaya aid orta cinsli isimlər kimi aşağıdakı kişi cinsli isimlər hallandırılır :

1 ) lien, lienis,  m  !  –  dalaq

2 ) ren, renis,  m   !  –  böyrək

3 ) sal, salis,  m  !  –   duz

4) sol, solis,  m  !  –  günəş

5) aden, adenis,  m  !  –  vəzi

   3- cü hallanmaya aid orta cinsli isimlərin hallandırılması

Casus               Singularis                   Pluralis
  Nom.    abdomen – qarın    abdomina – qarınlar
  Gen.    Abdominis    abdominum
  Dat.    Abdomini    abdominibus
  Acc.    Abdomen    abdomina
  Abl.    Abdomine    abdominibus

              III  hallanmaya  aid  bəzi  orta  cinsli  isimlər

foramen, inis,  n  –  dəlik

semen, inis,  n  –  toxum

nomen, inis,  n  –  ad

abdomen, inis,  n  –  qarın

albumen, inis,  n   –  zülal

alumen, inis,  n    –  zəy, alyuminium zəyi

carmen, inis,  n –  mahnı, nəğmə

animal, alis,  n  –  heyvan

mare, is,  n  –  dəniz

pulvinar, aris,  n  –  yastıq

corpus, aris,  n   –  cisim, bədən

secale, is,  n   –  çovdar

cochlear, aris,  n  – qaşıq, ilbiz

rete, is,  n  –  tor,

oedema, atis,  n  –  sulu şiş, ödem

rhizoma, atis,  n  –  kökümsov gövdə, kökümsov

blastoma, atis,  n  –  blastoma ( bədxassəli şiş )

stoma, atis,  n  –  ağız

diaphragma, atis,  n   –  diafraqma

pectus, oris, n  – döş, sinə

pua, puris,  n  –  irin

sulfur, uris, n  –  kükürd

femur   –  bud

viscus, eris, n –  daxili üzv ( içalat )

vilnus, eris, n  –  yara

ulcus, eris, n  – xora

lac, lactis, n  –  süd

carcinoma, atis, n –   xərçəng

fel, fellis,n –  öd

iecur, oris, n  –  qaraciyər

N.B ! – hepar (yunanca ) qaraciyər istisna olmaqla“- oris“ əvə- zinə,  yiyəlik halın təkində “- atis“ şəkilçisini qəbul edir: hepar, atis, n  – qaraciyər

⚠️ Yasal Uyarı: Medkeşif.com'da yer alan bilgiler, yalnızca bilgilendirme amaçlıdır ve profesyonel tıbbi tavsiye yerine geçmez. İlaç kullanımı ve tedaviniz ile ilgili konularda mutlaka hekiminize veya eczacınıza danışınız.

Bir yanıt yazın