Per. Oca 22nd, 2026

Latın dilinin qısa tarixi, onun  tibbi-əczaçılıq

əhəmiyyəti

           Müasir dillərin əksəriyyətində elmi və texniki terminlərin yaradılmasında, demək olar ki, bütün elmlərdə, eləcə də xalqlararası əlaqə eləcədə və ünsiyyətdə geniş şəkildə latın sözlərindən və latın sözyaradıcı (sözdüzəldici) elementlərdən istifadə olunur.

      Bunu sübut edən çox sayda misallar göstərmək olar: qlobal, genetika, kosmonavt, informatika, kibernetika, bionika, kosmos, kosmodrom, mutant, proses, texnologiya, innovasiya və s. Eyni zamanda, nəinki elmi terninologiyada, hətta  hər hansı  savadlı adamın  nitqində, danışığında bəzi sözlərin işlədilməsi adi hal kimi qəbul edilir: məsələn, effekt, normal, moment, obyekt, subyekt, institut, dekan, rektor, fakültə, professor, dosent, lektor, doktor, assistent, laborant, aspirant, magistrant, kurator, dissertant və bir çox digər sözlər. Nəzərə almaq lazımdır ki, bu sözlər latın-yunan mənşəlidir.

        Bir sıra digər dillər kimi ( məsələn, qədim hind, qədim fars, qədim yunan  və s.)  latın dili  “ölü” dillər qrupuna  aiddir.  Belə ki, vaxtilə latin dilində danışmış xalqın özü  artıq yoxdur, lakin bir zamanlar  latın dili danışıq  dili kimi fəaliyyət göstərməklə,  böyük bir  tarixi  dövr  ərzində dünyada  aparıcı dillərdən olmuş- dur. Ortaya belə bir sual çıxır ki, nə üçün “ölü” dil sayılan latın dili müasir dövrdə də öz əhəmiyyətini  itirməmiş,  və ondan istifadə edilməsi zərurəti hələdə qalmaqdadır?  Nə üçün müasir tibb və baytarlıq nomenklaturasında latın dilinin əlifbasından, fonetikasından və qrammatikasından  istifadə olunur?

      Təbabətdə, baytarlıqda və bir çox başqa elmlərdə latın dilinin belə vacib əhəmiyyətə malik olmasını, bu dilin qədim  yunan dili  ilə birlikdə bu günə kimi durmadan yeniləşməkdə olan elmi və texniki terminologiyanın əsas  mənbə rolunu oynamasını başa düşmək üçün, qısa da olsa, latın dilinin tarixi ilə tanış olmaq vacibdir.

       Latın dili (Lingua latina) çox qədim və zəngin tarixə malik

olmuş latınlar qəbiləsinin adı ilə bağlıdır. Latınlar qəbiləsinin nümayəndələri təxminən 3 min il öncə Apennin yarımadasının mərkəzində yerləşən Latsium  (latınca “Latium”) adlanan ərazidə yaşamışdır.                                  

     Başqa qəbilələr və kiçik xalqlarla qonşuluqda yaşayan latınların dili qonşu qəbilələrin dilinin təsirindən kənarda qala bilməzdi. Bu baxımdan qonşu etrusk xalqının dili latın dilinə xüsusilə böyük təsir göstərmişdir.  Çünki latınlarla qonşu olan qəbilələr arasında etrusklar daha inkişaf etmiş xalqlardan sayılırdı. Tarixi məlumatlara görə, etruskların hətta özlərinin əlifbası da mövcud imiş. Deyilənlərə görə, “Persona”,“Roma” kimi latın sözləri etrusklardan götürülmüşdür. Əfsanəvi roma şahları da  etrusklarlar nəslindən olmuşlar. 

       Latın dilinin inkişafının və yayılmasının tarixi əfsanəvi Roma  şəhərinin salınması  ilə bilavasitə bağlıdır. Roma Latsiumun ilk icması olmuşdur. Tarixi məlumatlara görə Tibr çayının aşağı axarında yerləşən bu şəhərin təməli latınlar qəbiləsi  tərəfindən  eramızdan  əvvəl  VIII əsrdə  (754-753- cü illər) qoyul- muşdur. Məlumdur ki, sonralar bu şəhər kiçik bir vilayətin paytaxtından Roma imperiyası kimi qüdrətli bir quldarlıq dövlətinin mərkəzinə çevrilmişdir.

        Etrusk şahlarını devirib, onların hökmranlığından azad olmuş romalılar  respublika  quruluşlu  dövlət  yaratdıqdan  sonra  ərazilərinin sərhədlərini genişləndirməyə başlamışlar. Tarixi sənədlərdən məlumdur ki, tədricən  Roma dövləti öz  hakimiyyəti altında bütün Aralıq dənizi hövzəsində və onunla  qonşuluqda yerləşən Mərkəzi və Cənubi-Şərq Avropanın ərazilərini də  bir- ləşdirmişdir.
      Eramızdan əvvəl 360 -cı illərdə romalılar Latsiyanın  birləşdirilməsini başa çatdırırlar və İtaliyanın daha varlı və daha zəngin cənub bölgələrinə doğru üz tuturlar. Nəticədə  romalılar İtaliyanın cənubunda məskunlaşmış yunan müstəmləkələri ilə rastlaşmalı olurlar və artıq həmin dövrlərdən başlayaraq latın  və yunan dilləri arasında müəyyən təmas yaranmağa başlayır.

      Eramızdan əvvəl  III  əsrdə romalılar bütün İtaliya ərazisinə sahib olurlar və Appennin yarmadasında  latın dili  Roma  dövlətinin əsas dövlət  və danışıq  dili kimi fəaliyyət  göstərməyə  başlayır.  Apennin  yarımadasına  sahib olduqdan sonra romalılar qonşu dövlətlərin ərazilərinin işğalına başlayırlar.

    Məlumdur ki,  Romanın müstəmləkəçilik siyasəti yalnız yeni eranın II əsrində imperator Trayanın (98-117) hakimiyyəti dövründə dayandırılır. Onadək isə Roma imperiyası əvvəlcə Aralıq dənizi hövzəsinin Qərb hissəsində, daha sonra isə Şərq hissəsində yerləşən əraziləri zəbt etməyə müvəffəq olmuşdur.

       Eramızdan əvvəl 201-ci  ildə ikinci Pun müharibəsini  Karfagenlə qələbə ilə başa vuran Roma respublikası İspaniyanın cənub və şərq sahillərini ələ keçirir. İki əsr ərzində Makedoniya, Yunanıstan, Suriya, Misir, Balkan  yarımadasının Şimalında yerləşən əyalətlər, Şimali Afrika, Qalliya, Britaniya və digər ölkələr və əyalətlər Romanın hakimiyyəti  altına  düşür.

       Etnik tərkibinə görə olduqca böyük və alabəzək Roma imperiyasının bütün ərazisində latın dili rəsmi dövlət dili olmuşdur.

       Pun müharibələrinin əvvəllərindən başlayaraq Roma legionları ilə birlikdə latın dili də İtaliya hüdudlarından kənara çıxmağa başlayır, daha qədim və nisbətən yüksək mədəniyyətə malik ölkələrin  (Yunanıstan, Misir, Karfagen, Suriya, Make- doniya və s.) ərazilərinə daxil  olmaqla yanaşı, həmçinin həmin dövrlərdə hələ  kifayət qədər  inkişaf etməmiş bir  sıra Avropa  əyalətləri (Qalliya, İberiya, Dakiya və s.) xalqları arasında yayılır. Hazırda  qallar  müasir  fransızların, iberlər  müasir ispan- ların, daklar  isə rumın və  moldavların  əjdadları hesab edilir.

     Güclü müstəmləkəçilik və  romanizasiya prosesi nəticəsində Roma legionlarının əsgərləri, tacirlər, müəllımlər, natiqlər, diplomatlar, dənizçilər, əsarətdən qaçmış qullar vasitəsilə, bəzən isə məçburi olaraq silah gücünə və müəyyən dekretlər hesabına yayılan latın dili qərbdə müasir Portuqaliyadan başlayaraq, şərqdə  isə Rumıniya torpaqları ilə bitən böyük  Roma imperiyası ərazisində hakim dilə çevrilir.

      Avropanın qərb bölgələtində yerli qəbilələırin dilləri tərəfindən ciddi  müqavimətə rast gəlmədiyinə görə latın dili asanlıqla  yayılırdı.  Lakin  Aralıq dənizi  hövzəsinin  mərkəzlərində (Yunanıstanda, Misirdə, Kiçik Asiyada) latın dili daha qədim yazı ənənələrinə, daha yüksək mədəniyyətə malik olan olan yerli dillərin müqaviməti ilə rastlaşırdı.

   Bu baxımdan qədim Ellin (yunan) mədəniyyətinin latın dilinə təsiri xüsusilə qeyd edilməlidir. Belə ki, Romanın  hakimiyyəti altına düşməzdən hələ xeyli əvvəl Yunanıstan elm, dövlətçilik, maarif, ədəbiyyat, incəsənət, mədəniyyət və digər sahələrdə ro-malılardan daha yüksək səviyyədə dururdu. Vaxtilə bunu romlılar özləri də etiraf etmişlər. Məşhur roma şairi Horatsii bu barədə belə yazmışdı: “Əsir düşmüş Yunanıstan vəhşi işğalçısını valeh etmişdi və mədəniyyətdə geri qalmış  Romaya öz incəsənətlərini gətirmişdi “.

       Eramızdan  əvvəl  V əsrdə Yunanıstanda fəlsəfə, incəsənət, ədəbiyyat zəngin  inkişaf  tapmışdı,  təbiətşünaslıq və təbabət sahələrində bir sıra dəyərli əsərlər yaradılmışdır. Məsələn, həmin  dövrlərdə artıq Homer öz məşhur  poemalarını  ( “İliada” və “Odisseya”) yazmışdır. Elə həmin dövrdə Yunanıstanda elmi təbabətin atası kimi şöhrət tapmış məşhur Hippokrat yaşayıb yaratmışdır. Onun çoxcilidli əsərlərində elmi təbabətin və tibb  terminologiyasının əsasları qoyulmuşdur. Eramızdan əvvəl  IV  əsrdə Yunanıstanda Platon, Aristotel, Sokrat  kimi dahi  filo- soflar  yaşamışlar. Ona görə də Yunanıstan romalılar tərəfindən zəbt edildikdən sonra yunan və  latın  mədəniyyətlərinin və dillərinin bir-birinə qarşılıqlı təsiri  baş verir. Qeyd edilməlidir ki, bu prosesdə yunan dilinin  latın dilinə təsiri  daha  güclü olmuşdur. Bu dövrlərdən başlayaraq latın dilinə ən müxtəlif sahələrə aid xeyli yunan sözləri daxil olmağa başlayır (məsələn, piper-bibər, butyrum- yağ, hydor-su, philosophia- fəlsəfə, aër- hava, cathedra- kürsü, schola- məktəb, historia- tarix, machina– maşın  və s.).

      Latın dilinə daxil olan yunan sözlərinin bir qismi latınlaşdırılırdı, yəni latın sözlərinin formasına uyğunlaşdırılırdı, bir qismi isə heç bir dəyişikliyə uğramadan latın dilində özünə yer tapırdı. Təsadüfi deyil  ki, bu dövrlərdə  latın əlifbasına hətta iki yunan hərfləri də daxil edilmişdir: “y” (ipsilon) və “z” (zeta).  Eyni zamanda elmi məzmunlu latın sözlərinin, yəni terminlərin yaradılması  prosesi gedirdi və yaradılmaqda olan elmi terminologiya yunan mənşəli sözlərlə və terminoelementlərlə zənginləşirdi. Danışıq latın dili (sermo vulgaris) ədəbi  latın dilindən getdikcə fərqlənirdi.

       Eramızın I  əsrində  latın dilinin sabit orfoqrafiya qaydaları tam təsdiq edilir ki, bu  da ədəbi latın dilinin fonetik-morfoloji  sisteminin  inkişafinın başa çatmasını göstərirdı. Eyni zamanda latın dilinin tam təkmilləşdirilmiş qrammatikasının işlənib hazırlanması da bu dövrə təsadüf edirdi. Yeri gəlmişkən, etiraf  edilməlidir ki, latın dilinin qrammatikası o qədər mükəmməl və qamətli formada işlənmişdir ki, hətta hazırda da aparıcı Avropa dillərinin qrammatikasının əsasını  təşkil  etməklə, əsas  qrammatik  kateqoriyaların adları da dəyişdirilməyərək latın dilində olduğu kimi saxlanılır (məsələn, perfekt,  imperfekt, infinitivus, nominativus,  participium, substantivum və s.).

      Tədricən latın dili bütün sahələrə sirayət edir və həmin sahə- lərdə yayılmaqla, elmin və digər bilik sahələrinin terminoloji bazasını təşkil etməyə başlayır. Elm, məktəb, maarif, diploma- tiya, hüquqşünaslıq, katolik kilsə, ədəbiyyat, təbabət və digər sahələrdə latın dili aparıcı rol oynayır. 

       V əsrdə  Roma imperiyasının süqutu  baş verir və  Romanın varvarlar tərəfindən işğalından sonra Roma öz aparıcı siyası rolunu itirir. Eyni zamanda, latın dili də danışıq dili  kimi mövqeyini və əhəmiyyətini itirməyə başlayır. İmperiyanın keçmiş əyalətləri arasındakı dil fərqi get-gedə artır.  IX  əsrdə əsasını latın dili və  yerli xalqların öz dialektləri təşkil edən Roman dilləri meydana gəlir ki, bunlara da  müasir italyan, fransız, ispan, rumın, potuqal və moldav dillərini aid  edirlər. Roman dillərinin əsas mənbəyini ədəbi  (klassik)  latın dili deyil,  adi xalq latını təşkil edirdi. Bununla yanaşı, latın dili habelə müstəqil surətdə də öz fəaliyyətini davam etdirirdi. Çünki artıq elmin müxtəlif sahələrində (maarif,  ədəbiyyat,  hüquqşünaslıq, təbabət, baytarlıq, diplomatiya, və s.)  latın dili qədim yunan dili ilə birlikdə elə dərin  köklər  buraxmışdir ki, bu sahələri artıq latın dilisiz təsəvvür etmək  mümkün deyildi.

     Orta əsrlərdə ibtidai və ali məktəblərdə tədris, məhkəmə latın  diində aparılır, qanunvericilik və diplomatik aktlar və  sənədlər əsasən latın dilində tərtib edilir, katolik  kilsə rəsmən latin dilində fəaliyyət göstərir ( bu günə kimi). Bu dövrün görkəmli alimlərinin əsərləri əsas etibarilə latın, yunan və ərəb dillərində tərtib edilir. Qədim yunan və ərəb alimlərinin əsərləri latın dilinə  tərcümə edilir. Orta əsrlər dövrünün ərəb təbabəti  və kimyasının  Avropa alimlərinə  böyük  təsiri  olmuşdur. Bu dövrlərdə təbabət və  kimya terminologiyası bir çox ərəb sözləri ilə zənginləşir ki, bunlardan da çoxu hətta bu günə kimi istifadə  olunmaqdadır: məsələn,  Alcohol (spirt),  Elixir (eliksir), Alkali (qələvi, kalium  elementinin adı bundan götürülmüşdür),  Saccharum ( şəkər, ərəb sözü “suqar”), Sirupus (şirə, şərbət), Gossypium (pambıq) və s.  

      XIV– XVIII   əsrlərləri  əhatə edən dövrün  bir çox məşhur alimləri və  yazıçıları əsərlərini latın dilində yazmışlar: Vezali, Yevstaxio, Tomas Mor, Malpiqi, Harvey, Kopernik, Haliley, Nyuton, Karl Linney, Jan-Batist Lamark, Bekon, Lomonosov,  məşhur cərrah Piroqov, görkəmlı həkimlər Ambodik, Dyad- kovski, Şumlyanski qardaşları və digərləri).

     Hazırda rəsmi sənədlər və elmi əsərlər latın dilində yazılmır, lakin  bəşəriyyətin  mədəni  və  elmi inkişafına  olduqca  böyük  təsir göstərmiş və tövhələr  vermiş latın dili qədim yunan dili ilə birlikdə müasir dillərdə yeni elmi, texniki və tibbi  terminogiyanın yaradılmasında əsas xalqlararası vasitə və mənbə  kimi fəaliyyət göstərməkdədir.

      Son əsrlərdə və eləcə də hazırda təbabət və baytarlıq  terminologiyası əvvəlki nəsillərə məlum olmayan anlayışların ifadə edilməsi  üçün istifadə edilən yeni, süni yaradılmış sözlərlə zənginləşir və zənginləşməkdədir. Məsələn, “vitaminum” termini (latınca vita-həyat sözündən götürülüb); 1912-ci ildə bioloji cəhətdən olduqca fəal vacib birləşmələr sinfinin “hormonum”- hormon termini (yunanca hormao-oyadıram sözündən götürülüb) 1905-ci ildə daxili sekresiya vəzilərinin hasil etdikləri məhsulların  adlandırılması üçün təklif  edilmişdir.

      Dahi rus alimi İ.İ. Meçnikov  xüsusi  hüceyrələr  tərəfindən  yad cisimlərin, o cümlədən bakteriyaların tutulub həzm edil- məsi hadisəsini aşkar edib öyrəndikdən sonra bu hadisəyə  1883-cü ildə “faqositoz”adı vermişdir (yunanca “phagos”-udub yeyən, udub  həzm edən; “cytos” – hüceyrə ).

      Müasir tibb və baytarlıq elmi terminologiyası, demək olar ki, əsas etibarilə,  yunan və latın  mənşəli sözlərdən  və  yunan-latın sözyaradıcı elementlər (prefiks, söz  kökü və suffiks) vasitəsi ilə süni yaradılmış sözlərdən ibarətdir.

      Müxtəlif növ xəstəliklərə,  patoloji proseslərə,  klinik simptomlara, klinik müayinə üsullarına, dərman preparatlarına və s. ad verərkən yunan-latın sözyaradıcı elementlər fondundan  istifadə edilir. Tibb və baytarlıq terminləri, o cümlədən əczaçılıq, anatomik, klinik terminlər əsasən latın-yunan mənşəli sözlərdən ibarətdir. Ona görə də latın terminologiyasının əsaslarını bilmədən tibb və baytarlıq təhsilini təsəvvür etmək çətindir. Latın-yunan terminologiyasının üstün cəhətlərindən biri də onun dəqiqliyi və yığcamlığıdır. Məsələn, elə tibb və baytarlıq terminləri vardır  ki, bunları azərbaycan dilində ifadə etmək üçün bir neçə söz tələb olunduğu halda, latın dilində bunun üçün yalnız bir söz kifayət edir. Məsələn, hepatit-qara ciyərin iltihabı (3 söz),  limfadenit-vəzin limfa düyünün iltihabı  ( 4 söz );   heronontologiya- qocalıq dövründə  insan orqanizminin xüsu- siyyətlərindən bəhs edən elm (8 söz); heriatriya-qocalıq  dövrü- nün  xəstəliklərinin müalıcəsindən bəhs edən elm (7 söz)  və s.

       Dərmanşünaslıq nomenklaturası xüsusilə intensiv şəkildə inkişaf etməkdədir. Dərmanların adları, bir qayda olaraq, yunan və latın sözyaradıcı elementlər vasitəsilə yaradılır.Bu baxımdan “ölü” dillər kimi qəbul edilən bir sıra dillər bunun üçün böyük imkanlar yaradır. Belə ki, bunlar danışıq üçün istifadə olunma- dıqlarına görə ayrı-ayrı söz əsaslarının, prefikslərin və suffiks- lərin mənasını dəyişmir və onların arxasında  tam müəyyən edilmiş birmənalı anlayış təsbit olunur. Bəzi hallarda bu və  ya digər yunan-latın sözyaradıcı elementlərə şərti mənalar veririlir.

     Beynəlxalq səviyyədə qəbul olunmuş və təsdiqlənmiş sözyaradıcı elementlərin mənimsənilməsi, ilk növbədə  müəyyən razılaşdırılmış prinsiplər əsasında bir çox dərman adlarının yaradılmasına imkan  verir, digər tərəfdən  isə, dərmanın mən- şəyinin və kimyəvi tərkibinin aydınlaşdırılmasına xidmət edir  və yaxud onun hansı xəstəlikdə tətbiq olunmasına işarə edir.  Məsələn, “myc (et)” – göbələk söz kökünün bir sıra dərman adlarında iştirak  etməsi onu  göstərir  ki, preparat “antibiotiklər” dərman qrupuna aiddir (məsələn, streptomitsin, levomitsetin, polimiksin, sintomitsin və s.).

       Söz kökü “chol (e)” – öd mənasını  bildirməklə, bir çox ödqovucu preparatların adlarında  iştirak edir. Eləcə də söz kökü  “ars” (arsenicum – mərgümüş) preparatın tərkibində  mərgümüşün olmasına işarə edir (məsələn, salvarsan, novarsenol, osar- sol, miarsenol və s.)

      Söz kökü  “cor”- ürək mənasını  bildirməklə, bir çox ürək və ürək-damar  preparatlarının adlarında  iştirak edir (məsələn, kordiqit, kordiamin və s.);  “algos”- ağrı sözünün kökü “alg-“  bir çox ağrıkəsici dərmanların adında iştirak edir (məsələn, analgin, baralgin və s.)                                                                                                                                                                                           

      Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST )  nəşr etdiyi  “Beynəlxalq  farmakopeyada  ( “Pharmacopoea  İnternationalis” )  hər bir dərman  maddəsinə  beynəlxalq latın adı verilmişdir ki, bütün ölkələrdə həmin addan istifadə edilməsi tövsiyə olunur.

       Dünyanın əksər  ölkələrində  reseptlər  latın dilinin  qram-matika və sintaksisi qaydaları üzrə latın dilində tərtib edilir. Ona görə də istər alman, istər macar, istərsə də azərbaycanlı həkim tərəfindən tərtib edilmış resept dünyanın hər hansı bir dövlətində başa düşülür. Eləcə də istər fransız, istərsə də rus həkiminin yazdığı  resept  üzrə aptekdə İsveçdə, Polşada və ya  Kanadada dərman hazırlana bilər.                                                          

        1955-ci ildə Parisdə qəbul olunmuş “Beynəlxalq anatomik nomenklatura  (“Nomen anatomica”)  latın və yunan sözlərindən ibarət olmaqla, həm də latın dilində yazılmışdır. Botaniki və  zooloji beynəlxalq nomenklaturaların terminologiyaları da latın və yunan mənşəli sözlərdən ibarətdir.

     Azərbaycan Dövlət Aqrar Universitetinin  alimlərindən professor  Rüstəm Rüstəmov,  dosentlər  Adil Ramazanov və  Adil Babayev də iştirakçısı olmuş anatomların IX Beynəlxalq Konqresində  ( Sankt-Peterburq şəhəri, 1970)  latın dilində  Beynəlxalq histoloji nomenklatura  təsdiq  olunmuşdur.

     Müasir dövrdə də latın və qədim yunan dilləri əksər elmlərin terminologiyasında, o cümlədən olduqca  geniş və zəngin hesab edilən tibbi-baytarlıq və əczaçılıq terminologiyalarının əsasını  təşkil edir.

                                   F   O   N   E   T   I   K   A  

                         L  A  T  I  N     Ə  L  İ  F  B  A  S  I  

          Hərfin şəkli          Hərfin adı         Hərfin tələffüzü
             A a             B b                        C c                                    D d               E e               F f               G g               H h                İ i               J j               K k               L l               M m               N n               O o                P p                Q q                R r                S s                T t                U u                V v                X x                Y y                Z z                a                be                tse                de                 e                ef                qe                ha                               i               yota                ka                el                 em                en                                                      o                pe                ku                er                es                te                 u                ve                iks                ipsilon                zeta                 a                  b           ts yaxud k                  d                  e                  f                  q                  h            i  yaxud  y                   y                   k            l (yumşaq)                   m                     n                   o                   p                   k                    r            s  yaxud  z                    t                    u                    v                 ks, kz                    i           z ( bəzən ts )

Q e y d :                                                                                                                                                                                                            

1) latın əlifbasındakı hərflərin sayı barədə ayrı-ayrı dərsliklərdə  müxtəlif  rəqəmlərə  rast  gəlmək olur.  Belə ki, bəzi dərs- liklərdə latın əlifbasının 24, digələrində 25 və  hətta 26 hərfdən ibarət olması göstərilir; 

2) “Q” hərfi yalnız hərf birləşməsi  şəklində ( qu ) işlədilir ;

3) “Y”  və  “Z” hərfləri yunan əlifbasından  götürülmüşdür ;

4)“K”  hərfi  hələ  antik dövrlərdən başlayaraq “c“ hərfi tərəfin- dən sıxışdırılaraq hazırda çox az hallarda işlədilir.

      Latın əlifbasında 6 sait, 1 yarımsait və 18 samit  səs möv- cuddur.

⚠️ Yasal Uyarı: Medkeşif.com'da yer alan bilgiler, yalnızca bilgilendirme amaçlıdır ve profesyonel tıbbi tavsiye yerine geçmez. İlaç kullanımı ve tedaviniz ile ilgili konularda mutlaka hekiminize veya eczacınıza danışınız.

Bir yanıt yazın