AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNVERSİTETİ
BİOLOGİYA KAFEDRASI
BOTANİKA (MODUL II) FƏNNİNDƏN
LABORATORİYA İŞİ №7
MEYVƏ VƏ TOXUM
Ass. N. İ. İsayeva
GƏNCƏ – 2022
Meyvə və toxum
Meyvə bitkinin generativ orqanıdır. Meyvə bitkinin toxumunu qurumaqdan, soyuqdan və digər əlverişli olmayan şəraitdən qoruyur. Meyvə, adətən, 2 hissədən ibarət olur: meyvəyanlığı və toxumdan. Meyvəyanlığı yumurtalığın xarici divarından, toxum isə yumurtacıqdan inkişaf edir. Meyvəyanlığının quruluşuna görə meyvələr iki tipə bölünür: şirəli və quru. Meyvələr toxumun sayına görə birtoxumlu və çoxtoxumlu ola bilər.
Əsl meyvə dişiciyin yumurtalığından əmələ gəlir. Lakin meyvələrin əmələgəlməsində çiçək yatağı, erkəciyin oturacağı, ləçəklər, kasayarpaqları, çox zaman isə çiçək yatağının genişlənmiş hissəsi iştirak edə bilir. Bunlara yalançı meyvə (alma, armud, heyva, quşarmudu, yemişanın əmələ gətirdiyi yalançı meyvə – alma meyvə ) deyilir.
Itburnu və çiyələk bitkilərinin meyvələri də yalançı meyvələr adlanır; bunların əsl meyvələri isə fındıqçameyvə adlanır.
Şirəli meyvələr birtoxumlu(çəyirdək) və çoxtoxumlu (giləmeyvə) olur.
Adətən çəyirdək meyvədə meyvəyanlığı yaxşı görünən 3 qatdan ibarətdir: ekzokarp (nazik dəricik), mezokarp(lətli hissə) və endokarp (daxili daşlaşmış hissə çəyirdək). Moruq və böyürtkən meyvələri yığma çəyirdək meyvəadlanır. Pomidor, qarağat, üzüm, feyxoa kimi bitkilərin giləmeyvəsində isə yalnız nazik dəricik və çoxlu toxumu olan lət yaxşı ayırd edilir.
|
Sadə meyvələr |
|||
|
Quru meyvələr |
Şirəli meyvələr |
||
|
Açılmayan birtoxumlu |
Açılan çoxtoxumlu |
Çəyirdəkli |
Giləmeyvəli |
|
Buğda |
Lobya |
Ərik |
Feyxoa |
|
Fındıq |
Soya |
Şaftalı |
Badımcan |
|
Şabalıd |
Bat-bat |
Alça |
Üzüm |
|
Fısdıq |
Tütün |
Gilas |
Qarağat |
|
Günəbaxan |
Pambıq |
Albalı |
Pomidor |
|
Qarğıdalı |
Zanbaq |
Göyəm |
Bibər |
Quru meyvələr birtoxumlu (dən, toxumca, palıd qozası, fındıq) və çoxtoxumlu(paxla, buynuzmeyvə, qutucuq) olur.
Dənmeyvəquru meyvədir, meyvəyanlığı toxumla bitişikdir, bir-birindən ayrılmır (buğda, qarğıdalı, çəltik).
Toxumcameyvə quru birtoxumlu meyvədir, meyvəyanlığı dəricik formasında olur və toxuma söykənsə də, ona bitişmir (günəbaxan, çobanyastığı).
Fındıqçabirtoxumlu, açılmayan, sərt odunlaşmış meyvəyanlığı olan (fındıq, qarabaşaq) quru meyvədir.
Palıd qozasısərt qabıqlı meyvəyanlığına malik quru birtoxumlu meyvədir. Fıstıqkimilər üçün səciyyəvidir.
Çəyirdək meyvələtli nazik qabıqla örtülmüş, bərk çəyirdəyin içində bir toxumu olan meyvədir. Çoxçəyirdəkli meyvələr (moruq, böyürtkən) xırda çəyirdəkləri ümumi çiçək yatağında yerləşən meyvələrə deyilir.
Paxlameyvəquru çoxtoxumlu açılan və açılmayan meyvədir. Toxumlar iki taycıqda yerləşir (paxla, noxud, akasiya, yonca). Birtoxumlu paxlameyvəyə xaşa bitkisi aiddir.
Buynuzmeyvəpaxlameyvə kimi taycıqdan ibarətdir, lakin buynuzmeyvənin toxumları iki taycığın arasında yerləşən nazik arakəsmənin üzərində yerləşir (xardal, kələm, vəzəri, quşəppəyi, turp). Buynuzmeyvənin uzunluğu enindən 1,5-2 dəfədən çox olmazsa onda o buynuzcuqmeyvə adlanır.
Qutucuqmeyvətoxumları açılan qutucuqda yerləşən çoxtoxumlu meyvədir. Qutucuqmeyvələr müxtəlif cür açılır: xaş-xaşda deşiklərlə; dəlibəngdə, üçrəng bənövşədə – taycıqlarla, qərənfildə – dişciklərlə.
Giləmeyvəçəyirdəksiz, yetişmiş halda lətli şirəli meyvəyanlığı olan çoxtoxumlu meyvədir (üzüm, pomidor, inciçiçəyi, qarğagözü). Sitrus meyvələridə giləmeyvəyəbənzər meyvələrdir (naringi, portağal, limon, qreypfrut). Lakin əsl giləmeyvədən fərqli olaraq bunların meyvəyanlığı xaricdən vəzili, daxildən lifli qalın qabıqlıdır, yuvaları şirə ilə dolmuş iri kisəciklərdən əmələ gəlir.
Boranılar fəsiləsinə aid olan (qarpız, yemiş, xiyar, patisson) boranı bitkisi, alt yumurtalıqdan əmələ gələn xüsusi tipli giləmeyvədir.
Toxum yumurtacıqdan əmələ gəlir.Toxumun rüşeymi ikiqat mayalanma getdikdən sonra mayalanmış yumurta hüceyrədən inkişaf edir. Mayalanmış rüşeym kisəsinin mərkəz nüvəsi toxumun endosperminə başlanğıc verir. Çiçəkli bitkilərin cinsi çoxalması toxum vasitəsilə olur. Örtülü toxumlu bitkilərdə toxumlar bir və ya ikiləpəli olurlar, elə bu xüsusiyətinə görə bütün çiçəkli bitkilər iki böyük sinfə bölünür: birləpəli və ikiləpəlilər. Birləpəlilərin toxumunda ehtiyat qida maddələri bir qayda olaraq endospermdə, ikiləpəlilərin əksəriyyətində ləpələrdə, bəzilərində isə rüşeymin digər hissələrində və ya endospermdə toplanır.Toxum cücərərkən toplanmış ehtiyat qida maddələri bu cücərtinin qidalanmasına sərf olunur.
Toxum – çiçəkli bitkilərin inkişafında əsas rol oynayan müstəqil çoxalma orqanıdır. Mayalandıqdan sonra toxumluğun (meqasporangiyanın) inkişafında əmələ gələn məhsula toxum deyilir.
Toxumun içərisində rüşeym, onun da ətrafında rüşeymin müvəqqəti qidasını təşkil edən ehtiyyat maddəsi olur. Hər toxum xaricdən qabıqla örtülür. Toxumun xarici qabıq hissəsi müxtəlif sərtlikdə və rəngdə, səthi isə çopur, qırışıq, hamar, kələ-kötür, tikanlı, tüklü ola bilər.
Çiçəkli bitkilər örtülü toxumlu bitkilər adlanır. Buna səbəb toxumun tozlanma və mayalanma nəticəsində əsas bitkidə qapalı yumurtalıqda əmələ gəlməsi və ilk inkişafını yumurtalıqda əsas bitki üzərində keçirməsidir.
Toxumlar böyüklüyünə və çəkilərinə görə, eləcə də birləpəli və ikiləpəli olduqları üçün çox müxtəlifdir. Onlar cürbəcür rəngdə və formada olur. Toxumdakı ləpə xaricdən qabıqla örtülmüşdür. Qabıq toxumu xarici təsirlərdən qorumaqla yanaşı onun tamlığını təmin edir. Toxum aşağıdakı hissələrdən ibarət olur: kökcük , ləpə (yaxud ləpələr), gövdəcik , toxum qabığı (dəriciyi), endosperm , tumurcuq (yarpaqcıq). Kökcük, gövdəcik və tumurcuq birlikdə toxumun rüşeymi adlanır. Toxumun ləpə yarpaqlarında rüşeymin inkişafı üçün tələb olunan ehtiyat qida maddələri ya ləpələrdə, rüşeymin özündə, ya da endospermdə yerləşir. Birləpəli bitkilərin toxumunda isə rüşeymin bir ləpəsi olur və qida maddələri yalnız endospermdə yerləşir.
Toxumun tərkibində müxtəlif maddələr var. Tarladan, bağça və bostandan toplanmış toxumlar ilk baxışda quru görünür. Lakin onlar nə qədər quru olsa da tərkibində su var.
Üzvi maddələr – zülal , yağ və nişasta bütün bitkilərin toxumlarında vardır. Lakin onların miqdarı bitkilərin toxumlarında müxtəlifdir.
Taxıl bitkilərinin – buğda , arpa, vələmir , qarğıdalı və başqa toxumlarının tərkibində nişastanın, ikiləpəli bitkilərin – lobya , noxud, mərcimək və digərlərinin toxumlarının tərkibində isə zülal maddəsinin miqdarı çoxdur.
Günəbaxan , çətənə , kətan , pambıq , zeytun, qoz, fındıq və bir çox başqa bitkilərin toxumlarında yağ çoxdur. İnsanlar bir çox bitkiləri onların toxumlarında olan üzvi mineral maddələri və yağları almaq üçün becərirlər.
Toxumun tənəffüsü
Bütün canlılar, bitkilər, heyvanlar və insanlar tənəffüs etdiyi kimi toxumlar da tənəffüs edir. İnsanlar və heyvanlar xüsusi tənəffüs orqanları ilə tənəffüs edir. Lakin bitkilərin xüsusi tənəffüs orqanları yoxdur. Bitkilər bütün orqanları ilə tənəffüs etdiyi kimi toxumlar da bu qaydada tənəffüs edərək oksigeni udur, karbon qazını buraxır. Toxumlar cücərərkən rüşeym kökcüyü, gövdəciyi və yarpaqcıqları vasitəsi ilə tənəffüs edir. Quru toxumlarda tənəffüs prosesi zəif gedir. Onların tənəffüsü cücərmə zamanı daha güclü olur.
