Paz. Oca 25th, 2026

Kiçik qan dövranı ağciyər kötüyü vasitəsilə sağ mədəcikdən başlayır, iki cüt ağciyər venaları vasitəsilə sol qulaqcıqda qurtarır. Ağciyər kötüyü sağ və sol ağciyər arteriyalarına bölünür; ağciyər arteriyalarının hər biri müvafiq ağciyərin qapısından daxil olur bronxların ətrafında yerləşərək onlar kimi şaxələnir və sonda alveolda ağciyər kapillyarlarına keçir ağciyər kapillyarlarındakı qan orqanizmə lazım olmayan karbon qazını alveol boşluğuna keçirir və oksigenlə zənginləşərək arterial qana çevrilir; arterial qan isə ağciyər venalarına toplanır. Hər ağciyər qapısından xaric olan iki vena – ağciyər venaları ürəyin sol qulaqcığına açılır. Beləliklə, ağciyər arteriyaları onu qidalandırmır, əsasən, tənəffüsdə, qazlar mübadiləsində iştirak edir; ağciyərlərin qidalanması isə döş aortasından ayrılan bronx şaxələri vasitəsilə yerinə yetrilir.

Böyük qan dövranı arteriyaları

Böyük qan dövranı aorta vasitəsilə ürəyin sol mədəciyindən başlayır, yuxarı və aşağı boş venalarla ürəyin sağ qulaqcığında qurtarır.

Aorta və onun şaxələri. Aorta insan orqanizminin ən böyük arteriyası olub, 3 hissəyə bölünür: aortanın qalxan hissəsi, aorta qövsü və aortanın enən hissəsi. Aortanın sol mədəcikdən başlanan hissəsi bir qədər geniş olduğu üçün aorta soğanağı adlanır. Aortanın qalxan hissəsi aorta soğanağının davamı olub yuxari, sağa doğru istiqamətlənir və aorta qövsünə keçir. Aorta qövsü sola və arxaya doğru gedir, IV döş fəqərəsi səviyyəsində aortanın enən hissəsinə keçir. Onun yuxarı çıxıq səthindən sağdan sola doğru üç şaxə – bazu-baş kötüyü, sol ümumi yuxu arteriyası, sol körpücükalti arteriya ayrılır; bazu-baş kötüyü sağ ümumi yuxu və sağ körpücükaltı arteriyalara bölünür. Aorta qövsündən bəzən qalxanabənzər vəziyə məxsus tək qalxanabənzər arteriya da ayrılır. Aortanın enən hissəsi özü iki hissəyə-dös (diafragmadan yuxarı) və qarın (diafraqmadan aşağı) hissələrinə bölünür.

Baş və boyun arteriyaları. Ümumi yuxu arteriyası. Umumi yuxu arteriyası sağ tərəfdə bazu-baş kötüyündən, sol tərəfdə isə aorta qövsündən başlayaraq nəfəs və qida borularının yan tərəfləri ilə yuxarı qalxır; qalxanabənzər qığırdağın yuxarı kənarı bərabərində daxili və xarici yuxu arteriyalarına bölünür. Ümumi yuxu arteriyasının hacalanan yerində yuxu yumaqcığı və yuxu cibi yerləşir.

Daxili yuxu arteriyası. Daxili yuxu arteriyası qalxanabənzər qığırdağın yuxarı kənarı bərabərində ümumi yuxu arteriyasından başlayaraq kəllə əsasına doğru qalxır və gicgah sümüyündə yuxu kanalından kəllə boşluğuna daxil olur, baş beyin və görmə orqanını qidalandırır; daxili yuxu arteriyasının əsas şaxələri bunlardır (şəkil 145): 1) göz arteriyası; 2) beynin ön arteriyası; 3) beynin orta arteriyası; 4) arxa birləşdirici arteriya; bu şaxə arxaya doğru istiqamətlənərək beynin arxa arteriyası ilə birləşir; 5) damarli kələf arteriyası beynin yan mədəciklərinə daxil olaraq damarlı kələfə məxsus şaxə verir. Beyinin ön və arxa arteriyaları, ön və arxa birləşdirici arteriyaları ilə birlikdə beyin əsasında beynin (Villizinin) arterial dairəsini (dövranını) əmələ gətirirlər.

Şəkil 145. Beynin arterial dairəsi. arteriyası. 1 – beynin ön arteriyası; 2 – ön birləşdirici; 3 – beynin orta arteriyası; 4 – arxa birləşdirici arteriya; 5 – beynin riyasından arxa arteriyası; 6-daxili yuxu arteriyası.

Xarici yuxu arteriyası ümumi yuxu arte arteriya basladığı yerdə, inkişafla əlaqədar olaraq, daxili yuxu arteriyasının içəri tərəfində yerləşir, yuxarı qalxdıqca arteriya yerini dəyişərək bayır tərəfə keçir və döş-körpücükməməyəbənzər əzələnin ön kənarı ilə istiqamətlənir; qulaqaltı vəzinin kütləsindən keçərək gicgah və əng arteryalarına (uc şaxələrə) bölünür. Xarici yuxu arteriyasının yuxarı qalxanabənzər, üz, əng, səthi gicgah, döş-körpücük məməyabənzər, ənsə, qulaq seyvanının arxa arteriyası kimi şaxələri vardır. Xarici yuxu arteriyasının bu şaxələri boyunda yerləşən orqanları (qalxanabənzər vəzi, udlağı, qırtlağın yuxarı hissəsini), dili, çənəaltı, dilalti, qulaqaltı ağız suyu vəzilərini, əng və çənə sümüklərini, diş əti ilə birlikdə dişləri, üz və ənsə nahiyəsinin həm əzələ, həm də dərisini, beyini və onun qişalarını qidalandırır.

Döş, qarın və çanaq boşluğu orqanlarının arteriyaları. Döş boşluğu orqanlarının qidalanmasında aortanın döş hisəsi iştirak edir. Aortanın döş hissəsi IV-XII döş fəqərələri arasında yerləşir və döş aortası da adlanır. Döş aortası döş qəfəsi divarına məxsus parietal və döş boşluğu orqanlarına məxsus visseral şaxələr verir.

Döş aortasının perietal şaxələri bunlardır:

1. Arxa qabırğaarası arteriyalar 9-10 cüt olub, III-XI qağırğaarası sahələrdə yerləşirlər; hər biri ön və arxa şaxələrə bölünür. Ön şaxələr qabırğaları, qabırğaarası əzələləri, döş qəfəsinin dərisini, süd vəzilərini və qarın əzələlərini, arxa şaxələr isə arxanın əzələ və dərisini, onurğa beyinini qidalandırır. Axırıncı qabırğaarasi arteriya qabırğaaltı arteriya adlanır. Ha 2. Yuxarı diafraqma arteriyaları diafraqma yaxınlığında döş aortasından ayrılarıq onun üzərinə keçir və diafraqmanı qidalandırır.

Döş aortasının visseral şaxələri isə bronx, qida borusu, orta divar və ürək kisəsi şaxələri olub, döş boşluğu orqanlarına məxsusdur.

Aortanın qarın hissəsi. Bu hissə qarın aortası da adlanır və XII döş – IV bel fəqərələri arasında yerləşir; qarın aortası IV bel fəqərəsi bərabərində hacalanaraq sağ və sol ümumi qalça arteriyalarına bölünür. Aortanın qarın hissəsi parietal (qarın boşluğu divarına məxsus) və visseral (qarın boşluğu orqanlarına məxsus) şaxələr verir (şəkil 146).

Qarın aortasının parietal şaxələri bunlardır: diafraqmanın aşağı arteriyaları, bel arteriyaları və orta oma arteriyası.

Qarin aortasının visseral şaxələri. Qarın aortasının visseral şaxələri tək və cüt olmaqla iki qrupa bölünür. Tək visseral şaxələrə qarın kötüyü, yuxarı və aşağı çöz arteriyaları aiddir. Cüt visseral şaxələr əsasən, qarın boşluğunun cüt orqanlarına məxsusdur. Qarın kötüyü XII döş fəqərəsi səviyyəsində qarın aortasının önündən başlayan tək şaxə olub özü üç şaxəyə bölünür: mədənin sol arteriyası, ümumi qaraciyər arteriyası və dalaq arteriyası. Bu şaxələr qarın boşluğunun yuxarı hissəsində yerləşən tək orqanları (qaraciyər, ödlük, mədə, dalaq, mədəaltı vəzi və 12-barmaq bağırsağın yuxarı hissəsini) qidalandırırlar. Yuxarı çöz arteriyası I bel fəqərəsi səviyyəsində qarın aortasının önündən başlayaraq nazik bağırsaq cözünün kökünün səhifələri arasına daxil olur və nazik bağırsağın, yogun bağırsağın bir hissəsini (kor, qalxan və köndələn çənbər bağırsaqları) qidalandırır. Aşağı çöz arteriyası III bel fəqərəsi bərabərində qarın aortasından başlayaraq yoğun bağırsağın qalan hissələrini (enən, S-əbənzər çənbər və düz bağırsağın yuxarı 1/3 hissəsini) qidalandırır.

Qarın aortasının cüt visseral şaxələrinə isə qarın boşluğunun cüt orqanlarına – böyrəküstü vəziyə məxsus orta böyrəküstü arteriyasi, böyrəyə məxsus böyrək arteriyası və xayaya (yumurtalığa) məxsus xaya (yumurtalıq) arteriyası aiddir.

Ümumi qalça arteriyası oma-qalça oynağı səviyyəsində xarici və daxili qalça arteriyalarına bölünür. Daxili qalça arteriyası çanaq boşluğu divarını və orqanlarını qidalandırır. Xarici qalça arteriyasının davamı isə aşağı ətraf arteriyalarından olan bud arteriyası adlanır.

Ətrafların arteriyaları. Yuxarı ərtaf arteriyaları. Yuxarı ətraf arteriyalarına körpücükaltı, qoltuq, bazu, mil və dirsək arteriyaları aiddir (şəkil 147).

Körpücükalti arteriya. Körpücükalti arteriya sağda bazu-baş kötüyündən, solda isə aorta qövsündən başlayır; ön və orta pilləli əzələlər arasında yerləşir, sonra qoltuq çuxuruna keçir və davamı qoltuq arteriyası adlanır. Körpücükalti arteriya boyun əzələlərini və dərisini, döş və qarın boşluğunun ön divarını, ən yuxarı qabırğaarası sahəni, qalxanabənzər vəzini, qırtlaq, nəfəs borusu, udlaq və qida borusunu və s. qidalandırır, həmçinin beyin və onun qişalarına məxsus şaxələr verir.

Qoltuq arteriyası. Qoltuq arteriyası böyük döş əzələsinin aşağı kənarı səviyyəsində bazu arteriyasına keçir. Qoltuq arteriyasının şaxələri (dös qəfəsi-çiyin çıxıntısı arteriyası, bazunu dolanan ön və arxa arteriyalar. kürəkaltı arteriya, döş qəfəsinin bayır arteriyası) döşün səthi əzələlərini, süd vəzisini, bazu və çiyin çıxıntı-körpücük oynaqlarını, çiyin qurşağı əzələlərini qidalandırır.  Bazu arteriyası. Bazu arteriyası bazunun ikibaşlı əzələsinin ic sırımı ilə aşağı istiqamətlənərək dirsək çuxurunda iki son saxava – dirsək arteriyalarına bölünür. Bu arteriyadan ayrılan şaxələr (bazunnn dərin arteriyası, yuxarı və aşağı dirsək dolama arteriyası) bazu sümüvi əzələləri və dərisinə, dirsək oynağına məxsusdur.

Mil arteriyası. Mil arteriyası bazu arteriyasının uc şaxələrindən olub saidin eyniadlı sırımında yerləşir. Saidin aşağı hissəsində (mil sümü yünün bizəbənzər çıxıntısı üzərində) səthdə – dəri altında yerləşdiyins görə, bu hissədən nəbz vurğusunu təyin etmək məqsədilə istifadə edilir Mil arteriyasından ayrılan qayıdan mil arteriyası dirsək toruna, biləyin ovuc şaxəsi və biləyin arxa şaxəsi isə bilək toruna məxsusdur. Arteriyadan ayrılan digər şaxələr ovucun səthi şaxəsi, i əldarağıarxası və bas barmağın xüsusi arteriyasıdır. Mil arteriyasının ucu dirsək arteriyasından ayrılan ovucun dərin şaxəsi ilə anastomozlaşaraq dərin ovuc qövsünü əmələ gətirir. Dərin ovuc qövsü – 3 ədəd ovucun əl darağıarası arteriyalarına bölünərək II-IV sümükarası əzələləri qidalandırır, barmaqların ümumi ovuc arteriyaları ilə anastomozlaşaraq müvafiq barmaqların qidalanmasında iştirak edir.

Dirsək arteriyası. Dirsək arteriyasi saidin eyniadlı şırımında aşağı istiqamətlənərək ovuca keçir və ucu mil arteriyasından ayrılan ovucun səthi şaxəsi ilə anastomozlaşaraq səthi ovuc qövsünü əmələ gətirir. Səthi ovuc qövsünün aşağı çıxıq tərəfindən əvvəlcə barmaqların ümumi ovuc arteriyaları (3 ədəd), onlardan isə barmaqların xüsusi ovuc arteriyaları ayrılaraq əl və barmaqların (II-V) ovuc səthini qidalandırır. Dirsək arteriyası gedişi boyu dirsək toruna məxsus qayıdan dirsək arteriyası saxəsini verir. Dirsək arteriyasından ayırılan ümumi sümükarası arteriya və onun biləyin ovuc və arxa arteriyaları şaxələri bilək toruna məxsusdur. Bundan əlavə, dirsək arteriyası ovucun dərin şaxəsini verir Beləliklə, mil və dirsək arteriyaları dirsək, mil-bilək, əl oynaqlarının və əl sümükləri, əzələləri və dərisinin qidalanmasında iştirak edir.

Asağı ətraf arteriyaları (şəkil 148). Aortanın qarın hissəsi IV.v fagərələri səviyyəsində sağ və sol ümumi qalça arteriyalarına böl Bu arteriyaların hər biri isə öz növbəsində oma-qalça oynağı borsi rində daxili və xarici qalça arteriyalarına ayrılır. Daxili qalça arter saxələr verərək çanaq boşluğu divarını və orqanlarını qidalandı Xarici qalça arteriyası. Xarici qalça arteriyası iki böyük şaxə verir: a qarınüstü arteriya və qalçanı dolanan dərin arteriya; bu şaxələr dar ön divarına və əsasən, qarın əzələlərinə məxsusdur.

Bud arteriyası. Qasıq bağının altından keçdikdən sonra xarici qalça arteriyası bud arteriyası adlanır. Bu arteriya yaxınlaşdırıcı kanaldan dizaltı çuxura keçir və davamı dizaltı arteriya adlanır. Bud arteriyası səthi qarınüstü, qalçanı dolanan səthi, xarici cinsiyyət, budun dərin, dizin enən arteriyaları adlı şaxələr verərək, qarın boşluğunun ön divarinin, xarici cinsiyyət orqanlarının, bud sümüyü, əzələləri və dərisinin, bud-çanaq və diz oynaqlarının qidalanmasında iştirak edir.

Dizaltı arteriya. Dizaltı arteriya dizaltı çuxurda yerləşir; baldırda ön və arxa qamış arteriyalarına bölünür; bu arteriyalara bölünməzdən əvvəl şaxələr (dizin yuxarı içəri və bayır, dizin aşağı içəri və bayır arteriyaları) verərək diz oynağını qidalandırır, bud və ön qamış arteriyası ilə birlikdə diz oynağı torunu əmələ gətirir.

Ön qamış arteriyası. Ön qamış arteriyası ön və arxa qayıdan qamış arteriyaları şaxələrini verərək diz oynağını, ön-içəri və ön-bayır topuq şaxələri verərək aşıq-baldır oynağını qanla təchiz edir; həmçinin baldırın ön qrup əzələlərinə şaxələr verir, davamı ayaqarxası arteriya adlanır. Ayaqarxası arteriya və onun qövsi arteriya adlanan uc şaxəsi ayaq arxasının əzələ, oynaq, sümük və dərisini qidalandırır.

Arxa qamış arteriyası. Arxa qamış arteriyası dizaltı arteriyanın ikinci uc saxəsi olub, baldırın arxa və bayir qrup əzələlərini, sümüklərini, diz. asia-baldır oynağını (içəri topuq və daban şaxəsi verərək) və s. qidalandırır. Davamı ayaqaltına keçir, ayaq altında içəri və bayır ayaqaltı arteriyalara bölünür. Ayaqaltının içəri şırımında yerləşən içəri ayaqalti arteriya və ayaqaltının bayır şırımında yerləşən bayır ayaqaltı arteriya birlikdə ayaqaltının əzələ, oynaq, sümük və dərisinin qidalanmasında iştirak edir.

⚠️ Yasal Uyarı: Medkeşif.com'da yer alan bilgiler, yalnızca bilgilendirme amaçlıdır ve profesyonel tıbbi tavsiye yerine geçmez. İlaç kullanımı ve tedaviniz ile ilgili konularda mutlaka hekiminize veya eczacınıza danışınız.

Bir yanıt yazın