Paz. Oca 25th, 2026

PLAN:

  1. İnsan anatomiyası fənninə giriş
  2. Anatomik terminlər
  3. Orqanizmdə çəkilın səthlər və oxlar
  4. Dayaq-hərəkət aparatı
  5. Artrologiya
  6. Gövdə skeleti

ƏDƏBİYYAT

  1. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsümov N.T.  İnsan anatomiyası. I cild. Dərslik. Bakı.: «Müəllim», 2010, 387 s.        
  2. Şadlinski V.B., Ş.İ.Qasımov, N.T.Mövsümov.  İnsan anatomiyası. Dərslik. II cild. “Müəllim” nəşriyyatı. Bakı 2012.
  3. Şadlinski V.B., Ş.İ.Qasımov, N.T.Mövsümov. İnsan anatomiyası.Dərslik. III cild. “Müəllim” nəşriyyatı. Bakı 2011, 366 s.
  4. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsümov N.T. İnsan anatomiyası atlası (II nəşr). Dərs vəsaiti. Bakı.: «Müəllim», 2007, 524s.
  5. Шадлинский В.Б., Мовсумов Н.Т.,  Сапин М.Р.  Анатомия человека. Учебник для студентов леч. проф. факультета (I том, 2-ое издание). Bakı, 2009, 550c.
  6. Шадлинский В.Б., Мовсумов Н.Т.,  Сапин М.Р. Анатомия человека. Учебник для студентов леч.- проф. факультета (II том, 2-ое издание) Bakı.:  «Təhsil», 2010, 550c.

              İnsan anatomiyası müasir insanın zahiri görünüşünü, orqanizminin mənşəyini, inkişafını, quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloji elmlərdəndir (morfoforma, logos – elm). Fiziologiya ila vəhdətdə olan anatomiyanın adı onun tədqiq üsullarından biri olan təşrih etmək, yarmaq (yunanca – anatemno) sözündən götürülmüşdür. 

Anatomiya makroskopik və mikroskopik üsullarla tədqiq edilir. Makroskopik (yunanca makros – böyük) anatomiya orqanizmi və onu təşkil edən orqanları gözlə görünən səviyyədə, yəni böyüdücü cihazlarsız, mikroskopik (yunanca mikroskiçik) anatomiya isə orqanizmin quruluşunu mikroskopların köməyi ilə toxuma və hüceyrə səviyyəsində öyrənir. 

Ontogenezin müxtəlif dövrlərində insan orqanizmin və onu təşkil edən orqanların inkişaf xüsusiyyətlərinin öyrənilməsi də (yaş anatomiyası) çox əhəmiyyətlidir. Mayalanma dövründən ikinci ayın axırına kimi rüşeymin inkişafını öyrənən elm – embriologiya (yunanca embryon – rüşeym deməkdir) adlanır. Sonrakı, doğuşa qədər ki, dövrə – prenatal, doğuş dövrünə neonatal (natal), doğuşdan sonrakı dövrə isə – postnatal dövr deyilir. 

Yaş anatomiyasında qocalmanın qanuna uyğunluqlarını öyrənən elm herantologiya (yunanca geron – qoca) adlanır. 

Antropologiya isə insan orqanizminin quruluşunun irqi, cinsi, fərdi və konstitusion xüsusiyyətlərini öyrənir. 

Anatomiyanın orqanların inkişaf qüsurları və eybəcərliklərini öyrənən bölməsi teratologiya (yunanca teratos – eybəcər) adlanır. 

Anatomiya hüceyrələrin quruluşunu öyrənən sitologiya (cytos — hüceyrə), və toxumaların quruluşunu öyrənən histologiya (hystos-toxuma) ilə sıx əlaqədədir. 

Ümumiyyətlə, anatomiya çox geniş nəzəri və praktik elmi məlumatlarla zəngin olan bir elmdir. Onun öyrənilməsini asanlaşdırmaq məqsədilə onu bir neçə müstəqil bölmələrə ayırmaq məqsədəuyğundur: sistematik anatomiya-orqanizmi sistem şəklində; topoqrafik anatomiya – orqanları nahiyələrə, skeletə və bir-birinə münasibətdə; nəzəri anatomiya- orqanizmin inkişaf, quruluş və funksiyasının qanunauyğunluqlarını; yaş anatomiyası – orqanizmin ontogenezdə inkişafını, funksional anatomiya – orqanların quruluşundan asılı olaraq, onların funksiyalarını; dinamik anatomiyaoynaq və əzələlərin funksiyasını, eksperimental anatomiya-heyvanlar üzərində aparılan təcrübələri; müqayisəli anatomiya– filogenetik inkişafi; plastik anatomiya – orqanizmin xarici görünüşü və mütənasibliyini öyrənir. 

İnsan orqanizminin quruluşunu öyrənmək, eləcə də bu sahədə elmi işlərin aparılması üçün müxtəlif üsullardan istifadə edilir: 1) təsviri üsulda orqanları gözlə görüb təsvir etmək nəzərdə tutulur; 2) fizioloji üsulda orqanların funksiyaları forma və quruluşları ilə əlaqədar eksperiment üzərində öyrənilir; 3) təşrih üsulunda orqanların topoqrafiyası, əlaqələri, sinir və damarları, meyit yarmaqla təyin edilir; 4) rentgen üsulunda orqanların quruluşu, topoqrafiyası və sintopiyası rentgen şüaları vasitəsilə öyrənilir; 5) inyeksiya üsulunda boşluqlara, damarlara və axacaqlara rəngli kontrast maddələr yeridilir; 6) şəffaflandırma üsulunda inyeksiya olunmuş orqanların suyu müəyyən üsullarla çıxarılır və hipertonik məhlula salınaraq səffaflaşdırılır; 7) boyama üsulundan mikroskopik anatomiyada geniş istifadə olunur. Bu məqsədlə hazırlanmış preparatlar müxtəlif boyalarla rənglənir; 8)Eksperimental üsulla anatomiya, heyvanlar üzərində müxtəlif təcrübələr aparmaqla müqayisəli şəkildə öyrənilir. 9) Mumiyalama üsulunda meyit və yaxud meyit preparatları balzamlanıb qurudulur. 

ANATOMİYA TERMİNLƏRİ

Təbabətdə işlədilən tibbi-anatomik terminlər latin, qədim yunan və ərəb sözlərindən götürülmüşdür. Qeyd etmək lazımdır ki, sonuncu dillərdən götürülmüs sözlər də latınlaşdırılmışdır. 

1895-ci ildə Bazeldə Beynəlxalq Konqresdə alman anatomiya (Baseler Nomina Anatomica – BNA) cəmiyyətinin təşəbbüsü ilə anatomik nomenklatura qəbul edilmişdir. 

1955-ci ildə anatomların Parisdə keçirilən VI Beynəlxalq Konqresində anatomik terminologiyaya yenidən baxılıb dəyişiklik edilmişdir (Parisiana Nomina Anatomica – PNA). 

1960-cı ildə Nyu-Yorkda keçirilən anatomların VII Beynelxalq Konqresində Paris anatomik Nomenklaturasına müəyyən dəyişikliklər edilmişdir. Paris anatomik nomenklaturasında istifadə olunan 5744 terminin 4286-si Bazel anatomik nomenklaturasından götürülmüşdür. 

1975-ci ildə Tokioda anatomların X Beynəlxalq Konqresində Paris anatomik nomenklaturasına müəyyən dəyişiklik və əlavələr edilmişdir. 1985-ci ildə London Anatomik Konqresində qəbul olunmuş Beynəlxalq Anatomik Nomenklatura 1989 cu ildə Nyu-Yorkda çap edilmişdir. 

1989-cu ildə Braziliyada (Rio-de Janeyro) anatomlarının Ümumdünya Beynəlxalq Federasiyasının Baş Assambleyasının qərarı ilə Anatomiya Terminologiyası üzrə Beynəlxalq Federasiya Komitəsi yaradıldı (ATBFK – FİCAT). Həmin komitənin Fransada (1990) Kanadada (1991) və Almaniyada keçirdiyi iclaslarında anatomik terminlərə əlavələr olunub və dəyişikliklər edilmişdir.

İlk dəfə Azərbaycanda nomenklatura 1931-ci ildə prof. K.Ə.Balakişiyev tərəfindən Bazel anatomik nomenklaturası əsasında hazırlanmışdır. Sonradan 1962 ci ildə Paris nomenklaturası əsasında Azərbaycan SSR-in Terminoloji Komitəsi tərəfindən «Anatomiya, histologiya və embriologiya terminləri» təsdiq olunub çap edilmişdir. Terminlərin son nəşri 1964-cü ildə olmuşdur. Hal-hazırda Azərbaycan Anatomlar Cəmiyyəti Beynəlxalq Anatomlar Assosiasiyası Federasiyası ilə six əməkdaşlıq edir və əməkdar elm xadimi, professor V.B.Şadlinskinin rəhbərliyi altında azərbaycan, rus və latın dillərində anatomik terminləri yenidən işlənilmış və 2008-ci ildə nəşr edilmişdir.

ORQANİZMDƏ ÇƏKİLƏN SƏTHLƏR VƏ OXLAR

İnsan orqanizminin xarici görünüşünü və formasını vizual öyrənərkən o, saquli vəziyyətdə durmuş, üzü önə çevrilmiş, əlin ovuc səthi önə, baş barmaqları havien baxmaqla yuxarı ətraflari sallanmış halda təsvir edilir. İnsan orqanizminin vəziyyətini, orqanların yerləşməsini və qarşılıqlı münasibətlərini düzgün öyrənmək üçün bədəndən keçirilən səthləri və oxları bilmək lazımdır .

Öndən arxaya doğru gedərək bədəni iki yerə bölən səth sagittal səth – sagittalis, adlanır. 

İnsan bədənini simmetrik olaraq sağ və sol hissələrə bölən sagittal səthə orta səth – medianus, deyilir. 

Sagittal səthə perpendikulyar, alina paralel istiqamətdə keçirilən səth frontal səth adlanır. Bu səth bədeni ön – anterior ventralis) və arxa – posterior (dorzal, dorzalis) hissələrə bölür. Hər iki səthə, yəni sagittal və frontal 

səthlərə perpendikulyar olan bədəni yuxarı – superior və aşağı – inferior hissəlarə bölən səthə üfüqi səth – horisontalis, deyilir. 

Eyni zamanda bədəndən səthlərə uyğun olan üç ox çəkmək mümkündür: 1- sagittal və ya üfüqi sagittal ox, öndən – arxaya; 2- frontal və ya üfüqi frontal ox, sağdan – sola; 3- vertikal və ya şaquli ox, yuxarıdan aşağı çəkilir. 

Bədəndən keçirilən səthlər və çəkilən oxların hesabına hər bir orqanda müəyyən nöqtə və səthlər öyrənilir. 

Ön və ya ventral – anterior s.ventralis – bədənin ön səthinə yaxın nöqtə və ya səth; dal və ya arxa – posterior s.dorsalis – bədənin dal səthinə yaxın nöqtə və ya səth; yuxarı və ya kranial – superior s. cranialis, yuxarı, başa yaxın nöqtə və ya səth; aşağı və ya kaudal – inferior s. caudalis, aşağı, büzdümə yaxın nöqtə və ya səth; içəri – medialis orta səthə yaxın nöqtə və ya səth; bayır – lateralis – orta səthdən uzaq nöqtə və ya səth; proksimal – proximalis – ətraflarda gövdəyə yaxın nöqtə; distal —distalis, ətraflarda gövdədən uzaq nöqtə; daxili -boşluq daxilində yerləşən nöqtə; xarici – externus, boşluq xaricində olan nöqtə və s.  

DAYAQ-HƏRƏKƏT APARATI

Dayaq-hərəkət aparatına sümüklər, onların birləşmələri, bu birləşmə hərəkət törədən skelet əzələləri və başda yerləşən visseral əzələlərin bir qismi aiddir Hərəkət, istinad və qoruyucu funksiyalarla yanaşı, dayaq- hərəkət aparatı yerin cazibə qüvvəsindən asılı olaraq məkanda insanın vəziyyətinə təsir edir. Sümük va birləşmələr dayaq-hərəkət aparatının passiv, əzələlər isə aktiv hissəsini təskil edir 

SÜMÜKLƏR YƏ ONLARIN BİRLƏŞMƏLƏRİ

OSTEOARTROLOGİYA

ÜMUMİ OSTEOLOGİYA

İnsan skeleti-skeleton (yunanca-qurumuş, qurudulmuş, deməkdir), yaşlılarda 200-dən birqədər çox sümük və onların birləşmələrindən təşkil olunmuşdur. Bunlardan 34-ü tək, yerdə qalanı cüt sümüklərdir.

İnsan skeleti orqanizmin quruluşuna uyğun olaraq kəllə cranium, gövdə – truncus, yuxarı ətraf– memhrium su perius və aşağı ətrafdan – membrium ferius, ibarətdir. Kəllə, onurğa sütunu və döş qəfəsinin skeleti ox skelet – skeleton axiale, yuxarı və aşağı ətraf sümüklərinin skeleti isə əlavə skelet-skeleton appendiculare adlanır. 

Hər bir sümük müəyyən inkişafa, quruluşa, formaya və funksiyaya malikdir. Şümüklər xaricdən sümüküstlüyü – periosteum, ilə örtülüdür. Onların daxilində sümük iliyi medulla ossium, yerləşir. Sumüklərin üzərində yerləşən oynaq səthləri isə oynaq qığırdağı ilə örtülmüş olur. 

SÜMÜKLƏRİN FORMASI

Sümüklərin funksiyalarından asılı olaraq uzun, qısa, yastı və qarışıq formalı olmaqla 4 qrupa bölünürlər : 

Uzun sümüklərin – ossa longa, uzununa ölçüsü digər ölçüsündən böyük olur. İki epifizi və bir diafizi vardır. Diafizin daxilində sümük iliyinə – medulla osseum məxsus boşluq yerləşir. Məsələn, ətrafların uzun sümükləri. 

Qısa sümüklərin ossa brevia, uzunluq və en ölçüləri texminən bir- birinə bərabərdir. Qısa sümüklərə bilək və ayaqdaraqarxası sümüklər aiddir. 

Yastı sümüklər ossa plana, enli və nazik sümüklərdir. Məsələn, kürək və kolla qapağı sümükləri. 

Qarışıq sümükiər ossa mixta, mürəkkəb quruluşa və formaya malik olurlar. Məsələn kəllə əsası sümükləri. 

SÜMÜKLƏRİN BİRLƏŞMƏLƏRİ – ARTROLOGIA

Artrologiya – artrologia və ya sindesmologiya – syndesmologia skeleti təşkil edən sümüklərin birləşmələrini öyrənir.

Sümük birləşmələrinin üç növü vardır: 

    1.Fasiləsiz (hərəketsiz) birləşmələr synarthrosis; 2.Fasiləli (hərəkətli) birləşmələr (oynaqlar)-junctura synovialis (articulatio); 3.Yarım oynaqlar və ya simfizlər – hemiarthrosis, symphysis. 

                                         FASİLƏSİZ BİRLƏŞMƏLƏR 

Fasiləsiz birləşmələrin 4 növü vardır: 1) sindesmozlar və ya lifli birləşmələr – junctura fihrosa s. syndesmosis; 2) qığırdaq birləşmə – junctura cartilaginea s. synchondrosis; 3) sümük birləşmə – sinostosis; 4) əzələ vasitəsilə birləşmə – synsorcosis

Sindesmozlara sümükarası bağlar, sümükarasr zarlar və tikişlər aiddir. Bunları təşkil edən birləşdirici toxuma kollagen liflər vasitəsilə sümüküstlüyünə bitişir. 

Sümükarası bağlar ligg.interossea, iki sümüyü bir-birilə birləşdirir. Məsələn, fəqərələrin çıxıntılararası bağları, oma-tin və oma-qabar bağları. Bir qrup baglar elastiki birləşdirici toxuma liflərindən təşkil olunmuşlar və sarı bağlar – ligg. flava, adlanır.

Sümükarası zarlar – membranae interosseae, said və baldır sümüklərinin bir birinə baxan kənarları arasında və qapanan dəlikdə yerləşir. Bu növ sindesmozlara synmembranosis deyilir. 

Tikişlər – suturae, kəlle sümüklərinin aralarında əmələ gəlir. Tikişlərlə birləşən sümüklərin kənarları arasında nazik birləşdirici toxuma təbəqəsi yerləşir. Tikislər bir neçə qrupa bölünürlər: 1) dişli tikiş- sut. serrata, 2) pullu tikiş, sut. squamosa: 3). yastı tikiş sutura plana; 4) yarıqlı tikiş – schindylesis; 5) qaxma və ya dis-alveol birləşməsi – qomphosis s. art. dentoalveolaris (Tikişlər haqqında geniş məlumat «kəllə sümüklərinin birləşmələrində» verilmişdir). 

      Sinxondrozlar – synchondroses, sümüklərin qığırdaq toxuması vasitəsilə birləşməsindən əmələ gəlir. Sinxondrozlar möhkəmliyi və elastikliyi ilə fərqlənərək gərilmə qabiliyyətinə malikdir. Sinxondrozlar hialin və lifli olmaqla iki qrupa bölünürlər. Gialin sinxondroza birinci qabırğanın döş sümüyü ilə birləşməsini, lifli sinxondrozlara isə fəqərəarası diskləri, kəllədə olan daimi sinxondrozları misal göstərmək olar. Sinxondrozların bir qismi müəyyən yaş dövründə sümük birləşməyə – sinostoza keçir və müvəqqəti sinxondroz adlanır. Məsələn, oma və büzdümdə fəqərəarası disklər birləşərək oma və büzdüm sümüklərini əmələ gətirirlər. Daimi sinxondrozlar bütün həyat boyu davam edir. Məsələn, fəqərəarası disklər, əsas daşlıq sinxondrozu və s. 

      Sinostozlar – synostoses, birleşen sümüklər arasında yerləşmiş birləşdirici toxuma qatının, yəni sümükarası bağların, tikişlərin və qığırdağın sümükləşməsi nəticəsində əmələ gəlir. Oma və büzdüm fəqərələrinin, qalça, qasıq və oturaq sümüklərinin 14-16 yaşdan sonra bir-birilə birləşmələrini, uzun sümüklərin diafizi ilə epifizlerinin, müəyyən yaşlarda kəllə sümükləri arasındakı tikişlərin və s. sümükləşməsini misal göstərmək olar. 

Bir sümüyün digər qonşu sümüklərlə əzələlər vasitəsilə rabitədə olması sinsarkoz – synsarcosis, adlanır (məsələn, kürək sümüyünün, dilaltı sümüyün qonşu sümüklərlə əzələlər vasitəsilə birləşmələri). 

Simfizlər və ya yarımoynaqlar – symphysis, s.hemiarthrosis, lifli və ya qigirday birləşmələrinə malik olmaqla yanaşı daxilində yarıqşəkilli kiçik boşluq yerlegt, lakin oynaq kisəsi olmur. Bu birləşmələrdə hərəkət məhduddur və onlar sumukaras bağlar vasitəsilə möhkəmlənirlər.

Oynaqların biomexanikası. Oynaqlarda oynaq səthlərinin formasından asılı olaraq frontal, sagittal və vertikal (şaquli) oxlar ətrafında hərəkətlər olur. Frontal ox ətrafında bükmə-flexio, açma-extensio, sagittal ox ətrafında cüt oynaqlarda yaxınlaşdırma – adductio, uzaqlaşdırma – abductio, tək oynaqlarda yanlara bükmə, şaquli ox ətrafında tək oynaqlarda hərlənmə – rotatio, burulma -torsio, cüt oynaqlarda içəriyə hərlənməpronatio, bayıra hərlənmə supinatio, her üç ox ətrafında mühiti hərlənmə circumductio, hərəkəti mümkündür. 

Oynaqlarda hərəkətin dərəcəsi oynaq səthlərinin fərqindən, yəni kongruentliyindən asılıdır. Belə ki, bu fərq böyük olarsa, hərəkətin dərəcəsi bir o qədər böyük olur. Konqruentlik çox olduqda hərəkətin dərəcəsi azalır, az olduqda çoxalır. Oynaqda hərəkətin dərəcəsinə onu əhatə edən bağlar və əzələlər də təsir göstərir. 

Oynaqların təsnifatı. Oynaqda iştirak edən oynaq səthlərinin miqdarına görə sadə və mürəkkəb oynaqlar ayırd edilir. Sadə oynaqda-art.simplex, iki, mürəkkəb oynaqda art. composita, üç və daha çox oynaq səthləri (sümüklər) iştirak edir. 

Oynaqdan keçirilən oxların miqdarına görə – biroxlu, ikioxlu, üçoxlu və ya çoxoxlu oynaqlar ayırd edilir. 

Oynaq səthlərinin müvafiqliyinə görə- kongruent və inkonqruent, oynaq səthlərinin formasına görə-silindrəbənzər, blokabənzər, vintəbənzər, ellipsəbən zər, yəhərəbənzər, kondilusabənzər, kürəvi və yastı oynaqlar vardır. 

⚠️ Yasal Uyarı: Medkeşif.com'da yer alan bilgiler, yalnızca bilgilendirme amaçlıdır ve profesyonel tıbbi tavsiye yerine geçmez. İlaç kullanımı ve tedaviniz ile ilgili konularda mutlaka hekiminize veya eczacınıza danışınız.

Bir yanıt yazın