PLAN:
- Əzələ sistemi
- Əzələnin quruluşu
- Təsnifat
- Əzələnin köçəkçi aparatı
- Baş əzələləri
- Boyun əzələləri
ƏDƏBİYYAT
- Şadlinski V.B., Qasımov Ş.İ., Mövsümov N.T. İnsan anatomiyası. I cild. Dərslik. Bakı.: «Müəllim», 2010, 387 s.
- Şadlinski V.B., Ş.İ.Qasımov, N.T.Mövsümov. İnsan anatomiyası. Dərslik. II cild. “Müəllim” nəşriyyatı. Bakı 2012.
- Şadlinski V.B., Ş.İ.Qasımov, N.T.Mövsümov. İnsan anatomiyası.Dərslik. III cild. “Müəllim” nəşriyyatı. Bakı 2011, 366 s.
- Şadlinski V.B., Qasımov Ş.İ., Mövsümov N.T. İnsan anatomiyası atlası (II nəşr). Dərs vəsaiti. Bakı.: «Müəllim», 2007, 524s.
- Шадлинский В.Б., Мовсумов Н.Т., Сапин М.Р. Анатомия человека. Учебник для студентов леч. проф. факультета (I том, 2-ое издание). Bakı, 2009, 550c.
- Шадлинский В.Б., Мовсумов Н.Т., Сапин М.Р. Анатомия человека. Учебник для студентов леч.- проф. факультета (II том, 2-ое издание) Bakı.: «Təhsil», 2010, 550c.
MİOLOGİYA
DAYAQ-HƏRƏKƏT APARATININ
AKTİV HİSSƏSİ. ƏZƏLƏ SİSTEMİ
Dayaq-hərəkət aparatının aktiv hissəsini eninə zolaqlı və ya cizgili əzələlər təşkil edir və skelet əzələləri adlanır. Eninə zolaqlı əzələ eyni zamanda başda, boyunda yerləşən daxili orqanların divarlarinda, göz almasının köməkçi aparatında (göz alması əzələləri), orta qulaqda (təbil pərdəsini gerginləşdirən əzələ, üzəngi əzələsi) və aralıq nahiyəsində rast gəlinir.
Skelet əzələlərinin hesabına bədənin tarazlığı saxlanılır, onun ayrıayrı nahiyələrinin bir-birinə nisbətdə və ümumilikdə mühitdə yerdəyişmesi baş vərir. Tənəffüs hərəkətləri, udma aktı, səs və nitq yaranır, daxili həyəcan (emosiyalar) biruze (mimika) vərilir, orqanizmin enerqetik balansı tənzim olunur.
Skelet əzələlərinin sayı 400-ə qədərdir.
Skelet əzələsi, musculus, («musculus>> siçan mənasında işlədilən «mus» sözündən götürülmüşdür) müəyyən inkişafa, quruluşa, formaya və funksiyaya malik bir orqandır.
ƏZƏLƏNİN QURULUŞU
Hər bir əzələ. musculus, (yunanca – myos) bir-birinə paralel eninə zolaqlı və ya çizgili əzələ liflərinin (uzunluğu 150 mkm-dən 120 mm-e qədər olan) (miofibril) kövşek birləşdirici toxuma, endomysium, vasitəsi ilə birləşərək kiçik əzələ dəstələrindən təşkil edir. Kiçik əzələ destelərinin bir neçəsi birləşib böyük əzələ dəstələri əmələ gətirirlər. Bu dəstələr xaricdən perimysium adlanan kövşək birləşdirici toxuma ilə örtülür. Böyük əzələ dəstələrinin birləşməsindən, xaricdən epimysium adlanan (əzələ fassiyası) birləşdirici toxuma ilə örtülən əzələ formalaşır. Əzələ lifləri yığılma və elastiklik xassəsinə malik olub, onun əzələvi hissəsini – qarıncığı əmələ gətirir. Əzələnin qarıncığı uclarda vətərə – tendo, keçirlər.
Əzələ lifi xaricdən sarkolemma adlanan qısa ilə örtülür və onun sitoplazması sarkoplazma adlanır. Sarkoplazmada olan miofibrillər yığılma qabiliyyətinə malikdir. Cizgili əzələ toxumasında her bir miofibril müxtəlif kimyəvi tərkibe və optik xassayə malik disklərdən ibarətdir. Disklərin bir qrupu açıq rəngli olub, şüani az sındırır və izotrop disk, diger qrupu ise tünd rəngli olub, şüanı ikiqat sındırır və anizotrop disk adlanır. Izotrop (1) və anizotrop (A) disklər miofibrillərin boylama oxu istiqamətinde biri digərini əvəz edir. Ona görə də bu disklər mikroskop altında zolaqlı və ya cizgili şəkildə görünürlər. İzotrop disklərin ortasından əzələ lifi qısasından başlayan «T» membranlar (telofraqmalar) keçir. Miofibrillərin iki qonşu telofraqma arasında qalan hissəsinə sarkomer deyilir. Əzele lifinin yığılması aktin zülalının miozin zülalı arasına sürüşmesi nəticəsində baş vərir. Vətərlər sümüküstlüyü vasitəsi ilə sümüklərin üzərində olan qabar, qabarıqlıq, qabarcıq, çuxur, xatt, hündürlük, daraq və qığırdağa bağlanırlar. Əzələlər yığılarkən oynaqda hereket töredirlər. Əzələnin başlanan ucu, origo, bağlanan ucu, insertio, eyni zamanda başlanan ucun başlandığı yer tərpənməz nöqtə, punctum fixum, bağlanan ucun bağlandığı yer hereketli nöqtə, punctum mobile, adlanır.
Vətərlər əzələlərin quruluş və funksiyasından asılı olaraq qısa, uzun və enli ola bilər. Enli vətərlər aponevroz – aponeurosis, adlanır.
ƏZƏLƏLƏRİN TƏSNİFATI
Əzələlər formasından, əzələ-vətər nisbeti, yerləşmə vəziyyəti, liflərinin istiqaməti, başlarının sayı, funksiyası, başlanan və bağlanan uclarindan asılı olaraq təsnif olunurlar.
Formaca uzun, qısa və enli əzələlər vardır.

Şək.1. Əzələnin formasi. A – iyebenzor; B – ikibaşlı; C – ikiqarıncıql; – atmalı; D – ikilelekli: E-birlelekli. 1-caput; 2-vənter; 3-cauda; 4-qarnaqarası vatar; 5 – intersectio tendinca.
.
Əzələ-vətər nisbetinə görə: uzun əzələlər iyəbənzər – m.fusiformis. birlələkli – m.unipennatus, ikilələkli – m.bipennatus, ikiqarıncıqlı m.biventer, vətər atmalarına – intersectiones tendineae malik, dairəvi- orbicularis və çox dəstələrə malik əzələlər ola bilər.
Formasına görə əzələlər: kvadrat əzələ – m.guadratus, trapesiyayabanzar əzələ – m.trapezius, rombabənzər əzələ, m. rhomboideus, deltayabənzər əzələ – m.deltoideus, və s. adlanırlar.
Əzələ lifləri və dəstələrinin istiqamətinə görə düz əzələ – m.rectus, köndələn əzələ – m.transvərsus, çəp azala – m.obliguus, və dairəvi əzələ – m.orbicularis vardır.
Bəzi əzələlər müxtəlif sümük və nahiyələrdən iki, üç, bəzən də dörd başla başlayır, ümumi vətərlə sümüyə bağlanırlar. Bele əzələlərə müvafiq olaraq ikibaşlı əzələ – m.biceps, üçbaşlı əzələ – m.triceps, və dördbaşlı əzələ – m.guadriceps, deyilir.
Skelet əzələləri funksiyalarına görə: açan əzələ – m.extensor, bükən əzələ – m.flexor, yaxınlaşdıran əzələ – m.adductor, uzaqlaşdıran əzələ – m.abductor və s. adlanırlar.
Başlanan və bağlanan uclarına görə əzələlərin təsnifatı onların adlarına uyğundur. Məsələn, biz-dilaltı əzələ – m.stylohyoideus, döş-körpücük-məmayabenzer əzələ . m.sternocleidomastoideus, kürek-dilalti əzələ – m.omohyoideus, dimdik-bazu əzələsi – m.coracobrachialis, və s.
Yerləşmə vəziyyetine görə əzələlər: səthi və derin, ön, dal, içeri və bayır qruplara ayrılırlar.
Əzələlərin oynaqlara nisbəti də fərqlənir. Ele əzələlər vardır ki, yalnız bir oynaq, digərləri iki və daha çox oynaq üzərindən keçir və hərəket törədirlər. Ona görə de biroynaqlı, iki və çoxoynaqlı əzələlər ayırd edilir. Biroynaqlı əzələlər qısa, çoxoynaqli əzələlər isə uzun olur və sathde yerləşirlər. İki və çoxoynaqlı əzələlər distal oynaqda hərəkət törətməklə yanaşı, çox yığılarsa proksimal oynaqlarda da hərəkət törədirlər. Belə əzələlərin hər iki ucu mütəhərrik olur.
Skelet əzələlərinin əksəriyyəti qırmızı rəngdədir. Bəzi əzələlərin rəngi açıq, yəni ağ olur. Əzələlərin rəngi sarkoplazmada olan mioxrom fermentin miqdarından asılıdır.
ƏZƏLƏNİN KÖMƏKÇİ APARATI
Əzələlərin kömekçi törəmələri də vardır. Bunlara fassiya və onun törəmələri; vətər yataqları, selikli kiseciklər və sesamoid sümüklər aid edilir.
Fassiya əzələ və ya əzələ qruplarını xaricdən əhatə edən, lifli birləşdirici toxumadan əmələ gəlmiş səhfədir.
Quruluş və funksiyasına görə səthi və dərin fassiyalar vardır. Səthi (dərialtı) fassiyalar – fasciae superficiales s.subcutaneae, dəri altında yerləşir və derialtı toxuma ilə sıx birləşmişdir. Müəyyən nahiyədə əzələ qrupunu örtür. Dəri və dərialtı toxuma ile birlikdə orqanizmin elastik istinadını təmin edir.
Dərin fassiyalar – fasciae profundae, ayrı-ayrı əzələləri (xüsusi fassiya) və eyni funksiya daşıyan əzələ qruplarını xaricdən örtür.
Bəzi nahiyələrdə fassiyalardan müəyyən törəmələr formalaşır. Məsələn, fassiyanın səthi və dərin səhfələri arasında lifli yataq, dərin fassiya ile sümüküstlüyü arasında sümük-lifli yataq, vətərlərlə lifli yataqlar arasında ise sinovial vətər yataqları – vagina synovialis tendineus, əmələ gelir.
Sinovial vətər yataqlarının parietal və visseral səhfələri vardır. Parietal səhfə lifli yataqlara, visseral səhfə ise vətərlərə birləşmişdir. Səthlərin ucları bir-birilə bitişir və sefhelər arasında boşluq əmələ gelir. Boşluğun daxilinde vətərlərin hərəkəti nəticəsinde əmələ gelen sürtünməni aradan galdıran sinovia mayesi yerləşir.
Müəyyən yerlərde əzələ vətərləri ilə sümük hündürlükləri arasında sinovial kisəciklər – bursae synoviales, əmələ gelir. Sinovial kisəciklər müxtəlif formada, həcmdə və ölçüdə olub, birləşdirici toxumadan təşkil olunmuşdur. Daxilində az miqdarda sinovia mayesi olur. Snovial kisəciklər hərəkəti asanlaşdırır, sürtünməni azaldır və əzələnin qüvvəsinə qənaət edir.
Sesamoid sümüklər blokabənzər oynaqlarla əlaqalidirlər və blok kimi xüsusiyyətlərə malikdirlər. Sesamoid sümüklərə noxudabonzər sümük, diz qapağı və s. aiddir.
BAŞ ƏZƏLƏLƏRI
SKELET ƏZƏLƏLƏRİNİN XÜSUSİ ANATOMİYASI
Skelet əzələləri baş, gövdə, yuxarı və aşağı ətraf əzələlərine bölünür. Gövdə əzələləri nahiyələrə uyğun olaraq arxa, boyun, döş qəfəsi və qarın əzələlərinə ayrılır.
BAŞ ƏZƏLƏLƏRİ VƏ FASSİYALARI
Baş əzələ vo fassiyaları baş nahiyəsinde yerleşir. Baş nahiyəsində yerləşən əzələlər funksional baxımdan mimiki vo çeynəmə əzələlərinə bölünürlər.
MİMİKİ ƏZƏLƏLƏR
- Mimiki əzələlər qısa və vətərsiz əzələlərdir.
- Kəllə sümüklərinden başlayıb, başın və üzün dərisine bağlandıqlarına görə yığılarken üzün mimikasını dəyişirlər.
- Mimiki əzələlər radial va dairəvi istiqamətdə, əsasən, kəllədə olan təbii dəliklərin (göz yuvası, xarici qulaq dəliyi, armudu delik, ağız yarığı) ətrafında yerləşir və həmin dəliklarla əlaqədar olan orqanları herekete getirirlər (daraldır, geneldir, qaldırır, endirir və s.).
- Mimiki əzələlər beş qrupa: kəllə tağı əzələləri, göz yuvasietrafı, burun ətrafı, ağız ətrafi və qulaq atrafi əzəlaləre bölünür (şək. 91, 92).
KƏLLƏ QAPAĞI ƏZƏLƏLƏRİ
Kəlləüstü əzələ – m.epicranius, üç hissədən təşkil olunub: ənsə-alın əzələsi, kəlləüstü aponevroz və gicgah-təpə azələsi. Ənsə-alın əzələsinin iki qarıncığı vardır. Bunlar kəllə qapağı ilə kəllə əsasının hüdudundan başlayır, ortada – aponevroza – galea aponeurotica keçir. Gicgah-təpə əzələsi isə zəif inkişaf etmişdir.
Funksiyası: qaşları qaldırır, başın dərisini öne çekir və alında büküşlər əmələ getirir.
Məğrurlar əzələsi – m.procerus, burun sümüyünden başlanır alnın dərisine bağlanır. Əzələ liflərinin bir qismi ise ense-alın əzələsinin alın qarıncığına birleşir.
Funksiyası: burun kökünün və qasarası sahenin derisinde büküş və sırım əmələ getirir. Alın dərisini aşağı dartaraq köndələn büküşləri düzlendirir və alında məğrurluq ifadəsi yaranır.
GÖZYUVASIƏTRAFI ƏZƏLƏLƏR
Gözün dairəvi əzələsi – m.orbicularis oculi, göz qapaqlarının tərkibinde – aditus orbitae, etrafında yerləşir. Üç hissəsi vardır: göz qapağı, gözyuvası və göz yaşı hisseləri.
Funksiyası: göz yarığını daraldır, göz yaşı kisəsini genişləndirir, qaşları aşağı – bayır tərəfə çəkir və gözün bayır bucağında büküşlər əmale getirir.
Qaşçatıcı əzələ – m.corrugator supercilii, qaşüstü nahiyədə yerləşir, qaşarası sahədən başlayır və qaşın derisine bağlanır.
Funksiyası: qaşları bir-birinə yaxınlaşdırır və onların arasında büküşlər əmələ gətirir.
BURUNƏTRAFI ƏZƏLƏLƏR
Burun əzələsi – m.nasalis, iki hissədən ibarətdir: 1 – köndələn hisse; 2 – qanad hissa.
Funksiyası: köndalan hisse burun deliklərini daraldır, qanad hisse ise burun qanadlarını bayıra çəkir və burun deliklərini geneldir.
AĞIZƏTRAFI ƏZƏLƏLƏR
1. Ağzın dairəvi əzələsi – m.orbicularis oris, ağız yarığının etrafında yerleşir və iki hissesi var: 1 – kənar hisse; 2 – dodaq hissə
Funksiyası ağzı büzür, dodaqları öne çıxardır. Südəmər uşaqlarda əmmə aktında iştirak edir.
2. Ağzın bucağını endirən əzələ – m.depressor anguli oris. Funksiyası: ağız bucağını aşağı və bayıra çekir.
3. Asağı dodağı endiran əzələ – m.depressor labii inferioris.
Funksiyası: aşağı dodağı aşağı və bayir terefe çekir, iki tərəfli yığılanda ağzı açır.
4. Çənəaltı əzələ – m.mentalis, eyniadlı nahiyada yerləşir.
Funksivası: çənəaltı nahiyənin dərisini və aşağı dodağı yuxarıya çokir və onu yuxarı dodağa sıxır.
5. Yanaq əzələsi – m.buccinator, ikinci yuxarı azı dişi beraberliyinde bu əzələni qulaqaltı vəzin axacağı delir.
Funksiyası: dodaqları, ağız bucağını dala çəkir və onları alvəol çıXintılarına sıxır. Nəticəde ağız boşluğunda təzyiqi artırır.
6. Yuxarı dodağı qaldıran əzələ – m.levator labii superioris.
Funksiyası: yuxarı dodağı qaldırır, nəticado burun-dodaq şirimi en le gelir. Eyni zamanda burun qanadını yuxarı çəkir.
7. Yuxarı dodağı və burun qanadını qaldıran əzələ – m.levator labii superioris et alaeque nasi. Əng sümüyündən başlayıb burun-dodan şırımına bağlanır.
Funksiyası: burun qanadını və yuxarı dodağı qaldırır. Yuxarı dodağı gərginleşdirərək bayıra çəkir.
8. Kiçik almacıq əzələsi – m.zygomaticus minor.
Funksiyası: ağız bucağının qaldırır, burun qanadını yuxarı çəkir və burun deliklərini geneldir.
9. Böyük almacıq əzələsi – m.zygomaticus major.
Funksiyası: ağız bucağını bayıra və yuxarı dartmaqla burun-dodaq şirimini artırır və gülümsəmodə iştirak edir.
10. Ağız bucağını qaldıran əzələ – m.levator anguli oris.
Funksiyası: ağız bucağını və yuxarı dodağın bayır hissesini yuxarı və yan tərəfə dartır.
11. Gülümsəmə əzələsi – m.risorius.
Funksiyası: ağız bucağını bayır tərəfə çəkir, yanaqda «gözəllik çuxurcuğu əmələ gəlir.
QULAQƏTRAFI ƏZƏLƏLƏR
İnsanda qulaq seyvanının funksiyası ilə əlaqədar qulaqətrafı ezələlər zəif inkişaf etdiyindən az hərəkətlidir.
1. Qulaq seyvanının ön əzələsi – m.auricularis anterior. Funksiyası: qulaq seyvanını öne hareket etdirir.
2. Qulaq seyvanının yuxarı əzələsi – m.auricularis superior.
3. Qulaq seyvaninin arxa əzələsi – m.auricularis posterior. Funksiyası: bezən qulaq seyvanını arxaya hərəkət etdirir.
Mimiki əzələlər üz siniri – n.facialis, ilə innervasiya olunur və xarici yuxu arteriyasının şaxələri ilə qidalanırlar.
ÇEYNƏMƏ ƏZƏLƏLƏRİ
Çeynəmə əzələlərinə aşağıdakılar aiddir:
1. Çeynəmə əzələsi – m.masseter.
2. Gicgah əzələsi – m.temporalis.
3. Içəri qanadabənzer əzələ – m.pterygoideus medialis.
4. Bayır qanadabənzər əzələ – m.pterygoideus lateralis.
Çeynəmə əzələsi – m.masseter, çənə şaxəsinin bayır səthində qulaqaltı vəzin altında yerləşir, və başlanan ucunda səthi və dərin hisselərden ibarətdir. Səthi hissə almacıq qövsünün bayır səthindən, dərin hissə isə onun içəri səthindən başlayır, aşağı gedərək çənə sümüyünün çeynəmə qabarıqlığına çatdıqda bir-biri ile birləşir və həmin qabarıqlığa bağlanır.
Funksiyası: çənəni qaldırır, ağızı qapayır. Qidalanması: a.masseterica et a.transvərsa faciei.
Gicgah əzələsi – m.temporalis, gicgah çuxurunda yerleşib, yelpic sokilindədir. Həmin çuxurdan və gicgah fassiyasından başlayır və çənə sümüyünün tac çıxıntısına bağlanır.
Funksiyası: ön dəstələri yığıldıqda çənəni qaldırır, dal desteləri çənəni dala çəkir.
İçəri qanadabənzər əzələ – m.pterygoideus medialis, əsas sümüyün qanadabənzər çıxıntısı üzərindəki qanadabənzər çuxurdan başlayır, aşağı və arxaya gedərək çənə sümüyünün qanadabənzər qabarıqlığına bağlanır.
Funksiyası: çənəni qaldırır və ağızı qapayır.
Bayır qanadabənzər əzələ – m.pterygoideus lateralis, gicgahaltı çuxurda yerləşir yuxarı və aşağı başları vardır. Yuxarı başı əsas sümüyün böyük qanadının gicgahaltı səthindən, gicgahaltı daraqdan, aşağı başı qanadabənzər çıxıntının bayır səfhəsindən başlayır. Arxa və bayır tərəfə gedərək çənə sümüyü boynu üzərindəki qanadabənzər çuxurcuğa, gicgah-çənə oynağı kapsuluna bağlanır.
Funksiyası: ikitərəfli yığıldıqda gicgah-çənə oynağında çənəni öne çıxardır. Birterefli yığıldıqda ise çeneni eks terefe hereket etdirir.
BOYNUN ƏZƏLƏLƏRİ
Boyun əzələləri boyun nahiyəsində yerləşir.
Boyun əzələləri topoqrafik baxımdan səthi və dərin qrup əzələlərə bölünürlər
Səthi əzələlərə: 1) boynun enli əzələsi 2) döş-körpücük-məməyəbənzər əzələ. Boyunun digər səthi əzələləri dilaltı sümükdən yuxarıda və aşağıda yerləşirlər.
Dilaltı sümükdən yuxarıda yerləşən əzələləre: 1) ikiqarıncıqlı əzələ 2) biz-dilaltı əzələ 3) çənə-dilaltı əzəl 4) çənəaltı-dilaltı əzələ – aiddir.
Dilaltı sümükdən aşağıda ise: 1) kürək-dilalti əzələ – 2) döş-dilaltı əzələ 3) döş-qalxanabənzər əzələ 4) qalxan-dilaltı əzəla – yerləşir
Boynun dərin əzələləri bayır və içəri olmaqla iki qrupa bölünür.
Bayır qrup əzələləri: 1) ön pilləli əzələ 2) orta pilləli əzələ 3) arxa pilləli əzələ
içəri qrup əzələlərə: 1) boynun uzun əzələsi 2) başın uzun əzələsi 3) başın ön düz əzələsi, 4) başın yan düz əzələsi aiddir.
BOYNUN SƏTHİ ƏZƏLƏLƏRİ
Boynun enli əzələsi – platysma, dəri altında boynun səthi fassiyasının üzərini örtür.
Funksiyası: boynun dərisini gərginləşdirir səthi vənalarda qan coreyanını yaxşılaşdırır, ağız bucağını aşağı çəkir.
Döş-körpücük-məməyabənzər əzələ – m.sternocleidomastoideus, içəri və bayır başları vardır. İçəri başı döş sümüyü dəstəsindən, bayır başı isə körpücüyün döş ucundan başlayır, gicgah sümüyünün məmeyebenzer çıxıntısına və boyunardi xəttə bağlanır.
Funksiyası: birtərəfli yığıldıqda başı və boynu öz tərəfine bükür və üzü eks terefe çevirir, ikitərəfli yığıldıqda başı və boynu arxaya bükür. Mecburi nefosalma zamanı döş qəfəsini qaldırır.
DILALTI SÜMÜKDƏN YUXARIDA YERLƏŞƏN ƏZƏLƏLƏR
İkiqarıncıqlı əzələ – m.digastricus, ön və arxa qarıncığa ayrılır. On qarıncıq çənə sümüyündeki eyniadlı çuxurcuqdan, dal qarıncıq isə gicgah sümüyünün məməyabənzər oymasından başlayır və ümumi vəter vasitəsilə dilaltı sümüyə bağlanır
Funksiyası: arxa qarıncıq yığıldıqda dilaltı sümüyü qaldırır. Dilela sümük fiksasiya olunarsa, ön qarıncıq çənəni aşağı çəkir, ağızı acır.
Biz-dilaltı əzələ – m.stylohyoideus, gicgah sümüyünün biz çıxıntısından başlayır. Aşağı hissədə vətəri iki dəstəyə ayrılır, iki qarıncıqli əzələnin arxa qarıncığının vətərini əhatə edir və dilaltı sümüyə bağlanır.Funksiyası: dilaltı sümüyü yuxarı və arxaya çəkir.
Çənə-dilaltı əzələ – m.mylohyoideus, enli əzələdir. Çenealtı tinden və çənə-dilaltı xetden başlayır, digər tərəfdən cyni adlı əzəle ile orta xetde birbirinə çatır, azele liflori birləşərək dilaltı sümüyo bağlanır və ağız diafraqmasini (dibini) əmələ getirir Funksiyası: dilaltı sümüyü qaldırır. Dilaltı sümük fiksasiya olunarsa, çənəni aşağı və dala çəkir.
Çənəaltı-dilaltı əzələ – m.geniohyoideus, uzun əzəlodir, ağız diafraqmasının üstünde yerləşir. Çənəaltı tindən başlayır və dilaltı sümüyə bağlanır.
Funksiyası: dilaltı sümüyü yuxarı və öne çekir. Dilaltı sümük fiksasiya olunarsa, çənəni endirir, ağızı tam açır.
DİLALTI SÜMÜKDƏN AŞAĞIDA YERLƏŞƏN ƏZƏLƏLƏR
Kürək-dilaltı əzələ – m.omohyoideus, nazik və uzun əzələ olub iki qarıncığı vardır. Onun aşağı qarıncığı kürək sümüyünün yuxarı kənarından başlayır, döş-körpücük-məməyəbənzər əzələnin altında vətər atması vasitəsi ile yuxarı qarıncığa keçir. Yuxarı qarıncıq yuxarı və içeri doğru gederek dilaltı sümüyə bağlanır. Funksiyası: dilaltı sümüyü aşağı və bayır tərəfə çekir. İki terefli yığıldıqda nefes borusu önü fassiyanı gerginleşdirir.
Döş-dilaltı əzələ – m.sternohyoideus, döş sümüyü destesinin arxa səthindən və körpücüyün döş ucundan başlayır, kürek-dilaltı əzələden içeri tərəfde dilaltı sümüyün cismine bağlanır. Funksiyası: dilaltı sümüyü aşağı çekir.
Döş-qalxanabənzər əzələ – m. sternothyreoideus, digərinə nisbeten enli azeledir, qalxanabenzer vəzi önden örtür. Döş sümüyü destesinin arxa səthindan və I qabırğa qığırdağından başlayır, qalxanabənzər qığırdağın çap xəttinə bağlanır. Funksiyası: dilaltı sümüyü aşağı çəkir.
Qalxanabənzər-dilaltı əzələ – m. thyreoihyoideus, qalxanabənzər qigirdağın çep xetdindən başlayıb dilaltı sümüyün cisminin yan hisselərine və böyük buynuzuna bağlanır. Funksiyası: dilaltı sümüyü qırtlağa yaxınlaşdırır. Dilaltı sümük fiksasiya olunarsa, qırtlağı qaldırır.
BOYNUN DƏRİN ƏZƏLƏLƏRİ BAYIR QRUP
Ön pilləli azələ – m.scalenus anterior, III-VI boyun fəqərələrinin köndalen çıxıntılarından başlayır, I qabırğanın üzerinde yerləşən eyni adlı qabarcığa bağlanır
Orta pilləli əzələ – m.scalenus medius, ön pilləli azələnin arxasında yerləşir. II-VII boyun fəqərələrinin köndələn çıxıntılarından başlayır, ön pilloli azələnin qabarcığından arxada I qabırğanın yuxarı səthinə bağlanır. Ön va orta pilləli əzələlərin bağlanan ucları arasında pilləli əzələlərarası sahə – spatium interscalenum, omələ gəlir.
Arxa pilləli əzələ – m.scalenus posterior, zəif azələdir, IV-VI boyun fəqərəlarinin köndələn çıxıntılarının arxa qabarcığından başlayır, II qabırğanın bayır səthine bağlanır.
İÇƏRİ QRUP
Boyunun uzun əzələsi – m.longus colli, uzun, yastı üçbucağabənzər əzələ olub, boynun və üç yuxarı döş fəqərələrinin önündə yerləşir.
Funksiyası: bir tərəfli yığıldıqda boynu yana, iki tərəfli yığıldıqda öne bükür.
Başın uzun əzələsi – m.longus capitis, III-VI boyun feqorolorinin köndələn çıxıntılarının ön qabarcıqlarından başlayır, onse əsasının aşağı səthine bağlanır. Funksiyası: başı önə bükür və hərləndirir.
Başın ön düz əzələsi – m.rectus capitis anterior, qısa əzələdir, atlasənsə oynağının önündə yerləşir. Atlasın ön qövsündən başlayır, ənsə sümüyü cisminə bağlanır. Funksiyası: başı öne bükür.
Başın yan düz ozolosi – m.rectus capitis lateralis, qısa əzələdir və atlasın köndelen çıxıntısından başlayıb ənsə sümüyü cisminin yan səthine bağlanır. Funksiyası: atlas-ənsə oynağında başı yana bükür.
