Plan:
- Ümumi məlumat
- Dəri və dəri törəmələri
- Görmə orqanı
- Eşitmə-müvazinat orqanı
- Dad orqanı
- Qoxu orqanı
ƏDƏBİYYAT
- Şadlinski V.B., Qasımov Ş.İ., Mövsümov N.T. İnsan anatomiyası. I cild. Dərslik. Bakı.: «Müəllim», 2010, 387 s.
- Şadlinski V.B., Ş.İ.Qasımov, N.T.Mövsümov. İnsan anatomiyası. Dərslik. II cild. “Müəllim” nəşriyyatı. Bakı 2012.
- Şadlinski V.B., Ş.İ.Qasımov, N.T.Mövsümov. İnsan anatomiyası.Dərslik. III cild. “Müəllim” nəşriyyatı. Bakı 2011, 366 s.
- Şadlinski V.B., Qasımov Ş.İ., Mövsümov N.T. İnsan anatomiyası atlası (II nəşr). Dərs vəsaiti. Bakı.: «Müəllim», 2007, 524s.
- Шадлинский В.Б., Мовсумов Н.Т., Сапин М.Р. Анатомия человека. Учебник для студентов леч. проф. факультета (I том, 2-ое издание). Bakı, 2009, 550c.
- Шадлинский В.Б., Мовсумов Н.Т., Сапин М.Р. Анатомия человека. Учебник для студентов леч.- проф. факультета (II том, 2-ое издание) Bakı.: «Təhsil», 2010, 550c.
Ümumi məlumat
Duyğu orqanları orqanizmlə xarici mühit arasında əlaqə yaradır. Xarici mühitdən qəbul olunan müxtəlif enerji növləri (mexaniki, kim yəvi, şüa, səs dalğaları və s.) duyğu orqanları tərəfindən tutularaq sinir impulsuna çevrilir. İmpuls sinir yolları vasitəsilə beyin qabığına çatır və duyğuya çevrilir. Duyğu orqanı, sinir yolu və qabıq mərkəzi birlikdə İ.P.Pavlov tərəfindən analizator adlandırılmışdır.
Analizatorun periferik hissəsinə aid olan reseptor sümük, əzələ, vətər, bağ, oynaq kisəsi, daxili orqan, ürək-damar sistemi və s.-də yerlə şir. Orqanizmdə olan reseptorlar qıcıqları qəbul etmə sahələrinə görə üç qrupa bölünür: 1) eksteroreseptor; 2) proprioreseptor; 3) interoreseptor.
1) Eksteroreseptor dəridə, burun boşluğunun yuxarı hissəsinin, dilin, yumşaq damağın, həmçinin udlağın yuxarı hissəsinin selikli qişasında, daxili qulaqda, gözdə yerləşir. Bu reseptorlardan qəbul edilən duyğulara hərarət, ağrı, toxunma, təziq, qoxu, dad, eşitmə və görmə duyğuları aiddir. Hərarət və ağrı, toxunma və təziq duyğuları dəri vasitəsilə qəbul edildiyi üçün dəri duyğusu və ya ümumi duyğu adlanır.
2) Proprioreseptor sümük, əzələ, bağ və oynaq kisəsindən, əzələ oynaq duyğusunu qəbul edir. Proprioreseptorlara daxili qulağın müva zinət aparatında olan reseptorlar da aid edilir.
3) Interoreseptor daxili orqanların, ürək və damarların divarlarında yerləşərək, həmin orqanlarda meydana çıxan qıcıqları qəbul edir. İnteroreseptorlar daxili orqanlardan ağrı, təzyiq, aclıq, susuzluq, defekasiya, cinsi və s. duyğuları qəbul edirlər.
Reseptorlar qəbul etdikləri qıcıqların xüsusiyyətinə görə bölünür: a) mexanoreseptor – toxunma, təziq və s. qıcıqlarını qəbul edir; bu resep torlar əsasən dəridə yerləşirlər; b) termoreseptor – hərarət qıcıqlarını qə bul edir; c) xemoreseptor – kimyəvi qıcıqları qəbul edir; ç) fonoreseptor – səs dalğalarını sinir impulsuna çevirir; e) fotoreseptor – işıq süalarını qəbul edir.
Duyğu orqanları aşağıdakılardır: dəri duyğusu orqanları; qoxu orqa ni; dad orqanı; görmə orqanı; dəhliz – ilbiz (müvazinət – eşitmə) orqanı,
Dəri və dəri duyğusu orqanları
Dəri orqanizmi xaricdən örtərək ağız, burun dəlikləri, sidik kanalı nin xarici dəliyi, uşaqlıq yolu dəhlizi və anus nahiyələrində selikli qişaya keçir. Dərinin funksiyaları bunlardır: 1) orqanizmi xarici mexaniki təsirlərdən qoruyur; 2) dərialtı piy toxuması ehtiyat enerji funksiyasını yerinə yetirir; 3) istinad funksiyasına malikdir; 4) orqanizmin hərarətini tənzimləyir; 5) tər ifraz etməklə suyun, lazımsız birləşmələrin və mineral duzların artığını xaric edir; 6) tənəffüz funksiyası yerinə yetirir; 7) maddələr mübadiləsində iştirak edir; 8) piy ifraz edir; 9) duyğu orqanı funksiyasını yerinə yetirir; 10) dəridəki reseptorlar refleksogen səth yaradır; 11) dərinin elektrik cərəyanı keçirmə qabiliyyəti vardır.
Dəri epidermis və xüsusi dəridən təşkil olunur. Epidermis çoxqatlı yastı epiteldən ibarət olub xüsusi dəri ilə möhkəm bitişmişdir. Xüsusi dəri dərialtı toxuma qatı vasitəsilə altda olan törəmələrə birləşir. Xüsusi dəri səthi məməcikli və də rin toralu qatdan təşkil olunur. Məməcikli qat bilavasitə epidermisin al tinda yerləşir və kövşəki lifli birləşdirici toxuma dan əmələ gəlir. Burada daxilində qan və limfa kapillyarları, sinirlər olan məməciklər yerləşir. Maməciklər sıra ilə yerləşərək epidermisi qaldırır və nəticədə dəridə daraqlar və onların arasında şırımlar əmələ gəlir. Əlin ovuc səthində və ayaqaltında daraqlar daha yaxşı nəzərə çarpır ve müxtəlif formalı mürəkkəb şəkillər əmələ gətirirlər. Bu şəkillər fərdi olub heç bir insanda təkrarlanmır və buna görə də məhkəmə təbabətin də şəxsin identifikasiyasında (daktiloskopiya) istifadə olunur. Torlu qat tərkibində kollagen və elastiki liflər olan sıx formalaşmamış birləşdirici toxumadan əmələ gəlmişdir. Yaşa dolduqca elastiki liflərin miqdarı azaldığına görə dərinin elastikliyi də itir. Torlu qat sərhədsiz olaraq dərialtı toxumaya keçir. Burada az və ya çox miqdarda piy toxuması yerləşir. Piy toxumasının qalınlığı bədənin bütün nahiyələrində eyni deyildir. Belə ki, alın və burunda piy qatı zəif olur, qaş və xayalıqda isə olmur.
Dəri törəmələri.
Dəri törəmələrinə dəri vəziləri və buynuz törəmələri aiddir. Dəri vəzilərinə tər, kiprik, qulaq kiri, anusətrafı və piy vəziləri aiddir. Tər vəziləri sadə qıvrılmış borulu vəzilərdən olub dərialtı qatda yerləşir, epidermis üzərindəki dəliklərdən xaricə açılır. Tər vasitəsilə bədənin hərarəti tənzimlənir və mineral duzlar, zərərli maddələr (xörək duzu, sidik cövhəri və s.) bədəndən xaric edilir.
Dərinin buynuz törəmələrinə dırnaq və tük aiddir. Dırnaq epidermis törəməsi olub, barmaqların distal falanqalarının arxa səthini tutur. Dırnaq mühafizə, qoruyucu funksiya yerinə yetirir və müəyyən dərəcədə təbii alət rolunu oynayır. Dırnaqda ön azad, arxa gizli və iki yan kənarlar vardır. Dırnağın arxa kənara müvafiq hissəsinə dırnaq kökü, orta hissəsinə dırnaq cismi, onun yerləşdiyi yerə isə dırnaq yatağı deyilir. Tüklər isə dərinin bunynuz törəmələrindən olub, insanda zəif inkişaf etmişdir. Hamiləliyin 3-cü ayında tüklər (birincili tüklər) inkişafa baş layır; 5 aylıq döl lanuga adlanan narın tükcüklər ilə örtülür: 7 aylıq döldə bu tükcüklər tökülür və ikincili (daimi) tüklərlə əvəz olunur. Tük quruluşca iki hissədən ibarətdir: xüsusi tük və tük kisəciyi. Xüsusi tükün azad görünan hissəsinə tük mili və tük kisəciyində yerləşən hissəsinə isə tük kökii deyilir. Tük kökü soğanaq adlanan qalınlaşma ilə qurtarır. Tük soğanağının daxilində tük məməciyi yerləşir.
Dəri duyğusu organları.
Dəri duyğusu orqanlari xususi reseptor lardan ibarət olub. onların vasitəsilə insan ağrı, hərarət, toxunma, təzigi duyur, əşyanın formasını təyin edir.
Görmə orqanı
Görmə orqanı göz yuvasında yerləşir; gözdən və gözün əlavə aparatından təşkil olunur. Göz isə göz almasından və görmə sinirindən ibarətdir. Göz almasına gəldikdə isə o, göz alması qişalarından və daxili mühitindən (nüvədən) ibarətdir.
Göz alması qişaları.
Göz alması xarici lifli, orta damarlı və daxili tor qişadan ibarətdir.
Xarici lifli qişa iki hissədən ibarətdir: arxa ağlı qişa və ön buynuz qişa. Buynuz qişanın ön səthi çıxıq, arxa səthi isə basıqdır, şəffaf və damarsızdır; ağlı qişanın buynuz qişaya keçən yerində venoz cib və ya Şlemm kanah yerləşir.
Damarlı gisa qan damarları ilə zəngin olub xüsusi damar qişa,kirpikli cisim və qüzehli qişadan ibarətdir. Damarlı qişada çoxlu sayda piqmentli hüceyrələr vardır. Xüsusi damarlı qişa ön tərəfdə kirpik kecir. Kirpikli cism büllur kapsuluna bağlarla birləşir və içərisində əzələlər vardır. Bu əzələlər büllurun elastik kapsulunu boşaldio, ləşdirməklə yaxından və uzaqdan görməni (akkomodasiyanı) tənzim edir. Qüzehli qisa damarlı gisanın ön hissəsində yerləşir, gözün rəngi həmin pigmentin sayından asılıdır. Qüzehli qişanın mərkəzində bəbək yerləşir. Bəbəyin diametri onun ətafında yerləşən dairəvi və radial saya əzələlərdən asılıdır. Dairəvi əzələ lifləri bəbəyi daraldır; radial əzələ isə genaldir. Beləliklə, bəbək adlanan dəlik vasitəsilə gözə düşən işıq selinin miqdarı tənzimlənir.
Tor qişa göz almasının daxili qişasıdır. İki qatı vardır: xarici piqmenti və daxili xüsusi tor qişa; xüsusi tor qişanın arxa şüaya həssas – görmə və ön – kor hissəsi vardır. Arxa hissənin mərkəzində ağımtıl rəngli görmə siniri diski (kor ləkə), ondan bayıra isə tor qişanın işığa həssas hissəsi – mərkəzi çuxurcuq (sarı ləkə) ayırd edilir. Xüsusi tor qişada çöpcük və kolbacıq şəklində olan görmə reseptorları (fotoreseptorlar) yerləşir. Görmə reseptorlarında işıq şüasının təsirindən sinir impulsu yaranır və aparıcı yol vasitəsilə ali görmə mərkəzinə çatdırılır. Çöpcüklərin ümumi sayı orta hesabla 120-130 milyon olub, alatoran görmənin reseptorları hesab olunurlar. Dendridi xarici və daxili seqmentdən ibarətdir. Xarici seqmentin membranında görmə piqmenti – rodopsin, yerləşir. Kolbacıqların ümumi sayı orta hesabla 6-7 milyona qədərdir. Onlar gündüz (rəngli) görmənin reseptorlarıdır. Ölçüləri çöpcüklərinkindən böyükdür. Kolbacıqlırın membranının xarici səthində digər görmə piqmenti – yodopsin, yerləşir. Rodopsin və yodopsin işıq şüasının təsirindən zülal və retinala parçalanır və sonda sinir impulsu yaranır.
Göz alması nüvəsi. Göz almasının nüvəsinə göz kameraları (ön və arxa kamera), büllur, şüşəyəbənzər cisim və kameralardakı göz daxili maye – sulu nəm aiddir. Qüzehli qişa ilə buynuz qişa arsinda göz alma sinin ön kamerası, qüzehli qişanın arxada və büllurun önündə isə göz almasının arxa kamerası yerləşir; ön və arxa kameralar bir-birilə babak vasitəsilə birləşir. Büllur – şəffaf, iki səthi qabarıq linzadır . Xaricdən kapsul ilə örtülüdür və göz almasının şüasındırıcı mühitini təşkil edir. Şüşəyəbənzər cisim kürəyə bənzəyir, şəffafdır, büllurdan arxada yerləşir və şüasındırıcı mühitə daxildir.
Gözün əlavə (köməkçi) aparatı; bu aparata göz alması əzələləri, göz qapaqları, qaş, kirpik, gözün birləşdirici toxuma qişası (konyunktiva) və gözyaşı aparatı aiddir. Göz alması əzələlərinə düz (yuxarı, aşağı, içəri və bayır), çəp (yuxarı və aşağı) və yuxarı göz qapağını qaldıran əzələlər aiddir . Bu əzələlər eninəzolaqlı olub göz almasını hərəkətə gətirirlər. Yuxarı düz əzələ göz almasını yuxarı və bayıra, aşağı düz əzələ aşağı və içəri, içəri düz əzələ içəri, bayır düz əzələ bayıra çəkir. Yuxarı çəp əzələ göz almasını aşağı və içəri, aşağı çəp əzələ isə yuxarı və bayıra hərləndirir. Yuxarı göz qapağını qaldıran əzələ isə yuxarı göz qapağını qaldırır.
Göz qapaqları yuxarı və aşağı göz qapaqlarına bölünür, göz almasını öndən örtür; yan tərəflərdə birləşərək bitişmələr əmələ gətirirlər. Göz qapaqlarının sərbəst kənarları üzərində kirpiklər yerləşir. Qaşlar tərin alından gözlərə axmasına mane olur. Göz qapaqlarının arxa, göz almasının isə ön səthi gözün birləşdirici toxuma qişası (konyunktiva) ilə örtülüdür. Konyunktiva və göz qapaqları arasında yuxarı və aşağı konyunk tiva tağları əmələ gəlir. Göz qapananda hər iki tağ konyunktiva kisəsi adlanan sahəni formalaşdırır.
Gözyaşı aparatına göz yuvasının yuxarı-bayır bucağında yerləşmiş gözyaşı vəzisi, konyunktiva kisəsi, gözyaşı çayı, gözyaşı gölü, gözyaşı kanalcıqları, gözyaşı kisəsi və burun-gözyaşı axacağı aiddir. Gözyaşı vəzisinin sekreti gözyaşı adlanır; gözyaşı göz almasının ön tərəfini isladır, göz qapaqları qapanarkən onlar arasında yaranan gözyaşı çayından keçib gözün içəri bucağında gözyaşı gölünə toplanır. Burada gözyaşı kanalcıqları vasitəsilə gözyaşı kisəsinə və burun-gözyaşı axacağı vasitəsilə aşağı burun keçəcəyinə tökülür.
Dəhliz-ilbiz (eşitmə-müvazinət) orqanı
Dəhliz-ilbiz organı səs dalğalarını qəbul edən eşitmə, sahə və muva. zinət hissini duyan müvazinət hissələrindən ibarətdir. Dəhliz-ilbiz organi xarici, orta və daxili qulağa bölünür.
Xarici qulaq. Xarici qulağın iki hissəsi vardır: qulaq seyvanı və xarici qulaq keçəcəyi. Qulaq seyvanı elastiki qığırdaqdan təşkil olunub, üzəri dəri ilə örtülür. Səs dalğalarını tutub xarici qulaq keçəcəyinə ötürur. Xarici qulaq keçəcəyi S-əbənzər formada olub 2,5 sm uzunluqdadir; qığırdaq və sümük hissələrdən ibarətdir, qığırdaq hissə qulaq seyvaninin ardını təşkil edərək sümük hissəyə keçir. Sümük hissəni gicgah sümüyünün təbil hissəsi və xarici qulaq keçəcəyi təşkil edir. Qığırdaq hissəni örtən dəri üzərində dəri törəmələri (qulaq tükləri və qulaq kiri vəziləri) yerləşir. Xarici qulaq orta qulaqdan təbil pərdəsi vasitəsi ilə ayrılır. Təbil pərdəsi səs dalğalarının təsirindən əmələ gələn titrəməni qulaq sümükcüklərinə ötürür. Təbil pərdəsinin mərkəzi hissəsinə orta qulaq tərəfdən çəkicin dəstəyi birləşir. Bu hissə içəriyə doğru gərilərək təbil pərdəsinin göbəyi adlanır.
Orta qulaq. Orta qulaq təbil boşluğu, qulaq sümükcükləri, eşitmə borusu və əzələlərdən ibarətdir. Təbil boşluğu kub şəklində olub 1 sm3 həcmə malikdir, altı divarı vardır: dam divarı (yuxarı divar olub, təbil damını əmələ gətirir), vidaci divar (aşağı divar olub vidaci çuxura baxır), labirint divarı (içəri divar olub daxili qulağa baxır), məməyəbənzər divar (arxa divar olub məməyəbənzər çıxıntıya baxır), yuxu divar (ön divar olub yuxu kanalına baxır) və zar divar (bayır divar olub təbil pərdəsinə baxır). Təbil boşluğunun içəri (labirint) divarı üzərində dəhliz və ilbiz pəncərələri yerləşir. Dəhliz pəncərəsi üzənginin əsası, təbil pəncərəsi isə ikinci təbil pərdəsi ilə tutulur.
Qulaq sümükcükləri. Bu sümükcüklərə çəkic, zindan və üzəngi aiddir. Çəkicin başı və dəstəyi, zindanın cismi, uzun və qısa ayaqcıqları, üzənginin isə başcığı, qövsü və əsası vardır. Qövsün başcıqdan öndəki hissəsi ön ayaqcıq, arxadakı hissəsi isə arxa ayaqcıq adlanır. Üzəngi əsası dəhliz pəncərəsini qapayır. Çəkic təbil pərdəsindən aldığı titrəməni zindana, zindan üzəngiyə, üzəngi isə əsası vasitəsi ilə dəhliz pəncərə sindən daxili qulağa – dəhliz pilləkəninə ötürür.
Daxili qulaq. Daxili qulaq orta qulaqla daxili qulaq kece arasında yerləşir. Daxili qulaq sümük və zar labirintlərdən ibarətdin labirint sümük labirintin içərisində yerləşir və quruluşu onun form uyğundur. Sümük labirint dəhliz, ilbiz və üç ədəd dairəvi sümük kanallardan ibarətdir. Dəhliz sümük labirintin zində yerləşir, arxada beş dəlik vasitəsi ilə yarımdairəvi kanalla, öndə ilbizlə birləşir. Yarımdairəvi sümük kanallar ön, arxa va sümük yarımdairəvi kanallara bölünür. Yarımdairəvi sümük kanallarom sadə və ampul ayaqcıqları vardır; ön və arxa yarımdairəvi kanalla sadə sümük ayaqcıqları birləşərək ümumi sümük ayaqcığı əmələ gətinin Bu səbəbdən də dəhliz yarımdairəvi kanallarla altı yox, bes dalil vasitəsilə birləşir. İlbiz 2 sm uzunluqda olub, 2,5 dəfə öz oxu ətrafında hərlənmiş spiral sümük kanaldır. Ilbizin oxuna – içliyinə birləşən spiral sümük səfhə onun boşluğunu iki pilləkənə – dəhliz (yuxarı) və təbil (aşağı) pilləkəninə bölür. Pilləkənlər ilbizin zirvəsində helicotrema adlı dəlik vasitəsilə əlaqələnir.
Zar labirint sümük labirintin içərisində yerləşib üç hissədən ibarətdir: mərkəzi hissə, üç yarımdairəvi axacaq və ilbiz axacığı. Sümük labirintlə zar labirint arasında perilimfa, zar labirintin daxilində isə endolimfa adlanan maye vardır. Zar labirintin ilbiz axacağında eşitmə reseptorları, mərkəzi hissəsində və üç (ön, arxa və bayır) yarımdairəvi axacaq ampulunda isə müvazinət reseptorları yerləşir. İlbiz axacağının daxilindəki spiral orqan reseptorları səs dalğalarını qəbul edir.
Xarici mühitdən gələn səs dalğaları qulaq seyvanı vasitəsilə tutulur, xarici qulaq keçəcəyinin dibində yerləşmiş təbil pərdəsinə verilir. Təbil pərdəsinin titrəməsi hesabına qulaq sümükcüklərinin rəqsi hərəkəluo səbəb olur; bu hərəkət üzənginin əsası vasitəsilə dəhliz perilimla. ötürülür. Dalğalanma dəhliz pilləkəninin əsasından zirvəsinə davam edir və oradan helikotrema dəliyi vasitəsilə təbil pilləkə perilimfasına keçir. Təbil pilləkəninin əsasında yerləşən ikinci pərdəsinin elastikliyi hesabına hərəkət təbil boşluğuna öturülür.
Qoxu orqanı
Qoxu orqanı qoxu reseptorlarından ibarət olub, qida və müxtəlif maddələrin keyfiyyətini, qoxusunu müəyyən edir. Burun boşluğu iki nahiyəyə bölünür: qoxu və tənəffüs nahiyələri. Qoxu nahiyəsi yuxarı burun balıqqulağı, orta burun balıqqulağının yuxarı hissəsi və burun arakəsməsinin onlara müvafiq hissəsində yerləşir. Selikli qişası sarımtıl rəngdədir. Tənəffüs nahiyəsi isə orta burun balıqqulağının aşağı hissəsi, aşağı burun balıqqulağı və burun arakəsməsinin onlara müvafiq hissə sində yerləşib selikli qişası qırmızımtıl-çəhrayı rəngdədir. Qoxu reseptorları burun boşluğunun qoxu nahiyəsinin selikli qişasında yerləşir. Hər bir qoxu hüceyrəsinin cismi və iki çıxıntısı vardır: tükcük şəklində olub selikli qişanın azad səthinə doğru baxan və qoxu liflərini təşkil edərək, xəlbir sümüyünün xəlbir səhifəsindəki dəliklərdən kəllə boşluğuna keçən çıxıntılar. Sonuncular qoxu soğanağında tamam olur; qoxu soğanağındakı hüceyrələr qoxu sinirlərinin başlanğıc nüvəsi də adlandırılır.
Dad orqanı
Dad orqanı dad tumurcuqlarından (dad soğanaqlarından) ibarətdir. Funksiyası qidanın dadını (turş, şor, acı və şirinliyini) təyin etməkdir. Dad tumurcuqları dilin arxasında yastığabənzər, göbələyəbənzər və yarpağabənzər məməciklərdə, yumşaq damaq, əsnək, udlaq, qırtlaq qa pağının arxa və çalovabənzər qığırdağın içəri səthində yerləşir. Dad tumurcuğu epitel hüceyrələri iki növdür: istinad hüceyrələri və daxili dad hüceyrələri (qustoreseptorlar). Dad reseptorlarının dad dəliyinə baxan uclarında tükcüklər yerləşir. Qəbul olunmuş qida tərkibindəki kimyəvi maddələr dad dəliklərindən dad reseptorlarının tükcüklərinə təsir edərək onları qıcıqlandırır və qıcıq sinir impulsuna çevrilir.
