AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNVERSİTETİ
BİOLOGİYA KAFEDRASI
BOTANİKA (MODUL II) FƏNNİNDƏN
LABORATORİYA İŞİ №13
BADIMCANKİMİLƏR FƏSILƏSI
Ass. N. İ. İsayeva
GƏNCƏ – 2022
Badımcankimilər fəsiləsi (Solanaceae)
Bu fəsilənin nümayəndələri həyatı formalarına görə ot, kol, lian, nadir hallarda isə ağaclardır. Yarpaq altlıqsız, növbəli düzülmüş, tam və ya bölümlü yarpaqlara malikdirlər. Çiçəkləri ikicinsli, aktinomorf, nadir hallarda ziqomorfdurlar. Çiçəklər tək-tək və ya salxım və süpürgə çiçək qrupuna birləşmiş olurlar. Erkəkciclər 5 və ya daha az olur (1-3ədəd staminodiya çevrildikdə). Dişicik iki meyvə yarpağının birləşməsindən əmələ gəlmişdir. Yumurtalıq üst vəziyyətdədir. Çiçəyin formulu: .
Meyvələri giləmeyvə və ya qutucuqdur. Toxumlar endospermlidir və adətən, toxum qabıq ilə örtürülmüşdür. Rüşeym əyilmiş və ya düz vəziyyətdə olur.
Azərbaycanda 10 cinsdə təmsil olunmuş25-ə qədər növünə rast gəlinir. Badımcankimilər adətən alkaloidli bitkilərdir və ona görə bunların bir sıra növləri zəhərlidir. Bununla yanaşı, fəsilədə qida, dərman, texniki, bəzək bitkisi kimi yabanı və becərilən növləri çoxluq təşkil edir. Azərbaycan florasında yabanı növləri çox azdır.
Əsas nümayəndələri:
Pomidor (Solanum lycopersicum)birillik və ya çoxillik ot bitkisidir. Tərəvəz kimi becərilir, meyvəsi giləmeyvədir. Vətəni Cənubi Amerikadır, yabani və mədəni növləri var.
Kartof (Solanum tuberosum)çoxillik ot bitkisidir. Vətəni Cənubi Amerikadır. Giləmeyvələrinin və yaşıllaşmış kökyumrularının tərkibində zəhərli qlükoalkaloid olan solanin olur.
Şirin bibər (Cápsicum ánnuum)birillik ot bitkisidir.
Badımcan (Solanum melongena)çoxillik ot bitkisidir. Meyvəsi giləmeyvədir. Tərəvəz kimi becərilir.
Tütün (Nicotiana tabacum)hündürboylu, birillik bitkidir. Süpürgə çiçək qrupuna yığılmış, qısa saplaqlı iri çiçəkləri çəhrayı və ya qırmızı rənglidir. Tütünün yarpağından alınan təmiz nikotin çox güclü zəhərdir. Ondan hazırlanan toz və ya habelə nikotin kənd təsərrüfatı zərərvericilərilə mübarizədə istifadə olunur.
Tənbəki (Nicotiana rustica)növü çoxbudaqlı gövdəyə malik birillik bitkidir. Çiçəkləri gövdənin ucunda süpürgə çiçək qrupuna yığılmışdır.
Ətirli tütün (N.offinis)vətəni Cənubi Amerikadır. Ağ və ya qırmızı çiçəklər gecələr açılır və bu müddətdə kəskin iyli olurlar.
Adi dəlibəng (Datura stramonium)birillik ot bitkisidir. Bitki zəhərlidir. Təbabətdə yarpaqları və toxumları geniş istifadə olunur. Tərkibində olan alkaloid qiossiamin sakitləşdirici və spazmolitik təsir göstərir.
Meyvəli fizalis (Physalis)çoxillik ot bitkisidir. Meyvəli və tərəvəz fizalis növləri mövcuddur. Meyvəsi giləmeyvədir, kasa yarpağından əmələ gələn qabığı çexol kimi meyvəni əhatə edir.
