Paz. Oca 25th, 2026

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNVERSİTETİ

BİOLOGİYA KAFEDRASI

BOTANİKA (MODUL II) FƏNNİNDƏN

LABORATORİYA İŞİ №6

ANDROSEY VƏ GINESEY, ÇIÇƏK QRUPLARI

Ass. N. İ. İsayeva

GƏNCƏ – 2022

Çiçək üzvlərinin adlandırılması və işarələnməsi.

Çiçək – flos

Ginesey – gynoeceum – G

Androsey – androeceum – A

Sadə çiçək yanlığı – perigonum – P

Tac – corolla – Co

Kasacıq – calyx – Ca

Çiçək yatağı – torus

Androsey, ginesey. Çiçək qrupları

Dişicik (Pistillum) — örtülütoxumlu bitkilərd ə çiçəyin mühüm orqanlarından biri.

Dişicik çiçək yatağın ın ortasında olub üç hissəyə bölünür: yumurtalıq (bir, yaxud bir neçə yumurtaçıqlı), ondan ayrılan sütuncuq (adətən, bir və ya bir neçə) və tozlanma vaxtı tozcuğu tutan ağızçıq . Müxtəlif bitki növlərində dişiciyin forma və quruluşu müxtəlifdir. Bəzi bitkilərdə sütuncuq inkişaf etmir və ağızcıq bilavasitə yumurtalığın üstündə oturur. Dişiciyi əmələ gətirən meyvə yarpaqçığının miqdarına və onların bitişməsi xarakterinə görə yumurtalıq biryuvalı, ikiyuvalı və çoxyuvalı olur. Mayalandıqdan sonra yumurtacıqdan toxum, yumurtalıqdan isə meyvə inkişaf edir. Yumurtalığı örtülü olan dişiciyin əmələ gəlməsi bitkilərin təkamülündə mühüm mərhələdir. Bu, örtülütoxumlu bitkilərin dünyada sürətlə artmasına və onların əvvəllər daha çox yayılmış ali sporlu və çılpaqtoxumlu bitkiləri sıxışdırıb azaltmasına səbəb olmuşdur.

Ağızcıqda olan qabarcıqlar (albalıda) və ya tükcüklər (çovdarda), tozcuqları tutub saxlayır.Tozcuq ağızcığın ifraz etdiyi mayedə cücərir və tozcuq borucuğu əmələ gətirir. Borucuq böyüməkdə davam edir, sütuncuğun içərisinə doğru uzanır və yumurtalığa çatır.Tozcuq borucuğu yumurtalığa çatan zaman onun ucunda iki ədəd kiçik hüceyrə olur. Bunlara spermilər deyilir. Yumurtalıqda da (rüşeym kisəsində) mayalanmada iştirak edan iki hüceyrə vardır. Bunlardan biri (yumurta hüceyrəsi) tozcuq girəcəyinin qarşısında, digər isə mərkəzdə yerləşir. Spermilərdən biri yumurta hüceyrəsinin nüvəsi ilə, digər isə mərkəzi hüceyrənin nüvəsi ilə qovuşur, beləliklə mayalanma baş verir . Bitkilərdə bu cür mayalanma ikiqat mayalanma adlanır. Bu proses, yəni iki spermidən birinin yumurta hüceyrəsilə , digərinin mərkəzi hüceyrə ilə mayalanması prosesi ilk dəfə 1898-ci ildə rus alimi S.Q.Navaşin tərəfindən müəyyən edilmişdir.
Mayalanmadan sonra çiçək solub, quruyub tökülür və mayalanmış yumurta hüceyrəsindən ziqot (rüşeym), mayalanmış mərkəzi hüceyrədən rüşeymin qidasını təşkil edən endosperm, yumurtalığın divarından isə meyvə əmələ gəlir.

Çiçək qrupları

Çiçəklər bitki üzərində ya tək-tək və ya qrup halında yerləşir. Məs. Xaş-xaşda, qızıl zambaqda çiçəklər tək-tək yerləşir. Əksər hallrda çiçəklər qrup şəklində olur.

Bitki üzərində çiçəklərin müəyyən sistem üzrə toplanaraq təşkil etdikləri qrupa çiçək qrupu deyilir.

Çiçək qrupları müəyyən və qeyri-müəyyən olur.

http://ebiology.ru/wp-content/uploads/2010/06/socvetiya.jpg

1. Salxım 6.Qalxancıq

2. Çətir 7. Səbət

3. Lətli sünbül, qıça 8. Mürəkkəb çətir

4. Başcıq 9. Mürəkkəb sünbül

5. Sünbül

⚠️ Yasal Uyarı: Medkeşif.com'da yer alan bilgiler, yalnızca bilgilendirme amaçlıdır ve profesyonel tıbbi tavsiye yerine geçmez. İlaç kullanımı ve tedaviniz ile ilgili konularda mutlaka hekiminize veya eczacınıza danışınız.

Bir yanıt yazın